İlahi məhəbbətin təsirləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-06-2016, 19:27 | Şərh sayı: (0) | Baxılıb: 361
İlahi məhəbbətin təsirləri
Bəzi rəvayətlərdə bu məhəbbətin nəticə və təsirlərinə işarə olunmuşdur. Qüdsi hədisdə bildirilir ki, Allah-təala həzrət Musaya belə buyurdu: "Ey İmran oğlu! Məni sevdiyini zənn edən, lakin gecə olan kimi yatan şəxs yalan deyir. Aşiq öz məşuqu ilə xəlvəti sevmirmi?”
Gecələr yatıb, məhbubunu yad etməyən şəxsin məhəbbət iddiası doğrudurmu? Rəvayətdə bildirilir ki, insan gecə namazına qalxarkən bir neçə dua oxusa yaxşıdır. Bu dualardan biri də budur: "İlahi, sənin səmanın ulduzları qürub etmişlər, bəndələrinin gözləri yuxuya getmişdir, padşahlar qapılarını bağlamışdır, qoruyucular onların saraylarının ətrafına fırlanırlar və hər aşiq öz məşuqu ilə xəlvətə çəkilmişdir. Sən mənim məhbubumsan!”
Bəli, insan şirin yuxu və yumşaq yataqdan qalxarkən səmaya baxır, Allahın ayələrini görür və belə pıçıldayır: "Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir.” İnsan bu pıçıltılarla məhbubla xəlvətə çəkilir. Məhəbbətin sadə nişanı budur ki, aşiq istəyir ki, məşuqun adını daha çox eşitsin və onun haqqında daha çox düşünsün. Əgər insan Allahın adını eşidərkən sevinib, daha çox eşitmək üçün qulaq asıb yorulmursa bu onun Allahı sevməsinin əlamətidir. Lakin əgər etinasızlıq göstərib tez bir zamanda ilahi kəlam eşitməkdən yorulursa, onun məhəbbətinin zəif və ya yox dərəcədə olması aydınlaşır.
Allahı sevən şəxs Kəbə və sair məscidlər kimi ona mənsub olanları da sevir. Məscidə daxil olarkən iki rəkət "təhiyyət” namazı qılır və məşuqun evinə tamaşa edib, ləzzət alır.
Allahı sevən Allahın dostlarını və onların hərəmlərini də sevir. Necə ki, ziyarətdə ərz edirik: "Hər kəs sizi sevərsə Allahı sevmişdir. Hər kəs Allaha üz tutsa sizdən başlayacaqdır...”
Dostun istəyi odur ki, onun dostunu da sevsinlər. Dost o zaman sevinir ki, onun dostunun da sevildiyini hiss etsin. Dost o zaman sevinir ki, onu xatırladan hər bir adın, şəkilin və əlamətin sevilib, hörmət edildiyini hiss etsin! Onun hər bir sözünə, işarəsinə əlinə, işlərinə, verdiyi hədiyyəyə hörmət edib, məhəbbət bəsləyirlər. Məsələn, hədiyyə öz-özlüyündə o qədər də dəyərli deyil. Lakin bu hədiyyə dosta mənsub olduğu üçün çox dəyərli olur!
Allahın onu sevməsi üçün heç bir iş görməyən şəxs dostluq iddiasında sadiq deyil. İndi isə görək Allah hansı kəslərə deyir ki, əgər filan işi görsəniz, sizi sevəcəyəm. Yoxsa, Allah bu sözləri Onu sevib, sevməməyin əhəmiyyəti olmayan insanlara deyirmi? Yoxsa Allah bu sözləri ilahi sevgiyə etina göstərməyənlərə deyirmi? Xeyr! Şübhəsiz ki, Allah-təala bu şəxslərə belə sözlər demir. Allahın uyğun müraciəti Allahın onları sevməsini arzulayan şəxslərədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər