İlahi məhəbbət əldə etməyin ən sadə yolu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 05:08 | Şərh sayı: (0) | Baxılıb: 582
İlahi məhəbbət əldə etməyin ən sadə yolu
İlahi məhəbbət əldə etməyin ən sadə yollarından biri Allah-təalanın həzrət Musaya öyrətdiyi yoldur. (Həzrət Musa Allah ilə ən çox söhbət edən peyğəmbər olub. Bu münasibətlə həzrət "kəlimullah” adlandırılmışdır.) Allah-təala buyurur: "Ey Musa, məni bəndələrimin yanında sevimli et. Elə bir iş gör ki, Məni sevsinlər.” Həzrət Musa ərz etdi: "Bu işi necə edə bilərəm?” Allah-təala buyurdu: "Ne`mətlərimi onlara xatırlat.”
Allah insan övladının ruhunda elə bir xüsusiyyət yaradıb ki, əgər bir kəs ona heç nə ummadan xidmət göstərsə, bu şəxsə qarşı qəlbində məhəbbət yaranacaqdır.
Əlbəttə, bu ixtiyari yox, təbii bir haldır. İnsanlarda bu iste`dad müxtəlifdir. Onların şükür etmək və qədir bilmək dərəcələri fərqlidir. Lakin hansısa bir şəxsin onu heç cürə sevməməsi mümkün deyil. İnsan məhəbbətinə səbəb olan xidmətlərdən dəfələrlə yüksəyini Allah insana əta etmişdir. Bundan əlavə, bə`zi şəxsləri tərbiyələndirmiş, bu şəxsləri özünə xidmət üçün xeyir vasitəsi etmişdir. Məsələn, ana məhəbbəti ən təmiz məhəbbətlərdəndir. Bu məhəbbət fitri, umacaqsız və bütün dünyada nümunəvi bir məhəbbətdir. Körpəsinə fədakarlıq edən ana Allah tərəfindən əta olunmuş elə bir məhəbbətə sahibdir ki, əgər körpəsinə nəvaziş göstərib, ona süd verə bilməsə narahat olacaq. Ana məhəbbəti və insanlar tərəfindən göstərilən başqa xidmətlər çox dəyərli olsa da, hərtərəfli, geniş ilahi ne`mətlərlə müqayisəyə gəlməz. Şüurlu və şüursuz mövcudlar,yer, səma, bulud, yağış, günəş, dəniz, dağ və sair bütün ne`mətlər hamısı ilahi ne`mətlərdir. Bu ne`mətlər insan tərəfindən ediləcək xidmətlərdən çox böyük və genişdir. Biz ana məhəbbətini görür, lakin ilahi məhəbbətə nəzər salmırıq. Buna görə də Allahın bizi nə qədər sevdiyinianlamırıq. Əgər göz açılarsa, qəlb agah olub ilahi məhəbbəti dərk edərsə, anlayacaq ki, bütün dünya məhəbbətləri və anaların məhəbbəti bir yerə yığışsa ilahi məhəbbət qarşısında okean qarşısındakı damlaya bənzəyəcək. Bəlkə, daha da kiçik görünəcək! Bu mə`nanı anlamaq üçün adi şüurlardan üstün şüur lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər