Allah dostlarının Allahı tanımaqları |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 9-12-2015, 01:40 | Şərh sayı: (0) | Baxılıb: 2840
Allah dostlarının Allahı tanımaqları
Bura qədər başqa işlərlə məşğul olmaqla yanaşı, insanın Allahı da xatırlaya biləcəyini izah etməyə çalışdıq. İnsan həm Allaha və həm də Allahın yaratdıqlarına yönələ bilər. Məsələn, həyat yoldaşına, övladına, müəlliminə… Amma Allah dostları yalnız və yalnız Allaha tərəf gedirlər. Heç bir şey onları Allahdan ayırmaz.
Allah, onlara elə bir tanımaq bəxş etmişdir ki, hər şeyi o sonsuz varlıq günəşinin bir əks olunması kimi görürlər. Allahdan başqa heç nə görmürlər. Allahı tanımaq nəticəsində aləmdəki ən böyük təsirin O və digər bütün varlıqların da onun sayəsində var olduqlarını anlayırlar. Günəşin şüalarını görürlər, amma onlar üçün bu şüaların heç bir dəyəri yoxdur, çünki əsl olan günəşin özünü tanıyıblar. Allah dostları, bütün mümkün varlıqları Allahın bir əksi olaraq gördüklərinə görə, o varlıqlarla birlikdə olarkən də Allaha qayıdırlar.
Zərrə qədər ilahi sevginin dadan, istər istəməz qəlbini də Ona yönəldəcək. Necə ola bilər ki, ilahi eşq bütün vücudunu örtmüşkən Allahdan qafil ola. Aşiqin öz məşuqu barədə düşünməməsi mümkündürmü? Allahın əzəmət və cəlalını dərk edən biri, necə başqasına aldana bilər?
Nəticədə, insan hər an Allahı düşünüb, Onu xatırlaya bilər, kainatdakı bütün varlıqları, onun bir əsəri kimi görər. Bu məqama çatmaq qeyri-mümkün deyil. Belə bir məqama çatmağın mümkünlüyü bir çox hədis və duada buyurulub. Məsələn, Ərəfə duasında İmam Hüseyn (ə.s) belə buyurur: “Görəsən səndən başqa daha açıq və aşkar olan bir şey varmı ki, onunla sənin zahir olduğunu anlaya bilək?”
Allah dostları və Allah mərifətinə çatan şəxslər, qəlblərini Allahın nuru ilə işıqlandırıblar. Onlar əvvəl Allahı qəlb gözü ilə görüb və sonra Onun sifətlərini tanıyırlar. Bizlər üçün bu fərqlidir. Biz əvvəl Allahı bir sıra sifətlərlə, məsələn xaliq, ruzi verən, rəhm edən və s. görünməyən sifətlərlə tanıyırıq. Halbuki, ilahi mərifətə çatan və qəlblərini Allahın nuru ilə dolduran şəxslər əvvəl Allahı qəlb gözü ilə görüb, sonra Onun sifətlərini tanıyırlar.
13. Həddi aşmazlar: Axirət əhli, dünyada heç zaman çoxa tərəf qaçmazlar. Onlar çox yeməz, çox danışmazlar, geyim barəsində də sadə geyinər, israf etməzlər.
14. Onlar üçün hamı ölü, yalnız Allah diridir: Başqalarını ölü kimi görüb, yalnız Allahı diri qəbul edirlər. Bu cümlədən məqsəd budur ki, bütün işlərini yalnız Allahın razılğı üçün edirlər, başqalarının xoşuna gəlmək üçün yox.
Dünyaya bağlı və yalnız dünyəvi arzuları üçün çalışan şəxslər, başqalarının onlar haqqındakı düşüncələrinə çox əhəmiyyət verərlər. Həmişə ictimaiyyətdəki mövqelərinin sarsılmaması, insanların onlar haqqındakı müsbət düşüncələrinin dəyişməməsi və başqalarının diqqətini çəkmək istəyərlər.
15. Bağışlayandırlar: Onlardan üz çevirənləri qəbul edərlər. Kimsə onlardan küssə, onunla küsülü qalmazlar, sırf Allah rizası üçün ona yaxınlaşıb qəlbini ələ almağa çalışarlar. Bəzən, axirət əhli ilə dünya əhlinin etdiyi işlər eynidir, amma aralarındakı fərq birinin o işi Allah üçün etməsi digərinin də öz eqoları üçün etməsindədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər