Ey həqq sevən aşiq |
Müəllif: L-e-y-l-a | Bölmə: Poeziya, Slide | Vaxt: 20-12-2015, 22:59 | Şərh sayı: (0) | Baxılıb: 2915
Ey həqq sevən aşiq
Kimdir sən kimi bir həqq sevən aşiq,
Ey həqq sevən aşiq.
Dünyadə məgər varmıdı söz vəsfinə layiq,
Ey həqq sevən aşiq.
*************************************
Haqqın yolunu sən kimi heç kəs tapa bilməz,
Haqq tapmadan ölməz,
Heç kimsə sənin tək olamaz eşqidə sadiq,
Ey həqq sevən aşiq.
************************************
Allah səni xəlq etdi vücuda gələ aləm,
Ta xəlq ola Adəm,
Səndən alaraq feyz yaranmışdı xəlaiq,
Ey həqq sevən aşiq.
****************************************
Ol günki əba altına beş kimsə cəm oldu,
Xatiricəm oldu,
Cəbrail olub ərşidə bu zümrəyə taşiq
Ey həqq sevən aşiq.
******************************************
Minlərcə fədailər o gülçöhrənə heyran,
Aləm sənə qurban.
Bicarə Fədai də sənin hüsnünə şaiq,
Ey həqq sevən aşiq.
********************************
Ey həqq sevən aşiq.
Dünyadə məgər varmıdı söz vəsfinə layiq,
Ey həqq sevən aşiq.
*************************************
Haqqın yolunu sən kimi heç kəs tapa bilməz,
Haqq tapmadan ölməz,
Heç kimsə sənin tək olamaz eşqidə sadiq,
Ey həqq sevən aşiq.
************************************
Allah səni xəlq etdi vücuda gələ aləm,
Ta xəlq ola Adəm,
Səndən alaraq feyz yaranmışdı xəlaiq,
Ey həqq sevən aşiq.
****************************************
Ol günki əba altına beş kimsə cəm oldu,
Xatiricəm oldu,
Cəbrail olub ərşidə bu zümrəyə taşiq
Ey həqq sevən aşiq.
******************************************
Minlərcə fədailər o gülçöhrənə heyran,
Aləm sənə qurban.
Bicarə Fədai də sənin hüsnünə şaiq,
Ey həqq sevən aşiq.
********************************
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər