İmam Zamanla (ə.f) görüşənlər «İyirmi yeddinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-06-2016, 18:52 | Şərh sayı: (0) | Baxılıb: 295
İmam Zamanla (ə.f) görüşənlər «İyirmi yeddinci görüş»
Ayətullah Şeyx Məhəmməd Əli Əraki Qum elmi hövzəsinin tanınmış alimlərindən biri olmuşdur. Kimsə onun yüksək elmi məqam və təqvaya malik olduğuna şübhə etmir. "Alimlərin xəzinəsi” kitabının müəllifi onun ikinci cildinin 64-cü səhifəsində yazır: "Bu əhvalat müəllifə 1393-cü ilin Rəbius-sani ayının 26-da çərşənbə axşamı nəql olunub.
Hacı Ərakidə ərdə olan qızım Məkkəyə həcc ziyarətinə getmək istəyirdi, amma oradakı izdihamdan təvafını rahat və kamil yerinə yetirə bilməyəcəyindən narahat idi. Bir gün ona dedim: Əgər ziyarət zamanı «Ya Hafizu! Ya Əlim!» (Ey hər şeyi qoruyan! Ey hər şeyi bilən!) – zikrini ardıcıl olaraq təkrar etsən, Allah-təala sənə kömək edər. Nəhayət, həcc ziyarətinə gedib qayıdandan sonra orada başına gələni mənə nəql etdi: Ziyarət zamanı mənə tövsiyə etdiyiniz zikri ardıcıl olaraq təkrar etməklə, şükür Allaha, ziyarəti çox rahat yerinə yetirdim. Ziyarət günlərinin birində sudanlılar böyük bir izdiham yaratdılar. Təvaf etməzdən əvvəl öz-özümə fikirləşdim ki, görəsən bu qədər insanın içində necə təvaf edəcəyəm? Heyf ki, burada məni qoruya biləcək məhrəm olan bir şəxs yoxdur. Birdən qulağıma belə bir səs gəldi: İmam Zamandan kömək istə ki, rahat təvaf edə biləsən. Dedim: İmam Zaman (ə) haradadır? Cavab verdi: Qarşında gedən həmin bu şəxsdir.
Baxıb gördüm ki, qarşımda alicənab bir şəxs gedir və təxminən, özündən kənara bir metr ətrafı tamamilə boşdur. Həmin səs bir daha mənə dedi: O dairəyə daxil ol və həmin şəxsin ardınca təvaf et! Mən də dərhal həmin dairəyə daxil olub İmam Zaman (ə)-ın ardınca hərəkət etməyə başladım. Mən ona o qədər yaxın idim ki, əlimi uzatsaydım ona toxuna bilərdim!
Sakitcə əlimi onun əbasına sürtüb sonra üzümə çəkdim. Elə hey öz-özümə deyirdim: Qurbanın olum ey İmam! Canım sənə fəda olsun ey İmam! O qədər sevinirdim ki, hətta ona salam verməyi belə unutdum. Bir sözlə, kimsə mənə toxunmadan yeddi dəfə Kə`bəni təvaf etdim və gördüyüm həmin izdiham məni əsla narahat etmədi. Təəccüb edirdim ki, bu qədər insandan biri də olsun həmin dairəyə daxil olub mənə toxunmurdu.
Onun yeganə istəyi elə bu olduğundan daha Həzrətdən başqa bir şey istəməmişdi."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər