Müqəddəs Cəmkəran məscidi ilə tanışlıq |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-01-2016, 12:49 | Şərh sayı: (0) | Baxılıb: 1173
Müqəddəs Cəmkəran məscidi ilə tanışlıq
Müqəddəs Cəmkəran məscidi İmam Mehdinin (ə.f) xüsusi nəzəri və əmri sayəsində tikilmişdir. Bu məscidin tarixçəsi isə belədir: Şeyx Həsən ibn Müslə Cəmkərani deyir: «Ramazan ayının 17-i çərşənbə axşamı idi. Öz evimdə idim. Birdən bir dəstə adam qapımıza gəlib dedilər: "Həzrət Mehdi (ə.f) səni istəyir». Ayağa qalxıb, o cənabın hüzuruna getdim. Xızır peyğəmbər (ə) də onun yanında idi. İmam Mehdi (ə.f) müqəddəs Cəmkəran məscidinin tikilməsini əmr etdi və buyurdu: «Camaata deyin ki, bu məkana rəğbət göstərib hörmətlə yanaşsınlar və onda dörd rəkət namaz qılsınlar. Bu iki namazı (iki-iki rəkətli namazı) qılan şəxs Kəbədə namaz qılmış kimidir». Məscidin təhiyyət namazı Bu namaz iki rəkətdir. Hər rəkətdə «Həmd» surəsindən sonra 7 dəfə «Qul huvəllah» surəsi deyilir. Rükunun («Subhanə rabiyyəl-əzimi və bihəmdih») və səcdələrin («Subhanə rabiyyəl-əla və bihəmdih») zikrləri də 7 dəfə təkrar olunmalıdır. Sahibəz-zaman (ə.f) namazı Bu namaz da iki rəkətdir. Hər rəkətdə «Həmd» surəsini oxuyarkən, «İyyakə nəbudu və iyyakə nəstəin» ayəsini 100 dəfə təkrar edib namazı davam etdirmək lazımdır. Bu namazda da «Qul huvəllah» surəsi, habelə rüku və səcdələrin zikrləri 7 dəfə deyilir. Namazı qurtardıqdan sonra bir dəfə «La ilahə illəllah» demək, Fatimeyi-Zəhra (ə) təsbehini zikr etmək və dahasonra isə səcdəyə gedib 100 dəfə salavat demək lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər