Layiqli kişinin xüsusiyyətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-04-2016, 21:09 | Şərh sayı: (0) | Baxılıb: 357
Layiqli kişinin xüsusiyyətləri

1. Dindarlıq və təqva
Qızlar ərə getdikdən sonra ərinin ixtiyarında və təbbi olaraq onların istəklərinə tabe olduqlarına görə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) onları ər evində əsir adlandırır. Buna əsasən, ərin təqvası və dindarlığı qadının xoşbəxt olmasının ilkin və əsas şərtidir. Bu şərtin mövcudluğu ərinə hər növ əzab-əziyyət yetirməsinin qarşısını alır, onun hüquqlarına hörmət qoymasına səbəb olur. İmam Baqir (əleyhissalam)-ın səhabələrindən olan Əliyyibni Əsbat, Həzrətin hüzuruna gəlib qızını ərə vermək barədə vəzifəsinin nədən ibarət olduğunu soruşdu, Həzrət buyurdu: "Mən sənin məqsədini başa düşdüm, ey Əliyyibni Əsbat. Sən heç vaxt özün kimi kürəkən tapa bilməzsən. Bu barədə çox ciddi olma, Allahın rəhməti sənə olsun. Çünki cəddim Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, əgər elçiliyə gələn şəxs dindar və əxlaqlı olsa, qızınızı ona verin.” İmam (əleyhissalam) bu hədisdə təqva və dindarlığı kürəkən seçməyin əsas şərti bilir. Başqa hədisdə buyurlur ki, bir kəs İmam Müctəba (əleyhissalam)-ın hüzuruna gəlib qızını ərə vermək barəsində Həzrətlə məşvərət etdi. Həzrət buyurdu: "Qızını təqvalı və Allahdan qorxan bir kəsə ərə ver. Çünki əgər o, qızını sevərsə, onun ehtiramını saxlayar, yox əgər sevməzsə, ona zülm etməz.” İmam Baqir (əleyhissalam) buyurur: "Bir kəs sizin qızınızın elçiliyinə gəlsə və siz onun dinini, əmanətdarlığını bəyənsəniz, onda hər kəs olursa olsun, qızınızı ona verin.” Bu və bunun kimi digər hədislər, ərin dindarlığı və təqvasını onun layiqliliyinin əsas şərti bilir və bu kimi şəxslərlə evlənib ailə qurmağı maneəsiz bildirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər