Kişinin qonaqpərvərliyi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 22:16 | Şərh sayı: (0) | Baxılıb: 315
Kişinin qonaqpərvərliyi
Allah taala insanları təbiətən ictimai əhval-ruhiyyədə yaratmışdır. Bu səbəbə görə də hamı yalqızlıqdan qaçır və sair insanların yanında yaşamaq istəyir. Kəndlərin, şəhərlərin və s. kimi yaşayış məntəqələrinin yaradılması da məhz bu əsasdadır. Qədim zamanlardan bəri insanlar bir-birinin yanında səfa-səmimiyyətlə yaşayıb, fəaliyyətə məşğul olmuşlar. İnsanlar bir-birinə nə qədər yaxınlaşırsa, aralarındakı səfa-səmimiyyət də bir o qədər artır və bir-biri ilə daha artıq təmasda olur, əlaqə yaradırlar. Böyüdükdən sonra hər biri müstəqil ailə təşkil edən ailə üzvləri bir müddətdən sonra bir-birini görüb söhbət etmək istəyir, bir-birinin görüşünə tələsir, bəzən bu sahədə çoxlu pul xərcləyirlər. Yaxşı və layiqli kişi odur ki, bu məsəlyə diqqət yetirib bilsin ki, onun həyat yoldaşı uzun müddət öz valideynlərinin, ailəsinin yanında yaşamış, onlarla ünsiyyətdə olmuşdur və onlarla əlaqəsini kəsə bilməz. Buna əsasən, gərək o, ailə həyat yoldaşının ailəsinin bütün üzvləri ilə rabitədə olsun, onlar da həmin şəxslə get-gəl etsinlər. Ərin vəzifəsi budur ki, həyat yoldaşının qohumlarının görüşünə getməsini qəbul etsin və onlar da qonaq gələndə açıq ürəklə onları qarşılasın. İslam dini qonaqpərvərliyi tərifləyir, onun qarşısını almağı isə qəbahətli hesab edir. Bizim din rəhbərlərimiz bu xüsusiyyətə malik olmaqda nümunə kimi seçilmişlər. Allah taala da Qurani kərimdə onların bu xüsusiyyətini tərifləmişdir ki, indi oxucuların diqqətini bir neçə Quran ayəsinə cəlb edirik: Bu ayədə Allah taala Əhli-beyt (əleyhimussalam)-ın misilsiz qonaqpərvərliyini və fədakarlığını aşkar edərək buyurur ki, onlar Allah yolunda yetimi, əsiri və miskini qəbul edir. Beləliklə də Allah bu böyük şəxsiyyətləri əzəmətlə yad edir. Bu ayə Nasirə kəndinin əhalisinin qonaq qəbul etməkdən imtina etmələrini tənqid atəşinə tutub buyurur ki, Musa və Xızr (əleyhiməssalam) o kəndə getdilər və oranın əhalisindən yemək istədilər, amma onlar son dərəcə simicliklə qonaqları əliboş qaytardılar. Sonra bu ayədə Allah taala tovhid qəhrəmanı İbrahim (əleyhissalam)-ın qonaqpərvərlik xüsusiyyətini tərifləyib buyurur: "Elə ki, Bizim məmurlarımız (mələklər) tanınmaz paltarda İbrahimin yanına çatdılar, o dərhal dananı kəsib ətindən dadlı kabab hazırladı və qonaqların hüzuruna gətirdi.” O da mərhum Əllamə Təbatəbainin nəql etdiyinə əsasən, təkcə dörd nəfər üçün bir dana kəsib onlara xidmət etdi. Peyğəmbərimiz də öz cəddi İbrahimin bu cür alicənablığını tərifləyib buyurur: "Allah taala İbrahim (əleyhissalam)-ı iki cəhətə görə Özü üçün dost seçmişdi: 1-onun qonaqərvərliyi, 2-gecə namazı qılması.” "Məkarimül-əxlaq” kitabının 134-cü səhifəsində azacıq təfavütlə nəql olunan bu hədisdə İmam Sadiq (əleyhissalam) buyurur: "Əgər bir şəxs bir qonaqlıq üçün min dirhəm pul xərcləsə və o qonaqlıqda yalnız bir nəfər mömin yemək yesə, heç də israf etməmişdir.” Bu dəyərli hədis və habelə dörd nəfər üçün bir dananın kəsilməsi qonağın əzəmətini və ona xidmət etməyin dəyərini çatdırır. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur "Alicənab və comərd şəxslərin nişanəsi qonaqlara yaxşı xidmət etmələri və bu işdən ləzzət almalarıdır. Amma alçaq sifət insanlar həmişə süfrə başında oturub qarınlarını doldurmaq istəyirlər.” Tarixdə yazırlar ki, bir gün əsirləri Həzrət Peyğəmbərin hüzuruna gətirdilər və o Həzrət Müqəddəs islam dinini qəbul etməyi onlara təklif etdi, amma onlar qəbul etmədilər. Nəhayət Həzrət qərara aldı ki, müharibə əsirləri içində olan və Həzrətə qarşı müharibəyə başlayan bir kişini islama dəvət etsin. Qəbul etmədiyi halda qətlinə hökm verdi. Birdən Cəbəril nazil olub dedi ki: "Ey Rəsuli Xuda, Allah sənə salam göndərib buyurur ki, bu əsir səxavətli və qonaqpərvərdir, ona görə də onu öldürmə.” O əsir bu ilahi xəbəri eşitdikdən sonra dərhal islamı qəbul etdi. Bu ayə və hədislər qonaqpərvərliyin islam nəzərindən nə qədər əhəmiyyətli olduğunu, islamın bu kimi məsələlərə nə qədər diqqət yetirdiyini göstərir. Əgər qohum-əqəba ilə qohumluq əlaqələrini davam etdirmək, onları qonaq kimi qəbul etmək məsələsinə diqqət yetirsək, bunun əhəmiyyəti daha da artar. Çünki bu səciyyəvi xüsusiyyətə malik olmadan həyat yoldaşı ilə şərikli həyatın heç bir ləzzəti olmayacaqdır. İmam Sadiq (əleyhissalam) buyurur: "Sizin kişilərin ən yaxşıları səxavətlilər və qonaqpərvərlər, ən pisi isə paxıllardır.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur "Sizin kişilərin ən pisi o kəsdir ki, pis, nalayiq sözlər danışan və paxıl olsun, camaatla qaynayıb-qarışmasın, cəmiyyətdən aralı olmağı sevsin, qonaqların gəlişindən narahat olsun və onlara xidmət etməyə hövsələsi olmasın.” Həzrət başqa bir hədisdə buyurur "Sizin ən yaxşılarınız o kəsdir ki, ehsan əhli və qonaqpərvər olsun.” Ömər hakimiyyətə çatdığı günlərdə dediyi ilk sözlər bu olmuşdur: "Pərvərdigara, mənim xasiyyətim kobuddur, məni yumşalt; mən bacarıqsızam, zəifəm, məni gücləndir; paxılam, məni səxavətli et.” Ömər bu cümlələrlə öz nöqsanlarını etiraf edərək demək istəyir ki, səxavətli olmadan müsəlmanlara rəhbərlik etmək mümkün deyildir. Ailə və onun idarə olunmasında qonaqlıq olmadan müştərək həyatın və ailə quruluşunun ləzzətinin dadılması təsəvvür edilə bilməz. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Bir gün xəndək qazanda Rəsuli Əkrəmin yanında idik. Bu zaman Zəhra (əleyhissalam) əlində bir parça çörək bizim yanımıza gəldi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Bu nədir?” Fatimə ərz etdi: "Atacan, Həsənlə Hüseyn üçün bir az çörək bişirmişdim, onun bir hissəsini sizin üçün gətirmişəm.” Həzrət buyurdu: "Üç gün ərzində yediyim ilk çörək tikəsi budur.” Bəli, Fatimeyi Zəhara (əleyha salam) həyat yoldaşı Əlinin yanında atasına bir tikə çörəklə xidmət edir. Atası da dəfələrlə Zəhranın evinə varid olur, çətinlik yaratmadan onların süfrələrinin başında əyləşir. Bəzi vaxtlar onlara ilahi süfrə nazil olur. Bəzən də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) kimi qonaqlar qızının və kürəkəninin evində iş görür. Bu fəslin axırında iki hədisi qeyd edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Hər kəs qohumlarının görüşünə getsə və onlar üçün hədiyyə aparsa, Allah taala yüz şəhidin savabını ona mərhəmət edər və bu yolda atdığı hər addıma qırx min həsənə yazar və elə o qədər də günahlarını bağışlayar.” İmam Səccad (əleyhissalam) öz oğluna buyurur: "Qohum-əqrəbanın görüşünə getməyən (sileyi-rəhim etməyən) və sileyi-rəhimin icrasına mane olan kəslə heç vaxt dostluq etmə, çünki belə bir kəs Quranın üç yerində Allah tərəfindən lənətlənmişdir.” Bu fəsildə qeyd olunan kəlamlardan məlum olur ki, layiqli kişi nəzərdə almalıdır ki, onun ixtiyarında olan arvadı heç də yedən göyərməmişdir; onun da ailəsi, qohum-əqrəbası var, onlarla ünsiyyətdə olmuşdur, onun evinə gəlib-gedəcəklər. Bu məsələ islamda sileyi-rəhim adı ilə məşhur olan mühüm ictimai və dini bir məsələdir. Sileyi-rəhimi kəsmək, şübhəsiz, kəbirə günahlardandır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) özünün rəftar və kəlamları ilə bu məsələni öz ardıcıllarına təkidlə tövsiyə etmişdir. Yaxşı kişi odur ki, qonaqlara sadə və təm-təraqsız xidmət etməkə ailənin səfa-səmimiyyətini artırsın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər