Allahın hüquqları ərin hüquqları ilə yanaşıdır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-01-2016, 22:59 | Şərh sayı: (0) | Baxılıb: 308
Allahın hüquqları ərin hüquqları ilə yanaşıdır
Ərin hüquqları ən yüksək hüquqlar kimi təqdim olunduğundan, habelə qadınların da vəzifəsi onlara qeydsiz-şərtsiz itaət etmək olduğundan, islami hədislərdə ərin hüquqlarına itaət etməyə iltizam verməyən, diqqət yetirməyən qadınlar ən pis qadınlar kimi tanıtdırılır. Onlar bu hallarda Allahın haqqını da yerinə yetirməmiş olurlar. Ərin hüquqlarına riayət etməyə zəmanət verməkdən boyun qaçıran və bu qanunu pozan qadınlar lənətə, qarğışa layiq görülmüşdür və onlara ən ağır cəza vədəsi verilir. İndi isə sizin diqqətinizi bu bardə bir neçə rəvayətə cəlb edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Ərinin haqqına riayət etməyən qadınlar şəksiz Allahın haqqını da yerinə yetirməmiş və Ona pərəstiş etməmişlər.”
Həzrət başqa bir hədisdə iki təkidlə buyurur:
"Allahın lənəti o arvada olsun ki, ərinə əziyyət verir. (Həzrət mətləbin davamında buyurur) Xoş o səadətli qadının halına ki, ərinə ehtiram qoymaq üçün çalışsın, hər bir halda ona itaət etsin.”
Həzrət bu müfəssəl hədisdə fasiq, münhərif və üsyankar qadınların nişanələrini bəyan edərək buyurur ki, onlar aşağıdakı xüsusiyyətlərə malik olanlardır:
1. Öz ailə və qohumlarının yanında şəxsiyyəti olmayanlar;
2. Ərinin yanında, evdə təkəbbürlü olub, özünü uca hesab edənlər;
3. Doğmayan qadınlar;
4. Xəbərsizlik ucbatından həsədə və kinəyə əl atanlar;
5. Rəva görülməyən yaramaz işləri görməkdən qorxub çəkinməyənlər;
6. Əri yanında olmadıqda özlərini bəzəyənlər;
7-Ərinin istəklərinə müsbət cavab vermək yerinə, onun istəklərini görməməzliyə vurub sözlərini eşitməyən və xəlvətdə xətərli, minilməyən at kimi onun qanuni istəklərindən boyun qaçıranlar;
8. Ərini üzrlərini qəbul etməyənlər;
9. Ərinin xətalarını bağışlamayanlar.
Bu kimi sifətlərə malik olan və özlərinin islahı üçün çalışmayan qadınlar insan surətində bəşər surətində olan heyvandır.
Əli (əleyhissalam) müxtəlif hiylə və xəyanətlərə əl atan öz vəzifələrini düzgün şəkildə yerinə yetirməyən bəzi qadınlar barəsində buyurur ki, onlar zahirdə insan, batində isə heyvandırlar. Bu cür fərdlər hərəkət edən ölülərdir.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Vay olsun o qadına ki, öz ərini qəzəbləndirə. Xoş olsun o qadının halına ki, əri ondan razıdır.”
Ümidvarıq ki, dindar və imanlı qadınlar bütün bu rəzil sifətlərdən xoşakəlməz xüsusiyyətlərdən uzaq olub öz ərlərinə qarşı vəfadar və mehriban olsunlar, layiqli idarəçilik, eşq-məhəbbət, səfa-səmimiyyətlə ailə ocağını qızğın saxlasınlar və ərin atifələrini özlərinə cəlb etsinlər. Məhz belə olan surətdə həm ideal bir həyatı özü və ailəsi üçün icad edəcək, həm də Allah dərgahında savab qazanacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər