Zalımları məhv etməsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-01-2016, 11:42 | Şərh sayı: (0) | Baxılıb: 1666
Zalımları məhv etməsi
Əllamə Süyuti öz kitabında tanınmış səhabə olan Hüzeyfədən nəql edir ki, Allahın Peyğəmbəri (s) buyurmuşdur:
«Qalə Rəsulullah (s): Vəyhə hazihil umməti min mulukin cəbabirətin... Fə iza əradəllahu ənyuidəl islamə əzizən qəsəmə kullə cəbbarin ənidin... Yə huzeyfətu! Lövləm yəbqə minəd-dunya illa yövmun vahidun lətəvələllahu zalikəl yəvmi hətta yəmlikə rəculun min əhli bəyti, təcril məlahimu əla yədəyhi və yuzhirul islamə la yuxlifu vədəhu».
«Ədalətsiz və zalım rəhbərlərin əlindən bu ümmətə yazıqlar olsun... Ancaq Allah İslamın izzət və şərəfini özünə qaytarmaq istədiyi vaxt bütün kinli zalımları məhv edəcəkdir... Ey Hüzeyfə, əgər dünyanın sonuna bir gün qalmış olsa da, Allah onu o qədər uzadacaqdır ki, nəhayət, mənim nəslimdən olan bir nəfər dünyaya hakim olsun. Onun əliylə böyük hadisələr baş verəcəkdir və İslam dini bütün yer üzünə yayılacaqdır. Bu iş mütləq baş verəcəkdir».
Qısa izah:
Zalımların hökuməti xilaskarın qiyamına şərait yaradır. Çünki bütün dünya xalqları uzun-uzadı təcrübələrdən sonra bu qənaətə gələcəklər ki, insanların öz şəxsi fikirlərinə əsasən qurduqları hökumət nəticədə zalımlara xidmət edəcəkdir. Bəli, insanlar zülm və əziyyətdən yorulub ilahi rəhbər axtaracaqlar.[1]
[1] Nicat günü kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər