Onun adı Peyğəmbərin adıdır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 14:08 | Şərh sayı: (0) | Baxılıb: 326
Onun adı Peyğəmbərin adıdır
Tirmizinin «Səhih» kitabının 9-cu cildinin 74-cü səhifəsində Abdullah ibni Məsuddan belə nəql olunmuşdur:
«Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: Adı mənim adımdan və özü mənim nəslimdən olan bir nəfər ərəb dünyasına (sonra bütün dünyaya) hakim olmayınca dünyanın sonu gəlməyəcəkdir».
Qısa izah:
Bu, böyük zühur gününün mütləq olacağını bildirən daha bir təkidli ifadədir. Ancaq bunun əvvəlki ilə iki fərqi vardır. Birincisi budur ki, İmam Mehdinin (ə.f) proqramı dünya hökuməti təşkil etməkdir. Elə bir hökumət ki, onun sayəsində dünya xalqlarının mədəni səviyyəsini yüksəltmək mümkün olsun və bu yolla da xalqları ictimai ədalətə dəvət etmək asanlaşsın. O, əxlaqi pozğunluğun səbəblərindən biri olan kasıbçılığın kökünü kəsəcəkdir. Zalımların əllərini insan cəmiyyətindən kəsəcək və yaramaz adamları öz mənsəblərindən kənarlaşdıracaqdır.
İkincisi isə budur ki, onun adı Peyğəmbərin (s) adıdır (Muhəmməd (s)). Bu iki məsumun adlarının eyni olması belə bir zərif məsələni xatırladır ki, onların bütün hədəf və məqsədləri də eynidir.[1]
[1] Nicat günü kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər