Hər yer Allah nuruna boyanacaqdır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 14:12 | Şərh sayı: (0) | Baxılıb: 281
Hər yer Allah nuruna boyanacaqdır
Şeyx Süleyman Qunduzi özünün «Yənabiul məvəddə» kitabının 423-cü səhifəsində Əmirəl-möminin Əlidən (ə) belə yazır:
«Canım Onun əlində olduğu kəsə and olsun ki, onun zühuru vaxtında bütün şəhərlərdən və abadlıqlardan yüksək səslə: «La ilahə illəllah və (əşhədu) ənnə Muhəmmədən rəsulullah» sədası ucalacaqdır».
Qısa izah:
Həmin gün bütün yer üzü tövhid bayrağı altına daxil olacaq və hər yerdə İslam qayda-qanunları hökm sürəcəkdir. Ola bilsin ki, həmin vaxtda da yəhudi və xristianlar azlıq şəklində qalmış olsunlar (Lə ikrahə fiddin – dini qəbul etməkdə məcburiyyət yoxdur). Hər halda həmin vaxtda hakimiyyət İslama məxsus olacaqdır və qulaqlara səhər-axşam tövhid və peyğəmbərlərin sonuncusunun peyğəmbərliyinin şüarı çatacaqdır.
Bəli, dünyada fəsadın əsl təməli olan zalım və batil məktəblər tarix səhnəsindən silinəcək və onun əvəzinə insanların ədalət, bərabərlik və qardaşlıq məktəbi olan tövhid nuru hər yerə yayılacaqdır.[1]
[1] Nicat günü kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər