Dünyanın təkqütblü olması bəşəriyyəti xilas edə bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2016, 11:44 | Şərh sayı: (0) | Baxılıb: 328
Dünyanın təkqütblü olması bəşəriyyəti xilas edə bilərmi?
Sual: Dünyanın təkqütblü olması bəşəriyyəti xilas edə bilərmi?
Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyətin zülm və ədalətsizlikdən yeganə çıxış yolu dünyanın təkqütblü olması, başqa sözlə desək, qüdrətli bir hakimiyyətin öz prinsiplərini başqa hökumətlərə diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar.
Dünyanın təkqütblü olması hələ uzaq keçmişdən filosoflar və alimlər tərəfindən araşdırılmış bir məsələdir.
Yunan filosofu Ziv miladdan üç yüz il öncə deyirdi: “Bütün bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini əldə edə bilsin.” Zivin müasiri olmuş İsgəndər öz gücünə arxalanaraq alimin nəzəriyyəsini həyata keçirmək istədi.
Yunan yazıçısı Baltak miladdan yüz il öncə vahid hökumət haqqında deyirdi: “Xalq çalışmalıdır ki, vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun.”
Amerikalı filosof Vilyam Luid (1838) deyir: “Dünyaya vahid bir hökumət başçılıq etməyincə, bəşəriyyət dinclik və dostluq içində birgə yaşayışa nail olmayacaq!”
Məşhur İtaliyalı ədib Dante deyir: “Yer üzündə sülh və əmin-amanlığın hakim olması üçün bütün yer əhli vahid hökumətə tabe olmalıdır.”
Rassel deyir: “Bəşəriyyət bütün insanları öz bayrağı və şüarı altında toplayacaq xilaskarın intizarındadır.”
(Ata) Corc Buş deyir: “Dünyanın yeni nizamı ABŞ-ın rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir.” O, konqresdeki çıxışında belə demişdir: “Həm əxlaqi dəyərlərə, həm də dünya nizamını qoruyacaq vasitələrə malik olan yeganə ölkə Amerikadır.”
İradlarımız:
1. Amerikanın özündə belə ABŞ-ın dünyaya hakimliyinin mümkünlüyü fikrini təkzib eden Henri Kisincer kimi nəzəriyyəçilər var.
Zbiqnev Bjezinski Amerikanın çarəsizliyini təsvir edərək deyir: “Bu gün Amerika dünyaya hakimlik iddiasındа olsa da, bu sahədə onunla rəqabətə girən tapılmasa da, ABŞ-ın qüdrət ve mövqeyi bir çox sahələrdə təhlükədədir.”
2. Dünyanın təkqütblü olması prinsipinin qəbulu üçün güclü zəmin yoxdur. Xüsusilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu onun bu sayaq iddialarına cavab vermir.
3. Nəzəriyyəçilər unudurlar ki, dünya xalqları heç vaxt yadların hakimiyyətini qəbul etməyəcək. Biz prinsipcə bu nəzəriyyəni rədd etmirik. İnanırıq ki, bəşəriyyətin yeganə qurtuluş yolu ümumbəşəri ədalət hökumətinin təşkilidir. Amma belə bir hökumət yalnız ilahi göstərişlər və məsum imamın rəhbərliyi altında gerçəkləşə bilər. [1]
[1] Əliəsğər Rizvani, "Əsrin İmamı Mehdi (ə.f) ilə tanışlıq" kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər