Onuncu günün gecəsinin əməlləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-10-2015, 00:09 | Şərh sayı: (0) | Baxılıb: 419
Onuncu günün gecəsinin əməlləri
Onuncu günün gecəsi: Aşura gününün gecəsidir. Seyid Tavus bu gecə üçün çox sayda namaz və dualar zikr etmişdir. O cümlədən yüz rükət namaz vardır ki, hər rükətində "Həmd” surəsindən sonra üç dəfə "tövhid” deyilir və sonra bu duanı oxuyursan: "Allah münəzzəhdir, Allaha həmd olsun, Allahdan başqa məbud yoxdur. Allah böyükdür”
Başqa bir hədisdə tövbə etmək də zikr edilmişdir. Gecənin sonunda dörd rükət namaz zikr edilmişdir ki, hər bir rükətində "Həmddən” sonra "Ayətil-kürsünün” hər hansı bir ayəsi, "Tövhid”, "Nas”, "Fələq” surələrini on dəfə oxumaq. Salamdan sonra yüz dəfə "Tövhid” surəsini oxumaq. Başqa bir namaz dörd rükətli namaz vardır ki, hər rükətində "Həmddən” sonra 50 dəfə "Tövhid” surəsini oxumaq lazımdır. Bu namaz Əmirəl-möminin (ə) namazına bərabərdir və çox fəzilətlidir. Namazdan sonra Allahı çoxlu zikr edin və Peyğəmbərə (s) salavat göndərin. Nə qədər bacarırsınızsa əhli-beytin düşmənlərinə lənət deyin. Bu gecədə ibadət etmək bütün mələklərin ibadəti kimidir. Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər bir kəs bu gecə Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin hərəminin yanında səhərə qədər dua etsin. Allah onu, şəhidlər sırasında məhşur edər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər