Necə tərbiyə edək? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 07:39 | Şərh sayı: (0) | Baxılıb: 303
Necə tərbiyə edək?
Bu sualın cavabı çox çətin və eyni zamanda mllaüfəssəldir. İslam alimləri, uşaq təlim-tərbiyə və psixologiyası ilə məşğul olan alim və mütəxəssislər çoxlu elmi seminarlar, iclaslar təşkil etməklə bu barədə müxtəlif kitablar yazsınlar, ata-analara yolacaalan danışmaq, vəfasızlıq və s. kimi pis xüsusiyyətlərdən uzaq olsunlar. İlk ədəb qaydalarını, İslamın əsaslarını və ictimai məsələləri öyrətməkdə son dərəcə çalısınlar, mümkün qədər ailədə uşaq üçün müxtəlif növ oyuncaqlar və idman vəsaiti hazırlasınlar, uşağın dost-tanışlarını yaxındadn tanıyıb onlara nəzarət etsinlər, öz övladlarını şücaətli tərbiyə etsinlər, qorxu yaradan sözlərdən, zəlillik əlamətləri olan əməllərdən uzaq olsunlar. İndi isə bu barədə bir neçə hədis qeyd edirik. İmam Zeynül-abidin (əleyhissalam) buyurur: "Övladın sənin boynunda olan haqqı budur ki, bilməlisən ki, o, səndən əmələ gəlmişdir, onların yaxşı və pis işləri sizə aid edilir, nəhayət tövhid və sair İslam təlimlərinin onlara öyrədilməsindən sual olunacaqsınız.” Bu hədisdən göründüyü kimi, övladın ədəbli tərbiyə olunması, tövhid və islami qayda-qanunların onlara öyrədilməsi diqət mərkəzində durur. İmam Riza (əleyhissalam) buyurur: "Övladlarınızı yeddi yaşında namaz qılmağa vadar edin.” Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Övladlarınıza namazı öyrədin və səkkiz yaşına çatdıqda onları namaz qılmağa vadar edin.” Qeyd olunmalıdır ki, övladın tərbiyə yollarından biri də islami hökmləri onlara aşılamaq və onların yerinə yetirilməsinə nəzarət etməkdir. Bu hədislərdəki yaş fərqlərinin səbəbi (yeddi və ya səkkiz) övladların əqli və mənəvi inkişaf səviyyələri ilə əlaqədardır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər