Məkkənin fəthi |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 13-05-2015, 17:57 | Şərh sayı: (0) | Baxılıb: 672
Məkkənin fəthi
Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə Məkkənin, bu tövhid mərkəzinin şirk və bütpərəstlikdən təmizlənməsi üçün səfərbər olurdular. Minlərlə silahlı müsəlman Mədinədən Məkkəyədək olan yolu bir neçə gündə qət etdilər. Onların qibləsi həmin bu şəhərdə idi. Bu şəhərdə müşriklər onlara hansı işgəncəni verməmişdilər! Bu şəhər İslamın ilkin dövrləri ilə bağlı xatirələrlə zəngin idi. İşgəncələr, müqavimətlər, çətinliklər!
Mühacirlər məkkəli olduqlarından vətəni görməyə daha iştiyaqlı idilər. Onlar hicrət etdikləri vaxt son dərəcə zəif idilərsə, bu gün böyük əzəmətlə Məkkəyə dönmək əzmindəydilər.
Bu karvana yolda qoşulanlar da çox oldu. Nəhayət, müsəlmanlar Peyğəmbərin rəhbərliyi altda qalib halda Məkkəyə daxil oldular. Məkkə heç bir qan axıdılmadan təslim edildi. Müsəlmanlar təsadüf hallarda müqavimətlə rastlaşdılar. Bu, İslam qüvvələri üçün çox böyük bir qələbə idi.
Müsəlmanlar Kəbə ətrafında toplandılar. Bilal həzrət Peyğəmbərin (s) göstərişi ilə Kəbənin açarlarını Osman ibn Təlhədən aldı və Kəbənin qapısı açıldı. Peyğəmbər (s) və Əli (ə) Kəbəyə daxil olub, bütləri birbəbir aşırmağa başladılar. Bütlərin bu vəziyyətə düşdüyünü görən müşriklər heyrətlənib, qorxuya düşdülər. Onlar bütlərin acizliyini seyr edirdilər... La ilahə illəllah... Əllahu əkbər...
Böyük fəth şüarı Məkkəni ağuşuna aldı. Allahın qüdrəti bütün qüdrətləri üstələdi. Allahın rəsulu (s) Bilala buyurdu: "Kəbəyə qalx və azan de.” Bilal bir anda Kəbənin üstünə qalxdı. Müşriklər Bilalın cürətindən heyrətə gəlmişdilər. Bilalın könül oxşayan "Əllahu əkbər” fəryadı göyə ucaldıqca nigarançılıqlara son qoyulurdu. "Allah” adı və İslam azanı məkkəlilər üçün yeni bir şey idi. Bu ilahi çağırışın cazibəsi onları sehrləmişdi. Bilal, bu qara qul Peyğəmbər və ümmət tərəfindən bir nümayəndə olaraq, Kəbənin üstündən boylanırdı. "Əllahu əkbər, əşhədu ənnə Muhəmmədər-Rəsulillah”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər