Azan və iqamənin hökmləri |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 5-05-2015, 12:06 | Şərh sayı: (0) | Baxılıb: 746
Azan və iqamənin hökmləri
1.Günün vacib namazlarından qabaq azan və iqamə oxumaq müstəhəbdir. Camaatla qılınan sübh və məğrib namazlarınında isə azan və iqamənin oxumasına təkid olunmuşdur.
Lakin yovmiyyə namazlardan qeyri digər vacib namazlarda, məsələn ayət namazında azan və iqamə oxumaq fiqhi mənbələrdə qeydə alınmışdır.
2.Azan bu 18 cümlədən ibarətdir:
1. "Allahu Əkbər”: 4 dəfə
2. "Əşhədu ənla ilahə illəllah”: 2 dəfə
3. "Əşhədu ənnə Muhəmmədən rəsulullah”: 2 dəfə
4. "Həyyə ələs-səlah”: 2 dəfə
5. "Həyyə ələl-fəlah”: 2 dəfə
6. "Həyyə əla xəyril əməl”: 2 dəfə
7. "Allahu Əkbər”: 2 dəfə
8. "La ilahə illəllah”: 2 dəfə
3. İqamə isə 12 cümlədən ibarətdir və azandan olan fərqləri bunlardır:
1) Əvvəldə 4 əvəzinə 2 dəfə "Allahu Əkbər” deyilir.
2) Sonunda 2 əvəzinə 1 dəfə "La ilahə illəllah” deyilir.
3) "Həyyə əla xeyril əməl” cümləsindən sonra 2 dəfə "Qəd qamətis-səlah” cümləsi əlavə olunur.
Azan və iqaməyə aid bir neçə məsələ:
"Əşhədu ənnə Əliyyən vəliyyullah” (yəni, şəhadət verirəm ki, Əli, Allahın xəlifəsidir) cümləsi azan və iqamənin tərkib hissəsi deyil və bu cümləni azan və iqamədə demək bəyənilir, hətta mühüm sayılır. Bu cümlə isə sırf "qürbətən iləllah” niyyəti ilə deyilməlidir. Yəni, azan və iqamənin tərkib hissəsi niyyətində demək olmaz.
"Həyyə ələs-səlati” cümləsində "səlat” sözünü vəqf etdikdə "t” səsi "h” səsi kimi oxunmalıdır, yəni "səlah” (Həyyə ələs-səlah).
Günün vacib namazlarının vaxtı daxil olduqda azanın çəkilməsi və bu azanı eşidənlərin onu uca səslə təkrar etməsi şəriətdə təkid olunan müstəhəb əməllərdəndir.
Ətrafdakılara çətinlik törətmədiyi təqdirdə camaatın get-gəl etdiyi yollarda toplu halında azan deməyin maneəsi yoxdur.
Qonşular etiraz etsələr belə evin damının üstündə adi qaydada azan çəkməyin, xüsusilə də sübh namazının azanını çəkmyin heç bir eybi yoxdur.
Sübh namazı vaxtı – vaxtın daxil olduğunu elan etmək üçün – səs ucaldıcı vasitəsilə adi qaydada azan sədalarını yayımlamağın heç bir maneəsi yoxdur. Lakin əgər məscidin səsucaldanı vasitəsilə Quranın qiraətinin, duanın və s.-in yayımlanması məscidin qonĢuluğunda yaşayan sakinlərin narahatçılığına bais olsa, bu işdən çəkinmək lazımdır.1
Kişinin qadının çəkdiyi azanla kifayətlənməsi işkallıdır. Yəni, əgər kişi, qadının çəkdiyi azanı eşitsə, vacib ehtiyata görə azan onun boynundan götürülmür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər