İntizarın hansı xüsusiyyətləri var? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-01-2016, 10:01 | Şərh sayı: (0) | Baxılıb: 326
İntizarın hansı xüsusiyyətləri var?
İntizar – ilkin olaraq həyati bir xüsusiyyətdir. İnsan həyatının mahiyyəti gələcəyə intizar və ümidlə çox bağlıdır. Belə ki intizarsız həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs olmur. Hazırkı həyat – sabaha doğru səydən ibarətdir. Hərəkət isə intizarsız qeyri-mümkündür. İntizar həyatın davamına ümiddir və hazırkı həyatı mənalandırır. İntizar – həyatın davamı üçün enerji mənbəyidir. Elə buna görə də həyatın mahiyyəti intizar məsələsinə çox bağlıdır.
Həyatın davamı haqqında düşünən hər bir insan bütün hərəkətlərini intizar yoluna uyğun istiqamətləndirir.
Hədislərdə oxuyuruq ki, Peyğəmbər ümməti üçün ən fəzilətli əməl (İmam Mehdinin (ə.f) zühuru üçün) intizardır. İmam Mehdi (ə.f) öz zühurunun intizarında olduğu kimi, ümmət də öz İmamının intizarını çəksin.
İntizar halında ən yaxşı yol qeybdə olan İmamla (ə.f) bağlılıq və həmdərdlikdir. İntizar və onun həqiqi mənasından xəbərsizlik düşüncəsizliyə, biganəliyə və İmamın (ə.f) qəm-kədərinə səbəb olur. Qeyb dövründə həqiqətən intizarda olmaq, yəni İmamın (ə.f) cəmiyyətdə var olmasını gözləmək ona beyətin ilkin mərhələsi ola bilər. Çünki zühurun intizarında olmaq vəd olunmuş İmamın (ə.f) məqsədlərini yada salır və agahlıq üçün zəmin yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik və biganəlik mənasındadır.
İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz İmamına (ə.f) iqtida edib məqsəddən yayınmır. O, elə bir İmamdır (ə.f) ki, əsrlər boyu davam edən üzücü hadisələrdən sarsılmamış və öz yolundan dönməmişdir.
İmam Mehdi (ə.f) buyurmuşdur: “Allah bizimlə olduğundan bir başqasına ehtiyacımız yoxdur. Haqq bizimlədir və kimlərinsə bizdən kənarlaşması heç vaxt bizi qorxutmayacaq”.
Bəli! İmam Mehdi (ə.f) belə bir intizardadır. O, sarsılmaz imanla həyatın çirkin bir qaranlığında möhkəm dayanmışdır. İntizarda olan cəmiyyət gözünü yola dikərək İmamın (ə.f) uyğun xüsusiyyətini yaxşı tanımalı və imkan daxilində onun kimi intizar çəkməlidir. [1]
[1] Əliəsğər Rizvani, Əsrin İmamı Mehdi (ə.f) ilə tanışlıq, səh/29
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər