İmam Zaman (ə)-ın məqamı ilə tanışlıq |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 3-09-2015, 16:31 | Şərh sayı: (0) | Baxılıb: 553
İmam Zaman (ə)-ın məqamı ilə tanışlıq
İmam Zaman (ə)-ın xüsusiyyətləri və vəsfləri ilə tanış olmaq, o həzrətin əzəmətli vücuduna diqqət yetirmək intizar halətinin icad edilməsində olan ən mühüm amillərdən biridir.
Hal-hazırda bütün dünyanın başdan-başında və bütünlükdə yaradılış dünyasında o həzrətdən başqa heç bir şəxsin varlıq aləminin islah olunmasına və onun rəhbərliyinə ləyaqəti olmadığına diqqət yetirmək insanı ona doğru cəzb edir. O həzrət ilahi "azuqə”lərin sonuncusu, dünya əmrlərinin yeganə varisidir ki, həzrət Əmirəl-möminin Əli (ə) onların barəsində belə buyurmuşdur:
عِلْمُ الْاَنْبِيَاءِ فِى عِلْمِهِمْ وَ سِرُّ الْاَوْصِيَاءِ فِى سِرِّهِمْ وَ عِزُّ الْاَوْلِيَاءِ فِى عِزَّهُمْ، كَالْقَطْرَةِ فِى الْبَحْرِ وَالذَّرَّةِ فِى الْقَفْرِ
"Peyğəmbərlərin elmi onların elminin, vəsilərin sirri onların sirrinin və vəlilərin (övliyaların) izzəti onların izzəti müqabilində dəryada bir qətrə və biyabanların arasında bir zərrəyə oxşayır.”
İndi ki, biz bu xanədandan olan belə bir insanın zamanında yaşayırıq, vəzifəmiz budur ki, o həzrətə diqqət yetirməklə, onun hidayətçi istəklərinə tabe olmaqla özümüzü puçluqdan, qəflətdən xilas edək, o həzrətin dünya səviyyəsindəki hökumətinin intizarında olaq, çünki o hidayət və ədalət bayrağını bütün dünyada sancacaqdır.
Əgər bir şəxs bu dünyada o həzrəti tanısa, İmam Zaman (ə.c)-in qeybi yardımlarından agahlıq əldə etsə, o həzrətin zühur dövründə bütün dünyada yaratdığı dərin dəyişikliklərlə tanış olsa, həmişə onu xatırlayacaq və vilayət günəşinin saçmasının intizarında yaşayacaqdır.
Mərifət belə bir insanda qəflət paslarını onun qəlbindən təmizləyir, əvəzində səfa və nuraniyyət yaradar. İndi isə o həzrətin qeybəti dövründə onun qeybi yardımlarını göstərən bir rəvayətə diqqət yetirin.
Cabir Cofi, Cabir ibni Əbdüllah Ənsaridən nəql edir ki, Peyğəmbəri Əkrəm (s) belə buyurmuşdur:
... ذَاكَ الَّذِى يَفْتَحُ الله – تَعَالَى ذِكْرُهُ – عَلَى يَدَيْهِ مَشَارِقَ الْاَرْضِ وَ مَغَارِبَهَا، ذَاكَ الَّذِى يَغِيبُ عَنْ شِعَتِهِ وَ اَوْلِيَائِهِ غَيْبَةً لاَ يَثْبُةُ فِيهَا عَلَى الْقَوْلِ بِاِمَامَتِهِ إِلاَّ مَنْ اِمْتَحَنَ الله قَبْلَهُ بِالْإِيمَانِ.
قَالَ: فَقَالَ جَابِرُ: يَا رَسُولَ اللهِ فَهَلْ يَنْتَفِعُ الشِّيعَةُ بِهِ فِى غَيْبَتِهِ؟ فَقَالَ صلى الله عليه و آله و سلم: اِى وَالَّذِى بَعَثَنِى بِالنُّبُوَّةِ اَنَّهُمْ لَيَنْتَفِعُونَ بِهِ وَ يَسْتَضِيئُونَ بِنُورِ وِلاَيَتِهِ فِى غَيْبَتِهِ كَانْتِفَاعِ النَّاسِ بِالشَّمْسِ، وَ إِنْ جَلَّلَهَا السَّحَابُ، يَا جَابِرُ، هذَا مَكْنُونُ سِرِّ الله وَ مَخْزُونُ عِلْمِهِ فَاكْتُمْهُ إِلاَّ عَنْ اَهْلِه.
"Odur həzrəti Məhdi ki, Allah taala onun əlləri ilə yer üzünün şərqini-qərbini fəth edəcəkdir. O həmin kəsdir ki, öz şiələrindən və dostlarından qaib deyildir. Belə ki, Allahın yalnız qəlbini imanla imtahan etdiyi şəxslərdən başqa heç bir şəxs ona əqidədə sabitqədəm qalmaz.”
Cabir Cofi dedi: Cabir ibni Əbdullah Ənsari Peyğəmbəri Əkrəm (s)-dən soruşdu: "Ya Rəsuləllah! Qeybət dövründə şiələr ondan bəhrələnəcəklərmi?”
Peyğəmbər (s) onun cavabında buyurdu: "Bəli, məni risalətə məbus edən Allaha and olsun ki, onlar onun vasitəsilə qeybət dövründə bəhrələnəcəklər, onun vilayət nurunun vasitəsilə nuraniləşəcəklər. Necə ki, camaat buludlu havada olsa belə, günəşdən istifadə edirlər. Ey Cabir, bu, Allahın gizli sirri və Onun xəzinə olunmuş elmidir, bunu əhlindən başqasından (ləyaqəti olanlardan başqasından) gizli saxla.”
Gördüyünüz kimi, Peyğəmbəri Əkrəm (s) bu rəvayətdə təkidlə and içərək buyurur ki, şiələr İmam Zaman (ə)-ın qeybət dövründə o həzrətin vilayət məqamından nur alacaqlar.
Şer:
Kist bi pərdə be xurşid, nəzər baz konəd,
Çeşme puşideye ma, illəte peydayiye tost.
Əz lətafət nətəvan yaft koca mibaşi,
Caye rəhm əst bər an kəs ke təmaşaye tost.
Qeybət dövründə İmam Zaman (ə.c) gözə görünmür, lakin həqiqətdə qeybət pərdəsi bizim öz qəlblərimizdə mövcuddur. İmam (ə) parlaq bir nur kimidir – qəlbində bəsirət olan bir şəxs üçün aşkardır. Hətta zahirdə gözlər onu görməsə də belə.
Bu həqiqətə diqqət yetirmək, insanı o həzrətin vilayət məqamındakı elm və qüdrəti ilə tanış edir, İmam Zaman (ə)-ın məhəbbətini qəlblərə salır və o həzrətin dünya səviyyəli hökumətini gəlib çatması intizarını qəlblərdə yaradır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər