İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti haqqında |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 18-06-2015, 10:10 | Şərh sayı: (0) | Baxılıb: 760
İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti haqqında
عَنِ الرِّضَا (ع): مَنْ زَارَ قَبْرَ اَبِى عَبْدِ اللهِ الْحُسَيْنِ (ع) بِشَطِّ الْفُرَاتِ كَانَ كَمَنْ زَارَ الله فَوْقَ عَرْشِهِ
İmam Riza (ə) buyurub: «Hər kəs imam Hüseyn (ə)-ın qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir. «Cabir ibni Əbdullah Ənsari Ətiyyə ilə Kərbəla ziyarətinə getdikdə bu hədisi zəmzəmə edərək deyirdi:
سَمِعْتُ النَّبِىَّ (ص) يَقُولُ: مَنْ زَارَ الْحُسَيْن بِكَرْبَلاَ كَمَنْ زَارَ الله فِى عَرْشِهِ
Peyğəmbəri Əkrəmdən (s) eşitmişəm ki, buyurmuşdur: «Hər kəs imam Hüseyn (ə)-ı Kərbəlada ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edibdir.»
(Mənaqibi İbni ŞəhrAşub, 4-cü cild, səh. 128)
عَنِ النَّبِىِّ (ص) قَالَ: فَمَنْ زَارَنِى بَعْدَ وَفَاتِى فَكَاَنَّمَا زَارَنِى فِى حَيَاتِى وَ مَنْ زَارَ فَاطِمَةَ فَكَاَنَّمَا زَارَنِى وَ مَنْ زَارَ عَلِىَّ بْنَ اَبِى طَالِبٍ فَكَاَنَّمَا زَارَ فَاطِمَةَ وَ مَنْ زَارَ الْحَسَن وَ الْحُسَيْنَ فَكَاَنَّمَا زَارَ عَلِيًّا وَ مَنْ زَارَ ذُرِّيَّتَهُمَا فَكَاَنَّمَا زَارَهُمَا
Peyğəmbəri Əkrəm (s) buyurub: «Hər kəs məni, vəfatımdan sonra ziyarət etsə, elə bil məni diriliyimdə ziyarət edib. Hər kəs Fatiməni ziyarət etsə, elə bil məni ziyarət edib. Hər kəs Əli ibni Əbi Talibi ziyarət etsə, elə bil Fatiməni ziyarət edib. Hər kəs Həsən və Hüseyni ziyarət etsə elə bil Əlini ziyarət edib. Hər kəs Həsən və Hüseynin övladlarını ziyarət etsə, elə bil Həsən və Hüseyni ziyarət edibdir.»
(Bihar, 44-cü cild, səh. 287)
قَالَ لإمام الصادق (ع): إِيتُوا قَبْرَ الْحُسَيْنِ كُلَّ سَنَةٍ مَرَّةً
İmam Sadiq (ə) buyurub: Hər ildə bir dəfə imam Hüseyn (ə)-ın qəbrinin ziyarətinə gedin.
(Bihar, cild 98, səh. 11)
قَالَ لإمام الصادق (ع): زَيَارَةُ الْحُسَيْنِ بْنِ عَلِىُّ وَاجِبَةٌ عَلَى كُلِّ مَنْ يُقِرُّ لِلْحُسَيْنِ بِالإِمَامَةِ مِنْ اللهِ عَزَّ وَ جَلَّ
Allah tərəfindən imam Hüseyn (ə)-ın imamətinə hər kəsin etiqadı olsa, imamın ziyarəti ona vacibdir.
(Vəsailuş-şiə, səh.349)
قَالَ لإمام الصَّادِقُ (ع): اَفْضَلُ الأَرْضِ تُرْبَةُ سَيِّدِ الشُّهَدَاءِ إِنَّ السُّجُودَ عَلَى تُرْبَةِ اَبِى عَبْدِ اللهِ يَخْرِقُ الْحُجُبَ السَّبْعَ
İmam Sadiq (ə) buyurub: «Yerin ən fəzilətlisi şəhidlər ağasının (imam Hüseyn ələyhis-salamın) torpağıdır. Həqiqətən Əba Əbdillah (ə)-ın türbətinə səcdə etmək yeddi hicabı yarır.»
(Cəvahirul-kəlam, 8-ci cild, səh. 437)
قَالَ لإمام الصادق (ع): حَنِّكُوا اَوْلاَدَكُمْ بِتُرْبَةِ الْحُسَيْنِ فَإِنَّهَا اَمَانٌ
İmam Sadiq (ə) buyurub: İmam Hüseyn (ə)-ın türbətini uşaqlarınızın damağına sürtün, çünki onun vasitəsilə övladlarınız əmin-amanda qalar.
(Vəsailuş-şiə, cild 10, səh. 410)
Həzrəti imam Hüseyn (ə) Kərbəla diyarına daxil olduqda soruşdu ki: "Bu yerin adı nədir?”
Dedilər: "Kərbəladır.”
Kərbəla adını eşitdikdə, buyurdu:
«اَللّهُمَّ اِنِّى اَعُوذُ بِكَ مِنَ الكَرْبِ وَ الْبَلاَء»
"Pərvərdigara, həqiqətən qəm-qüssə və bəladan Sənə pənah gətirirəm.”
(Vəqaiul-əyyam, Şeyx Abbas Qumi)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər