Xanım Zəhranın (s.ə) Əbubəkr və Ömərin xüsusi məclisində Fədək üçün dəlil və sübut gətirməsi |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 5-10-2015, 23:24 | Şərh sayı: (0) | Baxılıb: 638
Xanım Zəhranın (s.ə) Əbubəkr və Ömərin xüsusi məclisində Fədək üçün dəlil və sübut gətirməsi
Həzrət Zəhra (s.ə) Əbubəkrə xitab edərək buyurdu:
Niyə mənim numayəndəmi Fədəkdən qovdun? Halbuki, Peyğəmbər (s) Allahın əmri ilə Fədəyi mənə bağışlamışdı. Müsəlmanların iştirakı olmadan Peyğəmbərin (s) fəth etdiyi qənimətdən mənə bağışladığı yeri (torpağı) əlimdən almaq istəyirsən? Peyğəmbər (s) buyurmayıbdırmı:
"Hər bir şəxsin övladları, gərək onun ölümündən sonra nəzərdə tutulsun!"
Sən yaxşı bilirsən ki, Peyğəmbərin (s) övladları üçün yeganə yadigarı həmin Fədəkdir.
Ayişənin nahaq şəhadəti
Əbubəkr dedi: Qızım Ayişə və Ömərin qızı Həfsə şəhadət verirlər ki, Peyğəmbər (s) buyurdu:
"Peyğəmbərlər irs qoymur"
Həzərtə Fatimə (s.ə) buyurdu:
Bu birinci nahaqq şəhadətdir ki, onlar şəhadət verirlər. Mənim Fədək barəsində şahidlərim vardır. Peyğəmbər (s) onu mənə bağışlayıbdır. Mən şahid gətirəcəyəm.
Əbubəkr dedi: Öz dəlil və sübutunu (şahid) gətir.
Qəsb olunmuş mülkün barəsində şahid istəmək batildir.
Həzrət Zəhra (s.ə) buyurdu:
Peyğəmbərin həyatı zamanı Fədək mənim ixtiyarımda idimi və mən onun məhsulundan istifadə edirdimmi?
Əbubəkr dedi: Bəli!
Xanım buyurdu: Niyə öz şəxsi mülküm üçün məndən şahid istəyirsən?
Əbubəkr dedi: Çünki, müsəlmanların qənimətidir. Əgər dəli-sübut gətirməsən,imza etməyəcəyəm!
Hamı bu deyişməyə qulaq asırdı.
Həzrət buyurdu: Peyğəmbərin (s) göstərişini inkar edirsinizmi? Bizim barəmizdə elə bir hökm vermək istəyirsiniz ki, başqa müsəlmanın barəsində bu hökmü verməyə hazır deyilsiniz?
Ey burada hazır olanlar! Bilməlisiniz ki, onlar hansı əmələ mürtəkib olurlar.
Ey Əbubəkr və Ömər! Əgər mən iddia edib, müsəlmanlarına əlində və ixtiyarında olan malları istəsəm, məndən sübut istəyəcəksiniz ya müsəlmanlardan?
Ömər qəzəbli halda dedi:
Fədək müsəlmanların qəniməti və torpağıdır. Fatimə (s.ə) isə onu öz əlinə keçirdib və onun məhsulundan istifadə edir. Əgər öz iddiasına sübut gətirsə ki, Peyğəmbər (s) müsəlmanların arasında Fədəyi yalnız ona bağışlamışdır, bu barədə nəzər verəcəyik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər