Fədəyin şəxsi mülkiyyət olmasına şahid və sənəd |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 08:49 | Şərh sayı: (0) | Baxılıb: 349
Fədəyin şəxsi mülkiyyət olmasına şahid və sənəd
Fədəyin sənədini "Peyğəmbərin bəxşiş və hədiyyəsi" ünvanı altında yaz və onu saxla!"
Əmirəl möminin Əli (ə) Fədəyin sənədini yazdı. Peyğəmbər (s) və Ümmü Əymən də onu imzaladılar. Allahın Rəsulu (s) orada buyurdu:
"Ümmü Əymən Behişt əhlidir"
Həzrət Zəhra (s.ə) Fədəyin sənədini təhvil aldı. Sonra Peyğəmbər (s) camaatı Həzrət Zəhranın (s.ə) evinə çağırdı. Həzrət, Fədəyin Allah tərəfindən Fatiməyə bağışlanmasını onlara xəbər verdi.
Allahın Rəsulu (s) həmin məclisdə Fədəyin gəlirini Fatimənin (s.ə) hədiyyəsi" ünvanı ilə bölüb camaata sübut etdi ki, Fədəyin maliki Fatimədir və "Fədək"onun şəxsi mülküdür.
Fədək məsələsinin ictimai şəraiti
Qəsbkarlar Fədəyi qəsb etməmişdən qabaq, onun ictimai şəraitindən və camaatın onun barəsində olan keçmiş fikirlərindən istifadə etdilər. Camaat Quranın buyurduğu:
"Müsəlmanlar fəthində iştirak etmədiyi şeylər, Peyğəmbərin şəxsi mülküdür və heç kimin onda haqqı yoxdur"
Ayəni eşidən gündən sonra bu ayə dünyapərəstlərin çoxu üçün ağır gəldi. Fədək barəsində olan bu ilahi hökmün icrası onların qəlblərindəki kin-küdurət yükünü daha da ağırlaşdıra bilərdi. Elə də oldu.
Allahımn əmri ilə Peyğəmbərin bu mülklərə yiyələnməsi və onu qızı həzrət Fatiməyə (s.ə) bağışlaması onların qəlblərindəki küdurətləri yenidən artırdı.
Məlumdur ki, paxıllıq və kinlə dolu olan qəlblər, başqaları üçün də bu sualı qarşıya çıxara bilərdilər:
Nə üçün Fədək Fatimənin (s.ə) əlində olmalıdır? Hər bir bəhanə ilə olursa olsun, gərək Fədək onun əlindən çıxsın!
Əbubəkr və Ömər qabaqcadan qurulmuş bu plan ilə Fədək məsələsini xalq arasında müzakirəyə qoydular. Onlar iddia etdilər ki, Fədək müsəlmanların döyüş qənimətidir və gərək onun gəliri İslam düşmənləri ilə mübarizə yolunda istifadə olunsun.Bu,gərək bir nəfərin əlində olmasın! Beləliklə onlar öz sözlərini, öz işlərini zorla da olsa həyata keçirtdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər