Niyə yalnız Fatimədən (s.ə) sübut və dəlil istəyirlər? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-10-2015, 10:05 | Şərh sayı: (0) | Baxılıb: 664
Niyə yalnız Fatimədən (s.ə) sübut və dəlil istəyirlər?
Ömər dedi: Ey Muhammədin (s) qızı! Öz iddiana dəli və sübut gətir!
Xanım buyurdu: Bəs nə üçün Cabir ibni Əbdullah və Cureyr ibn Əbdullahın sözünü onlardan sübut və dəlil istəmədən qəbu etdiniz? Halbuki, mənim sübutum Allahın kitabındadır.
Ömər dedi: Cabir və Cureyr az qiymətli bir şeyi istəyirdilər, amma sən böyük bir məsələni iddia edirsən ki, Muhacir və Ənsar tayfası onunla mürtədd ola bilər!!!
Həzrət Zəhra (s.ə) buyurdu: Muhacirlər Peyğəmbər və Onun Əhli-beytinin köməyi ilə Allahın dininə hicrət etdilər.Bəs,əgər hicrət olubsa,bizə tərəf olub və əgər kömək olubsa,yenə bizə kömək ediblər. Tabein də bizim vasitəmizlə dinə tabe olublar. Hər kəs də dindən (İslam dini) çıxsa, cahiliyyət dövranına qayıtmış olar.
Ömər dedi: Bu batil sözləri kənara qoy! Öz sözünə (Fədək barəsində) şəhadət vermək üçün şahid gətir!
Fədəyin mülkiyyəti üçün Fatimənin (s.ə) şahidləri və qəsbkarların əks əməli
Həzrət Zəhra (s.ə) həmin məclisdə qaldı. Əli (ə), Həsən (ə), Huseyn (ə), Ümmü Əymən və Əsma bint Umeysi (Əbubəkrin arvadı) şəhadət vermək üçün məxlisə çağırtdırdı. Xanım Zəhra (s.ə) buyurduğu sözlərin hamısına şəhadət verdilər.
O cümlədən Ümmü Əymən belə dedi: Peyğəmbər (s)-dan eşitdim ki, buyurdu:
"Fatimə (s.ə) Behişt qadınlarının xanımıdır "Deyin görüm Behişt qadınlarının xanımı malik olmadığı şeyi özü üçün iddia edərmi? Mən də Behişt qadınlarındanam. Peyğəmbərdən (s) eşitmədiyim söz barəsində şəhadət vermərəm.
Əbubəkr dedi: Bu hekayəni kənara qoy! Sənə nə (çatır ki,) şəhadət verirsən?
Ümmü Əymən dedi: Ey Əbubəkr! Peyğəmbər (s) buyurduğu sözlər barəsində səndən etiraf və iqrar almayınca şəhadət verməyəcəyəm. Səni and verirəm Allaha, bilirsənmi Peyğəmbər (s) mənim barəmdə buyurubdur ki, Ümmü Əymən Behişt qadınlarındandır?
Əbubəkr dedi: Bəli!
Ümmü Əymən dedi: İndi mən şəhadət verirəm Cəbrail (ə) Peyğəmbər (s)-ın yanına gəlib dedi ki, Allah-təala buyurub: "Ən yaxın adamına öz haqqını əta et!"
Peyğəmbər (s) buyurdu: Yaxın adamımda məqsəd kimdir? Ey Cəbrail, Allahdan soruş onlar kimdir?
Cəbrail dedi: Sənin ən yaxın adamın Fatimə (s.ə)-dır.
Peyğəmbər (s) Fədəyi Allahın əmri ilə Fatiməyə bağışladı. Faitmə də onu qəbul edib təhvil aldı. Sonra Peyğəmbər (s) buyurdu: Ey Əli və Ümmü Əymən,sizdə buna şahid olun!
Ümmü Əymən,sonra Əmirəl-möminin (ə),İmam Həsən (ə), İmam Huseyn (ə) və Əsma da Fədəyin Fatimənin xüsusi mülkü olması barəsində şəhadət verdilər. Sonra Peyğəmbər (s) buyurdu: Ey Əli və Ümmü Əymən,siz də buna şahid olun!
Ümmü Əymən,sonra Əmirəl-möminin (ə), İmam Həsən (ə) ,İmam Huseyn (ə) və Əsma da Fədəyin Fatimənin xüsusi mülkü olması barəsində şəhadət verdilər.
Ömərin şahidlər barəsində cavabı
Ömər dedi: Əli (ə) onun həyat yoldaşı, Həsən (ə) və Huseyn (ə) onun oğulları, Ümmü Əymən də xidmətçisidir. Əsma bint Uməys isə qabaq Cəfər ibn Əbi-Talibin həyat yoldaşı, Fatimənin (s.ə) xidmətçisi olubdur və Bəni Haşimin xeyrinə şəhadət verəcək. Bu şahidlərin hamısı öz xeyirlərinə şəhadət verirlər!"
Ömər, Ümmü Əymən barəsində əlavə edərək dedi: O, ərəb deyil və şəhadət verməyə haqqı yoxdur.
Əli (ə) şahidləri müdafiə edir.
Əli (ə) buyurdu: Fatimə (s.ə) Peyğəmbərin (s) qəlbinin parasıdır. Hər kəs ona əziyyət etsə, Peyğəmbərə (s) əziyyət etmiş və hər kəs onu təkzib (yalançı bilsə) etsə, Peyğəmbəri təkzib etmişdir. Həsən (ə) və Huseyn (ə) Peyğəmbərin (s) iki övladı və Behişt cavanlarının ağasıdırlar. Hər kəs onları təkzib etsə, Peyğəmbərin təkzib etmişdir. Çünki, Behişt əhli doğru danışandır. Amma mən həmin şəxsəm ki, Peyğəmbər (s) buyurdu:
"Sən məndənsən və mən səndən. Sən dünya və Axirətdə mənim qardaşımsan. Hər kəs səni qəbul etməsə, məni qəbul etməyib,sənə itaət etsə, mənə itaət edib və hər kəs sənin sözündən çıxıb müxalifət etsə, mənim sözümdən çıxıb, müxalifət etmişdir."
Ümmü Əymən elə bir qadındır ki, Peyğəmbər (s) onun üçün Behişti vədə veribdir. Peyğəmbər (s) Əsma Bint Umeys və onun nəsli üçün dua etmişdir.
Əmirəl-möminin (ə)-ın şahidlər barəsində sonuncu cavabı
Əli (ə) buyurdu: İndi ki, biz siz tanıyan kimiyik və inkar etmirsiniz,eyni zamanda bizim şəhadətimiz öz xeyrimizə qəbul olunmur və Peyğəmbərin (s) şəhadəti də sizin üçün qəbul deyildir,bəs ("Biz Allah tərəfindən gəlmişik və Allah tərəfinə qayıdacağıq!")
Biz özümüz üçün bir şey iddia edən zaman bizdən dəlil və sübut istəyirsinizmi? Bizə kömək edən bir şəxs yoxdurmu? Siz, Allah və Peyğəmbərin (s) hökumətinə hücum etmisiniz, bu höküməti dəlil və sübutsuz Peyğəmbərin (s) Əhli-beytindən alıb başqasına vermisiniz. Tezliklə zalımlar başa düşəcəklər ki, hara qayıdacaqlar.
Fədəyin birinci mühakiməsinin nəticəsi
Sonra Əli (ə) Həzrət Zəhraya (s.ə) buyurdu: Evə qayıt! Allah özü bizim aramızda hökm etsin. O, ən yaxşı hökm edəndir!
Xanım qəzəbli halda ayağa qalxıb dedi: İlahi!bu iki nəfər, sənin Peyğəmbərinin (s) qızına zülm etdilər. İlahi! Bu iki nəfərə şiddətli əzab göndər!
Xanım Zəhra (s.ə) və Əhli-beytin xalqdan kömək istəməsi
Qəsbkarlar və camaatın gözləmədiyi işi Əli (ə) gördü. Əli (ə) Həzrət Zəhranı (s.ə) Həsən və Huseyn (ə)-la birlikdə 40 gün müddətində, hər gün dəvəyə mindirib Ənsar və Muhacirlərin evinə aparırdı.
Xanım Zəhra (s.ə) onlara buyurdu: "Ey Ənsar və Muhacirlər! Peyğəmbərinizin (s) qızına kömək edin! Siz peyğəmbərlə beyət edən zaman söz verdiniz ki, onu və onun övladlarını himayət edəcəksiniz. Söz verdiniz ki, özünüz və övladlarınız üçün istəmədiklərinizi onlar üçün də istəməyəcəksiniz. Gəlin öz beyətinizə vəfalı olun!"
Amma heç kəs Fatiməyə (s.ə) müsbət cavab vermədi.
Fədəyin Fatiməyə (s.ə) qaytarılması üçün sənədin yazılması
Fədəyin Fatiməyə (s.ə) qaytarılması üçün qəsbkarlardan sənədin alınması xanımın haqq olmasına böyük bir sübut idi. Buna görə də həzrət Zəhra (s.ə) üçüncü dəfə olaraq, Əli (ə)-ın göstərişi ilə Əbubəkrin yanına getdi. Əmirəl-möminin (ə) Fatiməyə (s.ə) buyurdu:
Əbubəkrin yanına get! Əgər tək olsa, belə de: Atamın məqamını və Onun xilafətini qəsb edib yerində oturmusan? Əgər Fədək sənin mülkün olsaydı və mən onu səndən istəsəydim, sənə vacib idi ki, onu mənə bağışlayasan."
Həzrət Zəhra (s.ə) Əbubəkrin yanına gəlib bu sözləri dedi.
Əbubəkr dedi: Düz deyirsən.
Sonra vərəq istəyib, Fədəyin Fatiməyə qaytarılması üçün bir sənəd yazdı.
Həzrət (s.ə) Əbubəkrin yazdığı sənədi alıb, evə tərəf yola düşdü.
Ömər, Xanım Zəhra (s.ə) ilə yolda qarşılaşıb dedi: "Ey Muhammədin (s) qızı! Əlindəki yazı (sənəd) nədir?
Xanım buyurdu: Əbubəkrin Fədəyi qaytarmaq üçün yazdığı sənəddir.
Ömər dedi: Onu mənə ver!
Xanım sənədi vermədi. Burada Ömər gördü ki,a di yol ilə bu yazını (sənədi) Həzrətdən ala bilməyəcək. Ömər, xanıma elə bir hörmətsizlik etdi ki, onun bu ədəbsizliyi əbədi olaraq tarixin qara səhifəsinə yazıldı. O, böyük bir alçaqlıq və azğınlıq göstərərək, küçənin ortasında camaatın gözü önündə, Peyğəmbərin (s) qızını təpik ilə vurdu. Onun bu xəbis və alçaqlıq işi İslam tarixinin unudulmaz vərəqlərində qara bir səhifə açdı. O, bununla kifayətlənməyib, Xanımın mübarək sifətinə bir şillə vurdu. Şillənin zərbəsi nəticəsində Həzrətin sırğası qırıldı. Ömər bu dözülməz cinayəti ilə elə bir zillət paltarı geydi ki, başqa millətlər içərisində özünün əbədi bədnamlığına səbəb oldu.
Ömər,o yazını (sənədi) zorla xanımın əlindən aldı. Tüpürcəyi ilə yazıları pozub sənədi cırdı.
Sonra dedi:Fədək elə bir diyardır ki, sənin atan da onu at və qoşun ilə fəth etməyib! Gəl dağları bizim boynumuza qoy!
Əli (ə)-ın müsibətlərdəki qüssəsi
Əli (ə) evdə gözləyirdi. Xanım Zəhranın (s.ə) gəldiyini bilib onun qabağına çıxdı.
Əli (ə) buyurdu: Ey Peyğəmbərin (s) qızı! Niyə belə qəzəblisən?
Xanım, Ömərin ona etdiyi vəhşiliyi Əli (ə)-a dedi.Əli (ə) onun qəminə şərik olub təsəlli verərək, buyurdu: "Mənim və atanın barəsində etdikləri cinayətlər bundan daha böyükdür."
Bu faciə qəlbləri lərzəyə gətirib və gətirəcək. Fatimənin (s.ə) məhəbbəti ilə dolu olan qəlbləri həmişə kədərləndirəcək. Onlar, Peyğəmbərin (s) hörmətini belə saxladılarmı?
Bu dəfə Əli (ə) özü məscidə getdi. Əbubəkrin ətrafında oturan Muhacir və Ənsarın yanında Əbubəkrə xitab edərək, buyurdu:
Ey Əbubəkr! Niyə Peyğəmbərin (s) Fatiməyə (s.ə) bağışladığı torpağı ondan aldın? Halbuki, onun numayəndəsi neçə il bundan qabaq orada idi.
Əbubəkr dedi: Fədək müsəlmanların qənimətidir. Əgər ədalətli şahid gətirsə,bu yeri ona verərik, yox əgər gətirməsə,Fatimənin bu yerdə haqqı yoxdur.
Qəsbkar qəzavət hökmlərindən xəbərsizdir
Həzrət Əli (ə) buyurdu: Müsəlmanların barəsində etdiyin hökmü üçün bizim üçün edirsən?
Əbubəkr dedi: Yox.
Əli (ə) buyurdu: Əgər müsəlmanların əlində bir şey olsa və mən onu özüm üçün iddia etsəm, hansımızdan şahid tələb edəcəksən?
Əbubəkr dedi: Səndən şahid istəyərəm.
Əli (ə) buyurdu: Əgər mənim əlimdə bir şey olsa və müsəlmanlar onu özləri üçün iddia etsələr, məndən şahid istəyəcəksən?! Nə üçün Fatimədən şahid istəyirsən? Halbuki, Fədək onun əlində və ixtiyarındadır. Peyğəmbərin (s) həyatında və ondan sonra Fatimə (s.ə) onun maliki olubdur. Niyə müsəlmanlardan şahid istəmirsən?!
Əbubəkr susdu.Ömər dedi: Bu müsəlmanların qənimətidir. Biz sənin kəlamınla müqabilə edə bilmərik. Əgər ədalətli bir şahid gətirsəz, Fədək sizindir. Yox əgər gətirmədiniz, bu diyar müsəlmanların qənimətidir. Sənin və Fatimənin onda haqqı yoxdur!!!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər