RSS
 

Login:
Şifrə:
» » Həzrət Fatimə (s.ə) razı deyilsə...

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həzrət Fatimə (s.ə) razı deyilsə...

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-11-2015, 13:42 | Şərh sayı: (0) | Baxılıb: 484

Həzrət Fatimə (s.ə) razı deyilsə...


Həzrət Fatimə (s.ə) razı deyilsə...


İslam xəlifələri Әbu Bəkr ibni Әbu Qəhafə və Ömər ibni Xəttab barəsində müəyyən qədər mötəbər məlumatlar verdik. Lakin bütün dediklərimizə göz yumsaq belə, onların Peyğəmbərin (s) yeganə yadigarı həzrət Fatiməyə qarşı etdikləri səhvləri unutmaq olmur. Həzrət Fatimənin kim olduğu barədə kifayət qədər məlumat vermək təkcə bu kitabın deyil, onlarla xüsusi kitabın həcminə sığmaz. Təkcə onu deyə bilərik ki, bu əziz xanımın dünya və axirət xanımı olması, onun razılığının Allah-taalanın razılığı, qəzəbinin ilahi qəzəb olmasını bütün şiə və əhli-sünnət kitabları təkrar-təkrar yazmışlar.
Hafiz Әbu Bəkr Beyhəqi «Tarix» kitabında, İbni Әbul-birr «İstiab» kitabında, Mir seyyid Әli Həmədani «Məvəddətul-qurba» kitabında yazırlar:
Peyğəmbər (s) təkrar-təkrar buyurardı:
«Fatimə mənim ümmətimin qadınlarının ən yaxşısıdır.»
İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Әbu Bəkr Şirazi «Nüzulul-Quran fi-Әli» kitabında, İbni Әbdul-birr «İstiab» kitabında və Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddəh» kitabında öz sənədləri ilə nəql edirlər:
Peyğəmbər (s) buyurdu:
«Dünya xanımlarının ən yaxşıları dörd qadındır: Məryəm (İsanın anası), Asiya (Fironun arvadı), Xədicə (Peyğəmbərin həyat yoldaşı) və Fatimə.»
Hafiz Әbu Musa «Möcəm» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, Sibt ibni Cuzi «Təzkirə» kitabında və İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:
Peyğəmbər (s) öz qızına üz tutub buyurdu:
«Ey Fatimə! Allah-taala sənin qəzəbinə qəzəblənər və razılığına razı olar.»
Buxari «Səhih» kitabında yazır:
Peyğəmbər (s) buyurdu:
«Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.»
Həzrət Fatimənin dəfələrlə Әbu Bəkr və Ömər tərəfindən inciməsini əksər tarixçilər öz kitablarında qeyd etmişlər.
Xüsusilə, Peyğəmbərin (s) öz qızına hədiyyə etdiyi Fədək bağının onun əlindən alınması xəlifələrin ən böyük səhvlərindən biri idi.
Fədək bağı döyüşlərin birində əldə olunmuş qənimətlərin bir hissəsi idi. İmam Әhməd Sələbi «Kəşful-bəyan» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, Hakim Həskani «Şəvahidut-tənzil» kitabında (Qeyd olunan kitablar Quranın təfsirləridir) və İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında yazır:
«Öz yaxınlarının haqqını ver...»
Bu ayə nazil olan kimi Peyğəmbər (s) Fədək bağını həzrət Fatiməyə hədiyyə etdi.»
Göründüyü kimi Fədək bağı Peyğəmbərin (s) öz həyatı dövründə öz qızına bağışladığı xüsusi bir mülk idi. Lakin Әbu Bəkrin xilafəti dövründə bu bağ həzrət Fatimədən alınıb beytul-mala daxil edildi.
Әbu Bəkr Fədək bağının irs yolu ilə həzrət Fatiməyə çatdığını deyir, peyğəmbərlərdən isə heç kəsə irs qalmadığını iddia edirdi. O, bu iddiasına dəlil gətirərək deyirdi:
Peyğəmbərdən (s) özüm eşitdim ki, buyurdu:
«Peyğəmbərlərdən heç kimə miras qalmaz.»
Әbu Bəkrin nəql etdiyi bu hədisin səhv olduğunu sübut etmək üçün çoxlu sayda dəlillər gətirmək olar. Lakin həzrət Fatimənin özünün bəyan etdiyi dəlilləri və xanımın öz hüquqlarını necə müdafiə etdiyini oxuculara təqdim etməyi məqsədəuyğun sayırıq.
-Әbu Bəkr Әhməd Cövhəri «Səqifə» kitabında, İbni Әsir «Nihayə» kitabında, Məsudi «Әxbaruz-zaman» kitabında və İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Fədək bağı həzrət Fatimədən alındıqdan sonra xanım, Әli (ə)-la birlikdə məscidə gedib öz haqqını tələb edərək buyurdu: Әgər Fədəkin irs olduğunu qəbul etsək, bu irs nə üçün mənə çatmamalıdır? Deyirsiniz ki, peyğəmbərlərdən heç kimə irs çatmaz...? Bəs nə üçün Qurani-Kərimdə peyğəmbərlərdən irs qalması bəyan edilir?
«Süleyman (peyğəmbər) Davudun (peyğəmbər – Süleymanın atası) irsinə sahib oldu.»
«(Zəkəriyyə peyğəmbər dua edərək: İlahi,) Öz mərhəmətindən mənə bir övlad ver ki, mənim və Yəqubun övladlarının irsinə sahib olsun...»
Ey Әbu Qəhafənin oğlu (Әbu Bəkr), Allahın kitabında yazılıb ki, sən öz atandan irs apara bilərsən, mən yox?
Həqiqətən böyük bir iftira yaxmısan. Qəsdən Allahın kitabını tərk edirsiniz. Allah mənim atamı irs qanunundan istisna etdiyi ayəni sizəmi göndərib? Yoxsa siz mənim atamdan və əmim oğlundan (Әli) Qurana daha arifsiniz? Bilin ki, ən yaxşı hakim Allah, ən yaxşı himayədar Məhəmməd (s) və ən yaxşı üzləşəcəyiniz yer qiyamətdir. O gün batil kəslər ziyana uğrayacaq. Lakin peşmançılıq sizə fayda verməyəcək. Hər şeyin öz vaxtı var, tezliklə görərik kimi əzab çulğalayacaq...»
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində əlavə edir:
«Həzrət Fatimənin xütbəsindən sonra Әli (ə) da dəlillərini bəyan etdi. Onlar getdikdən sonra Әbu Bəkr xalqı sakitləşdirmək üçün mənbərə çıxıb dedi: O, bir tülküdür ki, öz quyruğu ona şahidlik edər (kimi nəzərdə tutduğu aydındır). O, Ümmi Təhal (məşhur zinakar qadın) kimidir ki, öz yaxınları ilə zina etməyi xoşlayar.»
Doğrudan bu cümlələri oxuduqda onu söyləyənin kim olmasına baxmayaraq, təəccüb edirsən. Әslində təkcə biz yox, məzhəbindən asılı olmayaraq, bütün insaflı və imanlı şəxslər bu cümlələrə təəccüb etmişlər.
İbni Әbil Hədid Mötəzili yazır:
«Xəlifənin bu sözlərini eşidəndə təəccübümü gizlədə bilmədim. Öz müəllimim Әbu Yəhya Nəqib Cəfər əl-Bəsridən soruşdum: Xəlifə bu cümlədə kimi nəzərdə tutur? Ustad buyurdu: Burada qaranlıq bir şey yoxdur. Dedim: Әgər qaranlıq bir şey olmasaydı soruşmazdım. Ustad gülümsəyərək buyurdu: Әli ibni Әbu Talibi nəzərdə tutmuşdur. Bir daha soruşdum: Bu sözlər hamısı Әli (ə)-a aiddir?! Ustad cavab verdi: Oğlum, hakimiyyət və səltənət belədir!!»
Ötən bəhslərimizdə Әli (ə)-dan beyət almaq üçün onun evinə hücum olunduğu, bu zaman Peyğəmbərin (s) əziz qızının incidilməsi barədə geniş söhbət açmışdıq.
Әbu Məhəmməd Abdullah Bahili Deynuri «Tarixul-xüləfa ər-raşidin» kitabında bu hadisəni geniş şəkildə yazmışdır. Hadisə zamanı həzrət Fatimənin dediyi bir cümlə xanımın Әbu Bəkr və Ömərdən narazı olduğunu açıq şəkildə bəyan edir:
«Atacan! Ey Allahın rəsulu! Səndən sonra Әbu Qəhafənin oğlu (Әbu Bəkr) ilə Xəttabın oğlundan (Ömər) biz nələr çəkdik...»
Həmin iman və insaf əhli olan əhli-sünnət alimi (Deynuri) öz kitabında, həmçinin İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Fatimənin ömrünün son günlərində Ömər, Әbu Bəkrə dedi (və ya əksinə): Gəl birlikdə gedib Fatimədən halallıq alaq, biz onu qəzəbləndirmişik. Onlar Fatimənin evinə gəldikdə xanım onlara görüş icazəsi vermədi. Onlar Әli (ə)-dan xahiş edərək evə daxil oldular. Xanım üzünü divara çevirib sakit dayandı. Әbu Bəkr dedi: Ey Peyğəmbərin (s) əzizi, and olsun Allaha ki, səni qızım Aişədən çox istəyirəm. Kaş Peyğəmbərdən (s) sonra ölmüş olaydım. Mən sənin kim olduğunu hamıdan yaxşı bilirəm.
Həzrət Fatimə Әli (ə)-a dedi: Onlardan soruş: Eşitməmişdiniz ki, Peyğəmbər (s) buyurdu: «Fatimənin razılığı mənim razılığım, qəzəbi mənim qəzəbimdir. Qızım Fatiməni sevən məni sevmişdir...»
Әbu Bəkr və Ömər cavab verdilər: Bəli, Peyğəmbərdən (s) bu sözləri eşitmişik. Həzrət Fatimə buyurdu: Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz məni incitdiniz, mən sizdən razı deyiləm. Atam Peyğəmbəri (s) görən kimi sizdən şikayət edəcəyəm. Onlar bu sözləri eşidəndə şiddətlə ağlamağa başladılar.
Həzrət Fatimə için-için ağlayaraq buyurdu: And olsun Allaha ki, hər dəfə namaz qılanda sizə nifrin edirəm...
Әbu Bəkr dözə bilməyib nalə çəkərək çölə çıxdı.»
Peyğəmbərin (s) əziz qızı cəmi 18 il miskin və qərib bir həyat sürərək atasından 75 və ya 95 gün sonra (bəzi ehtimallara görə ay sonra) vəfat etdi. Xanım öz vəsiyyətində buyurdu: Ya Әli, bunlardan heç biri mənim dəfnimdə iştirak etməsinlər...
Məni gecənin qaranlığında, gözlər yumulub yatandan sonra dəfn edərsən.
Səhih Buxari kitabında yazıldığı kimi Әli (ə), xanımın vəsiyyətinə uyğun olaraq onu gecə yarı keçdikdən sonra torpağa tapşırdı.
Ulu Peyğəmbərimizin (s) haqq dəvətinə ləbbeyk deyib ona iman gətirən bütün müsəlmanlar bu sualın cavabı haqqında düşünməlidirlər:
«Görəsən Peyğəmbərimizin (s) cigər parası, əziz qızı Fatimənin müqəddəs məzarı haradadır, bu məzar nə üçün bu günədək gizli qalmışdır?»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor