Fatimə (s.ə)-in isməti kamil sübutdur |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 23:12 | Şərh sayı: (0) | Baxılıb: 519
Fatimə (s.ə)-in isməti kamil sübutdur
Həzrət Zəhra (s.ə) buyurdu: Bu mənim üçün kifayətdir!
Ey camaat,sizi and verirəm Allaha, Peyğəmbərdən eşidibsinizmi ki, buyurdu: "Qızım, behişt qadınlarının xanımıdır?"
Dedilər: Bəli, And olsun Allaha, bu sözü Peyğəmbərdən (s) eşitmişik.
Xanım buyurdu: Behişt qadınlarının xanımı, batil iddia edərmi? Maliki olmadığı şeyi öz ixtiyarına keçirərmi? Buna nə deyirsiniz? Əgər dörd nəfər mənim əleyhimə pis bir əməl üçün şəhadət versə və ya iki nəfər mənə oğurluq nisbəti versə, onların sözünü təsdiq edəcəksinizmi?
Əbubəkr burada susdu. Amma Ömər dedi: Bəli, sənin barəndə İlahi həddi və cəzanı icra edəcəyik!
Xanım buyurdu: Yalan deyib öz alçaqlığını sübut etdin, məgər iqrar edəsən ki, Muhamməd (s)-ın dinində deyilsən.Hər kəs behişt xanımlarının əleyhinə şəhadət qəbul etsə və ya ona ilahi həddi icra etsə, məlundur və Allahın Peyğəmbərə (s) göndərdiklərinə kafirdir. Çünki "Allah onlardan çirkinliyi uzaqlaşdırıb və onları paklaşdırıbdır" və belə şəxslərin əleyhinə şəhadət vermək caiz deyildir. Onlar məsumdur və hər bir pislikdən uzaqdır. Ey Ömər, təthir ayəsindəki Əhli-beyt barəsində mənə xəbər ver! Əgər bir neçə nəfər, Əhli-beytin əleyhinə və ya onların birinin əleyhinə şirk, küfr və pis əmələ (nahaqcasına) şəhadət versə, müsəlmanlar onlardan bizar olub, onları cəzalandırmalıdırlarmı?
Ömər dedi: Bəli! Onların (Yəni Əhli-beyt)başqa camaat ilə heç bir fərqi yoxdur.
Həzrət Fatimə (s.ə) buyurdu: Yalan dedin, kafir oldun! Onlar başqa camaat ilə bərabər deyillər. Çünki Allaha Onları məsum qərar verib, onların ismət və paklığı barəsində ayə nazil edib və bütün çirkinlikləri onlardan uzaqlaşdırıbdır. Hər kəs onların əleyhinə bir sözü belə qəbul etsə, Allah və Onun Rəsulunu təkzib etmiş olar.
Əbubəkr dedi: Ey Ömər! And verirəm, sakit ol!
Qurana əsasən Fədək Peyğəmbər (s)-ın bəxşişidir.
Sonra Əbubəkr dedi: Fədək barəsində sübut gətir.
Xanım buyurdu: Allah-təala Peyğəmbərə bir ayə nazil etdi. Həmin ayədə göstəriş verib buyurur ki, mənim və övladlarımın haqqını versin. Ayə bundan ibarətdir:
"(Ey Muahmməd) Ən yaxın adamlarına (Allahın vacib buyurduğu) haqqını ver."
Mən və övladlarım Peyğəmbərin (s) ən yaxın adamlarıyıq. Peyğəmbər (s)-da Fədəyi mənə bağışladı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər