Həzrəti Zəhranın (s.ə) vasitəsi ilə Fədəyin sənədinin təqdim olunması |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 09:03 | Şərh sayı: (0) | Baxılıb: 307
Həzrəti Zəhranın (s.ə) vasitəsi ilə Fədəyin sənədinin təqdim olunması
Fədək qəsb olunandan sonra Xanım Zəhra ilk dəfə gördüyü iş Fədəyin sənədini gətirib Əbubəkrə göstərmək idi. Bu sənəd, Fədəyin Peyğəmbər (s) tərəfindən Xanım Fatiməyə bağışladığı zaman, Peyğəmbər (s) əmri və Əli (ə)-ın xətti və həmçinin o həzrətin və Ümmü Əymənin imzası ilə tənzimlənmişdir. Onun mətni bu ünvana malik idi.
"Peyğəmbər (s)-ın qızı Fatiməyə bəxşişi"
Dünyanın hər bir yerində, gələcəkdə ixtilafların qarşısını almaq üçün sənədlər imzalanıb. Elə buna görə də yeri var idi ki, Fədəyin sənədini təqdim etməklə məsələ ona yetirdi və məlum olurdu ki, ümumiyyətlə bu,irs məsələsi deyil. Belə olan surətdə növbə saxta "Peyğəmbərlər irs qoymur" hədisə çatmazdı.
Məlum olardı ki, bu, atanın qızına etdiyi bəxşişdir və bu, Peyğəmbərin (s) həyatı zamanı baş vermişdir. Xanım da bir neçə il həmin şəxsi mülkündən istifadə etmişdir. Amma Fədək qudrət və zor gücünə qəsb olduğuna görə, onlar Peyğəmbərin (s) əmri ilə tənzimlənmiş sənədə əhəmiyyət vermədilər.
Ayişə və Həfsə saxta hədisin şahidləri
Qəsbkarlar bu saxta hədis üçün Peyğəmbər (s)-ın iki həyat yoldaşı Ayişə və Həfsəni şahid kimi nəzərdə tutdular. Onlar, belə qərara gəldilər:
Əgər bir kəs saxta hədisi inkar etsə, Ayişə və Həfsə iddia etsinlər ki, Peyğəmbərlə (s) çoxlu rabitələri olduğuna görə bu hədisi o həzrətdən eşidərkən onlardan başqa heç kim orada olayıbdır!
Qalan müşkül bu idi ki, iki qadının şəhadəti, bir kişinin şəhadəti hesab olunur. Bu şəhadətin dəyəri o vaxt olar ki, başqa bir kişi də buna şəhadət versin.
Heç kim belə şəhadətə və Peyğəmbərə (s) yalan nisbət verməyə hazır deyildi. Onlar Bəni-Nəsr qəbiləsindən səhrada yaşayan bir ərəbi tapdılar. O, öz sidiyi ilə özünü təmizləyib, paklayırdı.Başqa bir tərəfdən isə, bu şəxsin (Onun adı Malik ibni Ovs ibni Hədsan idi). Peyğəmbərlə (s) heç bir rabitəsi yox idi.Buna görə də Peyğəmbərdən (s) hədis nəql edə bilməzdi.
Camaatın yanında şəhadət vermək üçün, saxta hədisi bu ərəbə öyrətdilər. Şahidlırin sayını təkmilləşdirdilər. Çox maraqlıdır ki, tarix kitablarında aydın surətdə yazılıb:
Peyğəmbərin (s) o qədər sahabəsi olmaqla yanaşı, bu ərəb və iki qadından başqa heç kim bu saxta hədisə şəhadət vermədi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər