İnsanların şükür etməsinə qarşı maneələr |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-02-2015, 01:22 | Şərh sayı: (0) | Baxılıb: 521
İnsanların şükür etməsinə qarşı maneələr
Şeytan ALLAHın hüzurundan qovulmamışdan əvvəl özünə söz vermişdir. Bu söz şeytanın insanlara qarşı edəcəyi çox önəmli fəndlərdən birini göstərir:
"Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" (Əraf surəsi, ayə: 17)
Şeytan insanların şükür etməsinə maneçilik törədir. Çünki şükranlıq ALLAHın Quranda üzərində ən çox dayandığı əməllərdən biridir. 60 ayədə şükürdən və şükranlığın əhəmiyyətindən, vacibliyindən bəhs edilir. ALLAHın bu qədər diqqətlə xatırlatdığı bu vəzifəni insanlara unutdurmaq şeytanın əlbəttə ki, başlıca məqsədlərindən biridir.
Şeytanın təsiri altında olan cahil cəmiyyət şükürdən uzaq olur. Şükür etmək kimi əsas bir ibadəti ancaq baş verən müsibət keçdikdən sonra və ya xoşagəlməz bir vəziyyət ortadan qalxdıqda xatırlayar, sonra yenə içindəki yaşamlarına dönərlər. Halbuki şükür etmək insanın ən mühüm vəzifələrindən biridir. Çünki hər bir insanın həyatı şükürü tələb edən saysız-hesabsız nemətlərlə doludur. Möminin ona verilən nemətə şükür etməsi onun bu nemətin sahibini tanımasına dəlildir.
"ALLAH sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!” (Nəhl surəsi, ayə: 78)
"Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: "Əgər Mənə şükür etsəniz, sizə olan ne’mətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən şiddətlidir!" (İbrahim surəsi, ayə: 7)
"Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Ey insan! ALLAHın ne’mətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, bundan sonra ALLAHın ne’mətlərinə şükür edəsiniz!"(Nəhl surəsi, ayə:14)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər