İmam Zamanın (ə.f) ömrü |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 28-09-2015, 22:52 | Şərh sayı: (0) | Baxılıb: 1912
İmam Zamanın (ə.f) ömrü
Hz. Mehdinin (ə.f) həyatı ilə bağlı suallar hər zaman camaat arasında aktuallığını qoruyub saxlayan məsələlərdən biri olmuşdur. Bəziləri deyir : “Necə ola bilər ki, bir insan neçə əsrlər sağ-salamat və zühuruna qədər qocalmadan yaşaya bilsin?” Bu sualların mənşəyi “məhdəviyyət” barədə məlumatsızlıq və dini mətnlərdən agah olmamaqdır. Uzunömürlülük məsələsinə gəldikdə buna həm keçmiş qövmlərdə, həm də hazırkı dövrümüzdə rast gələ bilərik. Uzunömürlülük bəşər tarixində qəti şəkildə qəbul olunmuş məsələlərdən hesab olunur. Biz bəzi mətnlərə müraciət etdikdə orada bir çox uzun ömür sahibi olan şəxslərin adlarına rast gəlirik. Qeyd etmək lazımdır ki, uzun yaşamaq təkcə saleh şəxslərə aid olan bir məsələ deyil. Çünki bir çox kafir və zalım şəxslər də uzunömürlü olmuşlar. Məsələn: Şəddad bin Ad 900 il, Ömər bin Amir 800 il, Zuheyr bin Əbbab 300 il, İbni Hubəl bin Abdullah 600 il, Mustəvər bin Rəbiə 330 il, Dureyd bin Zeyd 450 il, Qus bin Ubadə 600 il yaşamışdır. Saleh şəxslərdən isə Loğman bin Ad 3500 il, İbni Əbi Dünya adıyla tanınan Əli bin Osman 309 il yaşamışlar. Böyük peyğəmbərlər (ə) arasında da uzunömürlülük adi və təbii işlərdəndir. Dini mətnlərimizdə də buna işarə edilmiş və misal olaraq Nuh peyğəmbəri (ə) göstərmək olar. Müxtəlif nəzərlərə əsasən Həzrət Nuh (ə) 1000, 1400, 1700 və ya 1470 və ya 2300 və yaxud da 2500 il yaşamışdır. Qurani-Kərim Nuhun (ə) dəvət müddətinin 950 il olduğunu deyir. Allah-Taala buyurur: “Biz Nuhu (da) öz qövmünə göndərmişdik. O onların arasında min ildən əlli il az qədər (yəni, 950 il) qaldı. (Sonra) tufan onları qərq etdi və onlar zalımlardan oldular”. (Ənkəbut surəsi, 14) Həmçinin digər peyğəmbərlərdən də uzunömürlüləri olmuşdur. Məsələn, Hz. Adəm (ə) 930 il, Hz.Süleyman (ə) 1712 il və ya 1000 il, Hz.Şeys (ə) 920 il, Hz.Hud (ə) 670 il yaşamışdır. Qeyd etdiklərimiz dünya həyatında uzun ömr sürərək yaşayan və sonar da dünyalarını dəyişən peyğəmbərlərlərə aid idi. Lakin bəzi peyğəmbərlər hətta bu günümzə qədər də sağdırlar. Bunlar Hz. İlyas (ə), Hz. İdris (ə), Hz. İsa (ə) və Hz. Xızırdır (ə). Hazırkı dövrümüzdə insanın uzun ömür yaşamasına gəlincə isə, müasir tibb elmi uzunömürlülüyün mümkünlüyünü deyir. Alimlər belə düşünürlər ki, bəşər övladı yüz illərlə yaşaya bilər. Amerikalı həkim Kilord deyir: “Hal-hazırda tibb elmi insanların uzun ömür yaşamasına əngəlləyən maneə və həddləri aradan qaldırmışdır. Bu gün biz ata-babalarımızın və əcdadlarımızın düşündüyünün əksini düşünürük. Biz ümid edirik ki, çox uzun ömürlər yaşayacağıq”. (“Bizim cavabımız”, 17) Həmçinin Almaniya universitetlərinin başçısı doktor Corc da bu fikirdədir. O latıncada “Sabrolina miskata” adlanan bir bitkinin üzərində tədqiqat aparmışdır. Bu bitki yaşıl milçəyin belində yerləşir və ömrü cəmi iki həftədir. Doktor Corc həmin bitki üçün xüsusi şərait hazırladıqdan sonra onu əkmişdir. Bunun nəticəsində isə bitki iki həftə deyil, düz altı il yaşamışdır. Bu təcrübəyə əsasən biz insan ömrünün də 10920 ilədək uzadıla biləcəyini deyə bilərik. (“Bizim cavabımız”, 20) Yəni, əgər bəşər bir bitkinin ömrünü iki həftədən altı ilə qədər uzada bilirsə, bu hesabla bir insanın min illərlə və ya daha artıq yaşaması nə üçün mümkün olmasın? Bu adi bir insan barəsində belə olduğu halda görəsən elmi-lədunnisi(Allah tərəfindən bəxş olunmuş ilahi elmi), təkvini vilayəti, peyğəmbərlərin (ə) və övliyaların (ə) elmi və mirasları yanında olan bir şəxs barəsində necə olar? (Adi bir insanın tibb elmi sayəsində və xüsusi tədbirlərlə öz ömrünü artıra bilməsi mümkün olduğu halda, İlahi elmə sahib və Allah tərəfindən qorunub himayə edilən bir şəxsin ömrünün uzun olması nə üçün təəccüblü olmalıdır ki?! Qadir olan Allah məxluqun ömrünü uzatmaqda adi bir həkimdən daha qüdrətli deyil? İnsan bir neçə il təmizliyinə fikir verməzsə bədəninin tükləri uzanaraq onu tanımmaz hala salar. Tənha qaş olduğu kimi qalıb, nə artar nə də azlar. İl boyu qaşı sabit saxlayaraq çoxlamasını əngəlləyən Allah Hz. Mehdini bizlərdən uzaqda və yaşlanmadan saxlamağa qadir deyilmi?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər