Bəzi özəl klinikalar bağlana bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 23:40 | Şərh sayı: (0) | Baxılıb: 366
Bəzi özəl klinikalar bağlana bilər
Azərbaycanda özəl tibb müəssisələri üzərində nəzarət gücləndirilir.
Səhiyyə Nazirliyindəki mənbələrdən Milli.Az-a bildiriblər ki, "Özəl tibb fəaliyyəti haqqında" Qanuna dəyişikliklər edilməsindən sonra nazirlik lisenziya verdiyi özəl tibbi müəssisələrin həmin lisenziyaya uyğun fəaliyyət göstərib-gəstərmədiyini bundan sonra daha ciddi şəkildə yoxlamağa başlayacaq.
Nazirlik həmin klinikalarda orada göstərilməli olan tibbi xidmətlərin necə yerinə yetirilməsinə nəzarət və yeri gəldikcə onların icrasını tələb edəcək. Əgər özəl klinikanın və ya oradakı həkimlərin alınan lisenziyaya uyğun fəaliyyət göstərmədiyi aydınlaşsa, həmin klinika inzibati qaydada cərimə oluna, bəzi hallarda isə lisenziyası əlindən alına və hətta bağlana bilər.
Əgər klinkada göstərilən tibbi xidmət zamanı həkimin fəaliyyəti nəticəsində hər hansı fəsad törənərsə, təbii ki, o zaman həkim cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edək ki, Milli Məclisin oktyabrın 6-da keçirilən plenar iclasında "Özəl tibb fəaliyyəti haqqında" Qanuna dəyişikliklər edilib. Qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə isə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.
Xatırladaq ki, modern.az-ın məlumatına görə, bir müddət öncə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, "Özəl tibb fəaliyyəti haqqında" Qanunda əksini tapan dəyişikliklərin tətbiqindən sonra həkimlər yalnız öz ixtisas sahələrinə uyğun müayinə və müalicə edə biləcəklər:"Bu qanun əvvəllər yalnız dövlət müəssisələrində çalışan həkimlərə şamil olunurdu. Son zamanlar özəl klinikalarda özbaşnalığın çoxaldığını görüb, bu qanunu onlara da tətbiq etmək qərarına gəldik. İndi həkim hansı xəstəlik üzrə lisenziya alıbsa, yalnız o xəstəlik üzrə də pasiyentinə xidmət edə bilər".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər