Sağlam insanı da xəstə edən tibb məntəqələri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 15:54 | Şərh sayı: (0) | Baxılıb: 327
Sağlam insanı da xəstə edən tibb məntəqələri
Şəkidə səhiyyənin maddi-texniki bazasının yenilənməsi və müasirləşdirilməsi istiqamətində bir çox zəruri tədbirlər həyata keçirilib. Buna Şəki Mərkəzi Rayon Xəstəxanasının tikintisini, Regional Doğum Evinin əsaslı təmirini misal göstərmək olar. Bu inkişaf ucqar məntəqələrdən də yan keçməyib. Ancaq bunu rayonun bütün kəndlərinə şamil etmək olmaz. Yəni bəzi kəndlərdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini qənaətbəxş saymaq olmaz.
Ixlas.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkinin bir çox kəndlərində həkim və tibb məntəqələri sovet dönəmində tikilən köhnə binalarda fəaliyyət göstərir. Elə tibbi avadanlıqlar da elə o dövrün istehsalıdı. Bu isə o deməkdir ki, məntəqələrə müraciət edən vətəndaşlara lazımi tibbi xidmətin göstərilməsi mümkünsüzdür. Böyük Dəhnə kəndindəki həkim məntəqəsi 6500 nəfərdən çox insana xidmət göstərir. Burada həkim və tibb bacıları mövcud imkanlar hesabına bacardıqları qədər sakinlərə xidmət göstərməyə çalışır.
10 min nəfəri əhatə edən Kiçik Dəhnə kənd həkim məntəqəsi də köhnə binada yerləşir. Daxili imkanlar hesabına təmir olunan məntəqədə 4 həkim, 18 tibb bacısı fəaliyyət göstərir. Belə şəraitsiz yerdə həkimlər və tibb bacıları müraciət edənlərə ilkin tibbi yardım göstərir, peyvəndlərin aparılmasını və tibbi-profilaktiki tədbirləri həyata keçirir.
Cəfərabad kəndində həkim məntəqəsi isə 2009-cu ildə tikilib. Məntəqə ən yeni tibbi avadanlıqlarla təchiz olunub.
Xatırladaq ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində 5 şəhər xəstəxanası, 7 poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, 41 tibb məntəqəsi fəaliyyət göstərir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər