Uşaqlarını peyvənddən yayındıran valideynlər izahat verəcəklər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 18:21 | Şərh sayı: (0) | Baxılıb: 310
Uşaqlarını peyvənddən yayındıran valideynlər izahat verəcəklər
TTV (Region TV) xəbər verir ki, hazırda Azərbaycanda 11 infeksion xəstəliyə qarşı peyvənd işləri aparılır.
İmmunlaşdırma doğum evindən başlayır, yəni uşaq doğulduqdan sonra 12 saat ərzində ilk hepatit peyvəndini alır. Doğumun 4-cü və 7-ci günü ərəfəsində körpə poliomielit və vərəm əleyhinə peyvənd edilir. 2 aylığında göy öskürək, difteriya, tetanus kimi ciddi, ölümcül xəstəliklərə, 3 aylığında isə yenidən tetanus və poliomielit xəstəliklərinə qarşı peyvənd qəbul edir. Bir yaşında uşağa edilən immunlaşdırma prosesi qızılca, məxmərək kimi xəstəliklərin qarşısını almaq məqsədi daşıyır.
Ümumilikdə peyvənd tətbiqi uşaqlarda 6 yaşa qədər davamlı şəkildə aparılır. İmmunlaşdırmadan əvvəl hər bir uşağın sağlamlığı tam yoxlanılır, əgər hansısa bir xəstəlik qeydə alınarsa, proses müvəqqəti olaraq təxirə salınır.
2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən uşaqların fərdi immunizasiya pasportu tətbiq edilib. Bu, uşaqların peyvənd prosesindən yayındırılmasının qarşısını almaq və valideynləri maarifləndirmək üçün tətbiq edilən bir sənəddir. Rayon sakinləri arasında apardığımız sorğunun nəticələri də təsdiq edir ki, vətəndaşlar peyvəndin əhəmiyyətindən xəbərdardırlar.
Ancaq bəzən peyvənddən yayınma hallarına da təsadüf olunur. Bu da valideynlərdə prosesə qarşı əsassız qorxunun yaranması ilə bağlıdır. Lakin həkimlər əmin edirlər ki, immunlaşma prosesi fərdi qaydada və tam steril şəraitdə həyata keçirilir.
Yeri gəlmişkən, 2013-cü ildə qüvvəyə minən "Uşaqların məcburi dispanserizasiyası haqqında" qanuna əsasən, körpələrin peyvənd olunması üçün tibb işçiləri ilə yanaşı valideynlər də məsuliyyət daşıyır, uşağı peyvənddən yayındıran valideyn yazılı şəkildə tibb müəssisəsinə izahat verib, səbəbləri əsaslandırmalıdır. Azərbaycanda əhalinin peyvəndə cəlb olunması 95-98 faiz arasındadır. Məhz bunun nəticəsidir ki, son 10 ildə Azərbaycanda heç bir yoluxucu xəstəliyin epidemiyası halı qeydə alınmayıb. Hər halda nəticə çıxarmağa dəyər!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər