RSS
 

Login:
Şifrə:
» » Fəzilət qalalarının fatehinin son vəsiyyəti

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Fəzilət qalalarının fatehinin son vəsiyyəti

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-11-2015, 22:15 | Şərh sayı: (0) | Baxılıb: 346

Fəzilət qalalarının fatehinin son vəsiyyəti


Fəzilət qalalarının fatehinin son vəsiyyəti


Ramazan ayının iyirmi biri, əhya gecəsinin səhəri, həm də imam Əlinin (ə) şəhadət günüdür.

Bəşəriyyətin babası Həzrəti Adəm (ə) yer üzünə qədəm qoyandan indiyə kimi yer üzünə nə qədər insanın gəlib-getdiyi məlum deyil. Bu say dəqiq məlum olmasa da, onun böyük bir rəqəm olmasında heç kəsin şübhəsi yoxdur. Şübhə edilməyən digər bir məsələ isə budur ki, həmin saysız-hesabsız insandan çox azı öz adını bəşər tarixinə sala bilmişdir. Adı bəşər tarixinə düşmüş insanların heç də hamısı tarixdə müsbət mənada xatırlanmır. Adı tarixə düşmüş insanların bir çoxu qeyri-insani əməlləri, bəşəri dəyərlərə zidd işləri ilə yad edilir. Adını tarixə salmış müsbət insanların da demək olar ki, çox cüzi hissəsindən başqa hamısı çox məhdud çərçivədə zirvələr fəth edə bilmişlər.

Bəşəriyyət tarixində çoxsaylı zirvələr fəth etmiş nadir şəxsiyyətlərdən biri Allahın aslanı İmam Əli (ə) olmuşdur. Dünyaya gəlməsindən vəfat edənə kimi fəzilətlər qalalarını fəth etmiş bu ilahi şəxsiyyət barəsində çox sözlər danışılmış, saysız-hesabsız əsərlər yazılmışdır. Bəziləri onun yer üzünün ən şərəfli məkanı sayılan Kəbənin içində dünyaya gəlməsini fəzilət saymış, bəziləri onu Peyğəmbərə (s) ilk iman gətirmiş kişi kimi yüksək dəyərləndirmiş, bəziləri də onun ayların sultanı olan Ramazan ayında, Ramazan ayının sultanı olan Qədr gecəsinin səhəri, məkanların şahı olan məsciddə ölümlərin şahı olan şəhadətlə Rəbbinə qovuşmasını önə çəkib. Əlinin (ə) fəziləti kimi Peyğəmbərin (s) onun barəsindəki sözlərini, yaxud onun müharibə meydanlarındakı misilsiz şücaət və rəşadətlərini, həmçinin gecə ibadətlərini nümunə göstərənlər də az deyil. Bəli, ədalətinin qurbanı olan Əli (ə) barəsində bütün bu deyilənlər həqiqət olsa da, onun fəzilətini əks etdirən digər bir məqam da vardır.

Əgər Əli (ə) barəsində nə Peyğəmbər (s) bir kəlmə müsbət bir söz deməsəydi, nə də tarix onun ibadət və şücaətindən, ədalət və qəzavətindən bir şey nəql etməsəydi, onun daxili aləmini əks etdirən bənzərsiz kəlamları bu fəzilətin dəlili kimi yetərli idi.

Lap qədim zamanlardan günümüzə kimi bütün böyük şəxsiyyətlərdən bir sıra dəyərli sözlər nəql edilmişdir. Adətən insanların oxuyub ibrət götürməsi üçün xüsusi hərflərlə və diqqət çəkən yerlərə yazılan bu kəlamlar elə də çox deyil. Peyğəmbərləri çıxmaq şərtilə, adi insanlardan nəql edilmiş bu kəlamların sayı olduqca azdır. Bu cür böyük insanlardan nə qədər böyük və dahi şəxsiyyət olmasından asılı olmayaraq barmaq sayından artıq sözlər mövcud deyil. Bunun səbəbi həmin şəxsiyyətlərin sözlərinin nəql edilməməsi deyil, olmamasıdır. Tarixin böyük saydığı bu şəxsiyyətlər 50-60 illik ömürlərində bir neçə cümlədən artıq dəyərli kəlam deyə bilməmişlər.

İmam Əli (ə) bütün sahələrdə olduğu kimi bu sahədə də başqalarını arxada qoymuşdur. İmam Əlinin (ə) kəlamlarının birində insanın öz dilinin altında gizlənməsi vurğulanır.

Odur ki, İmam Əlinin (ə) dili altında gizlənmiş şəxsiyyətini kəlamları ilə araşdıranda daha yeni və heyrətamiz həqiqətlərin şahidi olursan. Əli (ə) kəlamlarında özünəməxsus şirinlik, cazibə vardır. Elə bu səbəbdəndir ki, o, nəinki müsəlmanların, hətta qeyri-müsəlmanların heyrətinə səbəb olmuş, onları ozünə cəzb etmişdir. Xristian alim Corc Cordaq deyir:

"İmam Əlinin (ə) kəlamlarının cazibəsi məndə o qədər şövq yaratdı ki, mən Nəhcül-bəlağəni iki yüz dəfə oxudum."

Yaxud böyük alim və mutəfəkkirlərindən olmuş İbn Əbilhədid İmam Əlinin (ə) xütbələrinin biri (Nəhcül-bəlağənin 221-ci xütbəsi) barəsində deyir:

"And olsun bütün millətlərin and içdiyi varlığa, əlli il bundan öncədən indiyə kimi bu xütbəni min dəfədən artıq oxumuşam və hər dəfə onu oxuyanda qəlbimdə qorxu, titrəyiş və ibrət yaranıb..."

Xristian alimin imam Əlinin (ə) kəlamına bu qədər əhəmiyyət verib onu bu qədər oxumasını eşitdikdən sonra doğrudan da insan özünün müsəlmançılığına şübhə edir. Əslində heç bir insan, adı ilə əməli düz gəlməyən şəxsi müsbət qarşılamır. Hər bir kəs adını həkim qoyub təbabətin tələblərinə məhəl qoymayan, dərzi olub paltarı cırıq olan, bənna olub evi uçuq-sökük olan şəxsə ən azı qəlbində mənfi münasibət bəsləyir. Çünki Mövlana demişkən insan istəyir ki, hər şey "göründüyü kimi olsun və ya olduğu kimi görünsün". Elə isə bəs bu yanaşma tərzi özümüz barədə necədir? Biz özümüz üstümüzə götürdüyümüz adların tələblərinə cavab veririkmi?

Maraqlıdır ki, müqəddəs kitabımızın Quran olduğunu iddia edirik, amma içindən xəbərimiz yox! Peyğəmbərimizin Həzrəti Muhəmməd (s) olduğunu deyirik, amma nə həyatını bilirik, nə də gətirdiyi təlimləri! İmamımızın Əli (ə) olduğunu deyirik, amma nə şəxsiyyətini tanıyırıq, nə də həyat tərzindən, bizə irs qoyub getdiyi kəlamlarından xəbərimiz var!

Bütün bunlardan sonra hələ müsəlmançılığın bizi geridə qoyluğunu da iddia edir və bütün çatışmazlığımızı müsəlmançılığımızın üstünə yıxırıq. Müsəlmançılıqdan payımızın bu qədər olmasından sonra, görəsən bizi geridə saxlayan hansı İslamdır? Həyat tərzimiz neçə faiz İslam qaydalarına uyğundur? Həm Qurandan, həm Peyğəmbərdən (s), həm də İmamımızdan (ə) bu qədər uzaq qaldıqdan sonra İslam bizi zirvələrə necə qaldırmalıdır?

İmam Əli (ə) şəxsiyyəti və onun İslamla nəfəs alıb İslamla nəfəsini tapşırması barədə çoxsaylı xütbə və kəlamlarından istəniləninə istinad etmək kifayət edərdi. Amma biz günlərini yaşadiğımız Ramazan ayının iyirmi birinin - imam Əlinin (ə) şəhadətinin ildonümünün yaxın olmasını nəzərə alıb nümunə üçün bu ilahi şəxsiyyətin ömrünün son anlarında bütün müsəlmanlara olan vəsiyyətindən bəzi məqamları nəql edərək nəticə çıxarmağı hər bir kəsin özünə həvalə edəcəyik. İmam Əli (s) son nəfəsində olan vəsiyyətində buyurur:

"Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizə üz tutsa da, sizin onu axtarmamağınızı vəsiyyət edirəm. Dünya malından əlinizdən alınmış şey üçün kədərlənməyin. Haqq və həqiqəti deyin. (Axirət) mükafatı qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı olun. Sizə, bütün övladlarıma, ailəmə və bu vəsiyyətim çatacaq hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizdə nizam-intizamlı olmağı və aranızdakı ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitmişəm:"İki nəfərin arasını düzəltmək bütün namaz və oruclardan üstündür." Yetimlər barəsində Allahdan qorxun, Allahdan qorxun! Nəbadə onların ağızları üçün növbə müəyyənləşdirəsiniz (gah tox, gah da ac saxlamayın onları)! Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv olmasınlar. Qonşularınz barəsində, Allahdan qorxun, Allahdan qorxun! Onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdir. (Həzrəti Peyğəmbər ) daima onları elə tapşırardı ki, biz onlara (qonşudan qonşuya) miras təyin edəcəyini güman etdik. Quran barəsində Allahdan qorxun, Allahdan qorxun! Nəbadə başqaları ona əməl etməkdə sizdən qabağa düşsünlər. Namaz barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki o, dininizin sütunudur. Rəbbinizin evi (Kəbə) barəsində Allahdan qorxun, Allahdan qorxun! Nə qədər ki, sağsınız onu boş qoymayın. Əgər o tərk edilsə sizə möhlət verilməyəcək. Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun, Allahdan qorxun! Bir-birinizlə birlik və dostluğunuz olsun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan çəkinin. "Əmr be məruf"u (başqalarını bəyənilən yaxşı işlərə dəvət etməyi) və "nəhy əz münkər"i (başqalarını çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olarlar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaqlaşdırmasını istəyərsiniz, amma) duanız qəbul olmaz."

Bunlar, özümüzə imam saydığımız şəxsin son nəfəslərində bizə olan vəsiyyətidir. Bildiyimiz kimi, insan, ömrünün son nəfəsində onun üçün ən mühüm olan şeylərdən danışır və onları tapşırır. İmam Əli (ə) də bizlərə bunları tapşırmışdır. Biz, o həzrətin bu vəsiyyəti barədə heç bir izah vermədən hər bir kəsin öz müsəlmançılığını ölçüb dəyərləndirməyi öz ixtiyarına buraxırıq. Hər bir kəs özü öz müsəlmançılığını dəyərləndirib özünə qiymət verdikdən sonra görəcək ki, bizi geridə qoyan olmayan müsəlmançılığımız deyil, müsəlmançılığımızın olmamasıdır. İslamı özündə yaşadan Əli (ə) isə məhz müsəlman olduğu üçün bütün fəzilət qalalarını fəth edə bilmişdi. Allah-Təala hamımıza dinimizi öyrənərək ona əməl etməkdə kömək olsun! AMİN!!!

Ağabala MEHDİYEV



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor