Peyğəmbərimizin (s) qadınlar haqqında dediyi kəlamlar.. |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 9-01-2015, 00:47 | Şərh sayı: (0) | Baxılıb: 9464
Peyğəmbərimizin (s) qadınlar haqqında dediyi kəlamlar..
-Səid bin əl-Müsəyyəbdən soruşuldu: "İki dəfə evlənmiş bir qadın Axirətdə hansı ərinə aiddir?" O, da cavab verdi ki, Rəsululah (s) belə buyurmuşdur: "Qadın son ərinə aiddir"
2-Rəsulullah (s) buyurmuşdur: "Üç nəfər heç zaman Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir.
3-Rəsulullah (s) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən iyləyən də zina etmişdir. Allah, o, tövbə edincəyə qədər ondan əməllərini qəbul etməz"
4-Peyğəmbər (s) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan təkbaşına qalmamalıdır"
5-Peyğəmbər (s) həmçinin buyurmuşdur: "Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur" (Tirmizi)
6-Peyğəmbər (s) buyurmuşdur: "Qadın məhrəmsiz səfərə çıxmamalıdır"
7-Aişə (ra) buyurmuşdur: "Peyğəmbər özünü kişi kimi aparan qadına lənət etmişdir"
8-Peyğəmbər (s) belə buyurmuşdur: "Mən dərrakə (anlamaq, fəhm, hafizə) və din sahəsində sizdən (qadınlardan) daha çox çatışmazlığı olan adam görməmişəm" Qadınlar soruşurlar "Ey Allahın Peyğəmbəri! Bizim dərrakə və dinimizdə çatışmamazlıq nədir?" O (s) deyir "İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?" Onlar cavab veririlər "Bəli" O (s) dedi: "Bu dərrakə sahəsində sizin çatışmamazlığınızdır. Heyz dövründə qadının nə namaz qılması, nə də oruc tutması həqiqət deyilmi?" Onlar cavab verdilər "Bəli" O (s) dedi: "Bu da, sizin dindəki çatışmamazlıqınızdır"
9-Peyğəmbər (s) qadınlara buyurmuşdur: "Şübhəsiz ki, siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlar soruşdular "Nəyə görə Ya Allahın Rəsulu?" O (s) deyir "Çünki siz bəlaya uğradığnda səbr etməzsiniz, sizə bir şey verildiyində şükr etməzsiniz, bir sirr verildiyində saxlamaz, ətrafa yayarsınız, ərinizə nankorluq edərsiniz və asanlıqla güvənilməzsiniz".
10-Peyğəmbər (s) buyurmuşdur: "Öz qadınlarını başçı edən heç bir millət müvəffəqiyyət qazanmayacaq!"
11-Peyğəmbər (s) buyurmuşdur "Ey qadınlar, sədəqəni çoxaldın! çünki siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlardan biri dedi: "Nə üçün ya Allahın Rəsulu?" O (s) cavab verdi: "Şübhəsiz siz nemətə qarşı insanların ən nankorusunuz. dərrakəniz və dininiz nöqsandır. Allahdan qorxun! Allahdan qorxun! İşlərində söz sahibi kişilərin qəlblərini sizlər qədər çevirən yoxdur." buyurdu ki, "Onlardan biri bir kişi ilə evlənir. Kişi bütün həyatı boyu ona yaxşılıq edir, onunla yaxşı davranır, lakin qadın bir dəfə ondan bir sərtlik görən kimi deyəcək: "Mən səndən heç za
man yaxşılıq görməmişəm"
(Bu hədis əlbəttə ki , bu sifətdə olna qadınlara aiddir)
12-Peyğəmbər (s) buyurmuşdur: "Qadınlarınızın məscidə getməsinə mane olmayın, lakin onlar üçün evləri daha xeyirlidir"
13-Peyğəmbər (s) buyurmuşdur: "Əməlisaleh qadının malı, əməlisaleh kişi üçün nemətdir"
14-Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və Allahın sənə öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s) ona dedi: "Filan gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və Peyğəmbər (s) Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər (s) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq". Onların arasından bir qadın durub dedi: "Ya Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə təkrarladı. Peyğəmbər (s) buyurdu: "Hətta 2, hətta 2, hətta2!" Əbu Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər