Əmanətdarlıq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 22:48 | Şərh sayı: (0) | Baxılıb: 563
Əmanətdarlıq
Əmanətdarlıq
Quran:
«O kəslər ki, əmanətlərinə və əhdlərinə əməl edirlər.»
Hədis:
672.İmam Əli (ə):«İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır.»
673.İmam Baqir (ə):«Üç şey var ki, Allah onlar barəsində heç kəsə istədiyi kimi davranmaq icazəsi verməyib: əmanəti yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq sahibinə qaytarmaq, həm yaxşı və həm də pis əməl sahibi ilə olan əhd-peymana vəfalı olmaq, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək.»
674.İmam Sadiq (ə):«Əmanətdarlıq zənginlikdir.»
197.Əmanəti hər halda qaytarmaq vacibdir
675.İmam Əli (ə):«Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə.»
676.İmam Sadiq (ə):«Allahdan qorxun və əmanəti sizə etibar edən şəxsə qaytarın. Hətta Əmirəl-mömininin (ə) qatili mənə bir əmanət tapşırsa əmanəti mütləq ona qaytararam.»
677.İmam Sadiq (ə):«Əmanəti (sahibinə) qaytarın, hətta Hüseyn ibn Əlinin (ə) qatili olsa belə.»
198.Əmanətdar olmayanın imanı yoxdur
678.Allahın Peyğəmbəri (s):«Əmanətdar olmayanın imanı yoxdur.»[
679.Allahın Peyğəmbəri (s):«Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil.»
199.Əmanətin nəticələri
680.Loğman (ə):«Oğlum! əmanəti (sahibinə) qaytar ki, dünya və axirətin salamat olsun. Əmanətdar ol ki, zəngin olasan.»
681.Allahın Peyğəmbəri (s):«Əmanətdarlıq zənginlik gətirir, (əmanətə) xəyanət yoxsulluq.»
682.İmam Əli (ə):«Əmanətdarlıq güclənən zaman düzlük artar.»
200.Əmanət tapşırılmamalı kəslər
683.Allahın Peyğəmbəri (s):«Allah e'tibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil. Çünki Allah insanı e'tibarsız şəxsə əmanət tapşırmaqdan çəkindirib.»
684.İmam Baqir (ə):«E'tibarlı və əmanətdar adam sənə xəyanət etməyib, bəlkə sən xainə əmanət tapşırmısan.»
685.İmam Sadiq (ə):«Mənim üçün xainə əmanət tapşırmaqla əmanəti qorumayıb zay edən kəsə əmanət tapşırmaq arasında heç bir fərq yoxdur.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər