Aşura gecəsində imam (əleyhis-salam)-ın dostlarının verdiyi cavab |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 4-11-2014, 03:28 | Şərh sayı: (0) | Baxılıb: 859
Aşura gecəsində imam (əleyhis-salam)-ın dostlarının verdiyi cavab
İmam (əleyhis-salam)-ın yolunda fədakarlıq edən, onun önündə rəşadət göstərən və mərd-mərdanə şəhid olan kişilər ilahi şəxsiyyətlərin ən yaxşı dostları idi; onlar əhli-əyallarının boşlamış, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsinə qoşulmuş, onun yolunda qəhrəmanlıqla vuruşuraq, döyüş meydanına getməkdə bir-birindən irəli geçirdilər. Bu fədakar insanların öz mövlası, rəhbəri ilə olan sözləri bu idi ki: "Biz özümüzü sənə fəda edib səni düşmən əlindən hifz edəcəyik." Aşura gecəsi onların dodaqlarında təbəssüm var idi, qəlblərində ölümdən zərrə qədər qorxu yox idi. Tezliklə şəhadətin yüksək mərtəbəsinə nail olacaqlarından, öz Allahları ilə görüşəcəklərindən sevinirdilər. İmam Hüseyn (əleyhis-salam) onlara "siz azadsınız, döyüş meydanından uzaqlaşa bilərsiniz", deyəndə, narahat oldular, dedilər: –Biz heç vaxt səni tək qoymayacaq, bu diyardan geri dönməyəcəyik. Düşmənlər sənin canına daraşdığı halda, biz səni necə buraxıb gedə bilərik? Bu halda Allah yanında nə cavab verərik?
Onlardan bizi dedi: "Allaha and olsun ki, mən belə bir iş görmərəm; mən bu zalım tayfalar qarşısında nizəmi onların sinələrində sındırana, qılıncımla, dəstəyi ondan ayrılana qədər müqavimət gösərəcəyəm, onlara yara vuracağam, amma yenə də susmayacaq, düşmənə daşla həmlə edəcəyəm, öz rəhbərimin gözləri önüündə ölməyincə ondan ayırılmayacağam."
Başqa birisi dedi: "Tək olan Allaha and olsun, əgər bilsəydim ki, sizin gözləriniz önündə ölüb sonra diriləcəyəm, sonra yenidən öləcəyəm və cəsədimi odda yandıracaqlar, bu halda dirilərdim və öldürülüb odda yandırılardım. Bu iş yetmiş dəfə də təkrar olunsaydı, yenə də sizdən ayrılmazdım."
Üçüncüsü dedi: "Əgər min dəfə öldürülüb sonra dirilsəm və beləliklə də düşmənin şərini sizdən və ailənizdən dəf edə bilsəydim, bunu edərdim."
Dördüncüsü dedi: "Əgər mən sizdən ayrılsam, daha yaşamağın mənası olmaz və bu halda yaxşı olardı ki, vəhşi heyvanlar məni diri-diri parçalasınlar."
Aşura günü sübh İmam (əleyhis-salam) və dostları sübh namazını qılıb döyüşə hazırlaşdılar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər