Islam və Novruz |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-03-2013, 01:35 | Şərh sayı: (1) | Baxılıb: 1281
Islam və Novruz
Muəlla ibn Xuneys deyir: Mən novruz günü İmam Cəfər Sadiq (ə)-ın hüzuruna daxil oldum. O həzrət buyurdu: Bu günü tanıyırsanmı? Dedim: Ərəb olmayanlar bu günü əzəmətlə yad edir və bu gündə bir birlərinə hədiyyə verirlər. İmam buyurdu: "And olsun Məkkədəki qədim evə ki bu günün tarixi çox qədimdir. Novruz günü Allahın öz bəndələrindən əhd peyman aldığı bir gündür ki Ona ibadət etsinlər, Ona şərik qoşmasınlar, Onun elçilərinə, höccətlərinə və İmamlara iman gətirsinlər. Bu gün günəşin saçdığı, küləklərin əsdiyi ilk gündür. Həzrət Nuh peyğəmbərin gəmisi bu gündə Cudiyy dağında dayanmışdır. Ölümlərindən qorxaraq vətənlərini tərk etmiş minlərlə insan Allahın əmri ilə ölmüş və yenidən bu gündə Allahın izni ilə dirilmişdir. Bu gün Cəbrəyilin İslam Peyğəmbərinə nazil olduğu ilk gündür. Bu gün İslam Peyğəmbərinin Əli (ə)-i çiyninə qaldıraraq Qureyş qəbiləsinin Kəbədəki bütlərini yerə salması və eləcə də Həzrət İbrarhim peyğəmbərin öz qövmünün bütlərini sındırması günüdür. Əziz Peyğəmbərimiz öz səhabələrinə bu gündə Əli (ə)-a möminlərin əmiri olaraq beyət etmələrini əmr etmişdir. Bu gündə İslam Peyğəmbəri Əli(ə)-ı beyət almaq uçun cinlərə tərəf yolladı. Əli(ə) bu gündə Nəhrəvan əhlinə qalib gəlmiş və Zus-Sədyəni (Xəvariclərin böyüyü) qətlə yetirmişdir. Bu gündə bizim Qaimimiz zahir olacaq, Dəccala qalib gəlib onu Kufədə edam edəcəkdir. Elə bir novruz yoxdur ki biz onda "zühuru" gözləməyək. Çünki o gün bizim və şiələrimizin günüdür. Ərəb olmayanlar onu qorumuş siz isə onu zay etmisiniz."
Haci Sahib
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər