Şeytanın insan cildinə girməsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-06-2015, 20:18 | Şərh sayı: (0) | Baxılıb: 928
Şeytanın insan cildinə girməsi
Allame Tabatabai, Əl Mizan Təfsirində nəql etdiyi bir neçə rəvayətdə, əsri səadət dövründə bir neçə hadisədə ( döyüşlərdə və müxtəlif zamanlarda) İblisin bəzi kafirlərin qılığına girərək kafirlərlə danışdığını və onları Peyğəmbər ilə döyüşməyə təşviq etdiyini; məsələn şeytanın Hz. Peyğəmbər (s. a. a) vəfat etdiyində "Muğire min Şu'be" surətində görünərək xalqı Bəni Haşim Qəbiləsinə qarşı qışqırtdığını, yazar. (Əl Mizan, C. 9, S. 110 İslami Əsərlər nəşriyyat, Tahran- 2000)
Bütün bu nümunələrdən fərqli olaraq bəzi təfsirçilər, şeytanın pis insanların qılığına girə biləcəyi, özünü nəsihət verən və yaxşılıqda olan biriymiş kimi göstərərək insanları haqq ilə döyüşməyə dəvət edəcəyi və müxtəlif surətlərdə xalqı haqqa etiraz etməyə istiqamətləndirəcəyi nəticəsini çıxarmışlar.
Şeytanın görünməsindən məqsəd, gerçək mahiyyətinin xaricinə çıxması və mahiyyətinin dəyişməsi deyil, bəlkə insanın duyğu orqanları və anlayışa qabiliyyəti ilə hiss edilə bilər oluşudur.
Digər bir qisim təfsirçi isə " …Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. ." (Ə'raf- 27) Ayəsni Kəriməsini dayaq götürərək, şeytan və cinlərin gözlə görülə bilməyəcəyi fikirini irəli sürmüşlər və insanın, şeytanı gerçək şəkli və surəti ilə görə bilməyəcəyini söyləmişlər.
Ətrafda bu iki görüş arasında ziddiyyət yoxdur. Belə ki, xatırlanan ayədə nəzərdə tutulan məna şeytanın gerçək şəkli ola bilər; yəni bir kimsə şeytanı gerçək surəti ilə görə bilməz. Amma şeytanın xəbis bir insan və ya digər bir varlıq şəklində bəzilərinə görünməsi mümkündür. Bununla birlikdə, bəzi rəvayətlərdən Ənbiyanın (as) İblisi gerçək surəti ilə gördüklərini anlayırıq. (Təfsiri Nümunə, C. 7, S. 20)
Şeytan və ya cinlərin, bir insanın ürəyindəkiləri və niyyətini bilməsi, məsələn bu insanın sabah nə edəcəyindən xəbər verməsi əsla mümkün deyil. Çünki şeytan və cinlər qeyb elminə sahib deyildirlər. Belə bir iddianı heç bir yerdə görə bilməzsiniz. Qeyb elmini Allahdan və ONun pak qullarından (Ənbiya və övliyalar) başqa heç kim bilə bilməz. Şeytan, qeyb elmindən xəbər vermək kimi bir qüdrətə və səlahiyyətə sahib deyil.
Əlbəttə şeytan, Rəsulu Əkrəm (s. a. a) və digər peyğəmbərlərin surətinə girə bilməz. Rəsulullah (saa) belə buyurdu:
"Hər kim məni yuxuda görsə gerçəkdə məni görmüşdür; çünki şeytan, mənə bənzər bir surətə giremez." (Muhaddisi Qummu, Sefinet'ül Bihar, C. 1, Şeytan Maddəsi S. 699)
Yenə, Müzehheb" adlı bir şeytanın Peyğəmbər və Peyğəmbərin qəyyumunun xaricində hər qılığa girdiyi rəvayət edilmişdir.
Şeytan, peyğəmbər və imamların surətinə girmədiyi kimi, pak şiələrin və Allah dostlarının surətinə də girə bilməz. Allah Elçisi (saa) buyurdu:
" Şeytan nə mənim nə qəyyumlarımın nə də qəyyumlarımın şiələrindən heç birinin surətinə giremez." ( Şeyx Saduk, Emali, 15. Hissə, C. 10)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər