Şiəlik Əli (ə)-ın xilafəti dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 5-01-2016, 23:28 | Şərh sayı: (0) | Baxılıb: 2872
Şiəlik Əli (ə)-ın xilafəti dönəmində
Əli (ə)-ın xilafəti 35-ci (h.q.) ilin sonlarında başlandı və təqribən dörd il doqquz ay davam etdi. Əmir əl-Möminin (ə) şiələri, xalqın ümumi beyəti zamanı münasib bir zaman olduğunu nəzərə alıb o həzrətin (ə) uca məqamını da onlara çatdırdılar. Elə bu məqsədlə də Malik ibn Haris ibn Əştər xalqa müraciətlə dedi: "Ey camaat! Bu Əli (ə) vəsilər vəsisi və Peyğəmbər (s) elminin varisidir. O, İslam uğrunda ağır əzablara qatlanmış və olmazın zəhmətlər çəkmişdir. O, elə bir şəxsiyyətdir ki, Allah onun imanına şəhadət vermiş, Peyğəmbər (s) ona behişt müjdəsi vermişdir. O, elə bir şəxsiyyətdir ki, bütün üstün keyfiyyətlər onda öz əksini tapmışdır. İstər keçib gedənlərdən, istərsə də qalanlardan heç bir kimsə onun elminə, fəzilətinə şübhə ilə yanaşmamışdır”. Xüzeymə ibn Sabit də İmam Əli (ə)-a beyət etdikdən sonra dedi: "Biz elə bir insanı seçdik ki, onu bizim üçün Peyğəmbər (s) seçmişdi”. Əli (ə) paytaxtı Kufəyə köçürtdü. Paytaxtı dəyişdirməkdə məqsəd İraqda şiəliyi geniş yaymaq və özünü iraqlılara tanıtdırmaq idi. Bundan başqa İraq hərbi düşərgə olması ilə yanaşı, həm də Şama yaxın idi. İraqdan Şamı nəzarətə götürmək asan idi. İmam (ə) İraqa gəldikdən sonra camaat onu siyasi qəhrəman olaraq şamlıların istilasına qarşı himayə etdilər və uzun müddət o həzrətin (ə) hamisi olaraq qaldılar. Cəməl döyüşündən sonra "şiə” termini Əli (ə)-ın tərəfində Aişəyə qarşı döyüşənlərin hamısına aid edilirdi. Bundan başqa, etiqadi baxımdan yox, sırf siyası məqsədlər üçün Əli (ə)-ı dəstəkləyənlər də "şiə” adlanırdılar. Nəsr ibn Müzahim yazır: "Əli (ə) Təlhə və Zübeyrin cinayətlərini sayarkən buyurur: "Həqiqətən, Təlhə və Zübeyrin tabeçiliyində olanlar Bəsrədə mənim şiələrimi və məmurlarımı qətlə yetirdilər”. Siffeyn savaşında "həkəmiyyət” sənədində də "şiə” sözü məhz bu mənada işlədilmişdir. Bu hadisədən düz on il sonra şiələr öz adlarının möhkəmlənməsi, həqiqi Əli (ə) şiələrinin digər məqsədlərlə Əli (ə)-ı dəstəkləyənlərdən ayrılması üçün səylər göstərdilər. Əli (ə) hakimiyyətdə olduğu dörd il doqquz ay müddətində İslam ümmətini öncəki vəziyyətinə qaytara bilməsə də bir çox uğurlar əldə etdi. Bu uğurları aşağıdakı şəkildə sıralamaq olar:
Peyğəmbər (s)-ın əsl şəxsiyyətini camaata tanıtdırmaq; İslamın unudulmuş hökmlərini izah və icra etmək; İmkan dairəsində bidət və təhriflərin qarşısını almaq; Din maarifinin böyük bir hissəsinin təlimi; Görkəmli kadrlar yetişdirmək; misal üçün, Üveys Qərəni, Kümeyl ibn Ziyad, Meysəm Təmmar, Rüşeyd Hücri və başqaları. Əli (ə)-ın hakimiyyəti dövründə şiələr siyasi sıxıntıdan çıxsalar da əvəzində bir neçə daxili müharibə baş verdi. Onlar bu döyüşlərdə də Əli (ə)-ı dəsləktədilər. Şiələr sözügedən döyüşlərdə məğlub olsalar da o həzrəti (ə) müdafiə üçün əqidə savaşından əl çəkdilər. Cəməl döyüşündə əqidəsinə sadiq şiələr qızğın çıxışları ilə müxalif və müvafiq qruplaşmaları o həzrətin (ə) şəxsiyəti ilə tanış edirdilər. Əbu Heysəm ibn Təyyihan deyir:
قل للزبیر و قل لطلحة انّنا نحن الذین شعارنا الانصارانّ الوصی امامنا و ولینا برح الخفاء و باحت الاسرار Mərdi Əzdi deyir:هذا علیّ و هو الوصیّ اخاه یوم النجوة النبیّو قال هذا بعدی الولی وعاه واع و نسی الشقّی
Böyük səhabələrdən olan Hücr ibn Ədi Kindi deyir:
یا ربّنا سلم لنا علیّا سلّم لنا المبارک المضیّاالمومن الموحد التقیّا لا خطل الرأی و لا غویّابل هادیا موفّقا مهدیّا واحفظه ربّی واحفظ النبیّا فیه فقد کان له ولیّا ثمّ ارتضاه بعده وصیّا
Zəhr ibn Qeys deyir:
أضربکم حتّی تقرّوا لعلیّ خیر قریش کلها بعد النبّیمن زانه الله و سمّاه الوصیّ إنّ الولیّ حافظا ظهر الولی
Siffeyn döyüşü Ümmü-Xeyr də qoşunu Siffeyn döyüşünə təhrik edərkən deyirdi: "Tələsin! (Allahın rəhməti üzərinizdən əskik olmasın!) Ədalətli, təqvalı, vəfalı, sadiq və Peyğəmbər (s) vəsisi olan imamınızın köməyinə tələsin!” Görkəmli səhabə, xəzrəclilərin ağsaqqalı Qeys ibn Səd deyir:
و علیّ امامنا و إمام لسوانا أتی به التنزیلیوم قال النبّی من کنت مولاه فهذا مولاه خطب جلیلإنّ ما قاله النبیّ علی الأمّة حتم ما فیه قال و قیل
Nöman ibn Əclan Ənsari deyir:
کیف التفرق والوصیّ إمامنا لا کیف إلا حیرة و تخاذلالا تغبننّ عقولکم، لا خیر فی من لم یکن عند البلابل عاقلاوذو معاویة الغویّ و تابعوا دین الوصیّ لتحمدوه آجلا
Adı çəkilən bütün görkəmli şəxsiyyətlər öz şeirlərində Əli (ə)-ı imam olduğunu, canişinliyini nəzmə çəkmişlər. Siffeyn savaşından sonra Əli (ə) Kufəyə qayıtdı. Xəvaric ondan ayrıldı. Bir çoxları isə həzrətin (ə) yanında qaldı və ona etdikləri beyəti yenilədilər, bir daha əhd-peyman bağladılar. Onlar əhd bağlayarkən dedilər: "Biz sənin dostunun dostu, düşməninin düşməniyik”. Bir çoxları Müaviyəyə məktub yazıb onu məzəmmət edir və Əli (ə)-ın məqamını xatırladırdılar. Məhəmmə ibn Əbu Bəkr Müvaviyəyə ünvanladığı məktubda yazır: "Vay olsun sənə! Özünü Əli (ə) ilə müqayisə edirsən?! Halbuki o, Peyğəmbərin (s) vəsisi, varisi və övladlarının atasıdır. O, Peyğəmbərə (s) ilk iman gətirən və əhdini son eşidən şəxsdir. Peyğəmbər (s) sirlərini ona açdı və işlərində şərik etdi”. Əli (ə) şiələrindən olan xanım Darəmiyyə Müaviyəyə yazdığı məktubda Əli (ə)-a olan məhəbbətinin səbəbini belə açıqlayır: "Mən ona dərin və sonsuz məhəbbət bəsləyirəm. Çünki o, yoxsulları sevər, səfillərə yardım göstərərdi. O, din bilicisi idi və haqqı deməkdən çəkinməzdi. O, Peyğəmbər (s) tərəfindən verilən vilayət sahibi idi”.
Qabaqcıl şiə səhabələr
Bioqrafik kitablara və tarixi qoynaqlara müraciət edib səhabələr haqqında tədqiqat apardıqda onların böyük əksəriyyətinin Əli (ə)-a itaət göstərdiklərinin şahidi oluruq. Mərhum Şərəf əd-Din "əl-Füsul əl-mühimmə” əsərində belə səhabələrin iki yüzünün adını qeyd edir. Ayətullah Məhəmməd Hüseyn Kaşif əl-Ğita yazır: "Mən səhabələrin tərcümeyi-halını araşdırmaq məqsədi ilə "İstiab”, "İsabə”, "Usd əl-ğabə” və digər bənzər kitablara müraciət etdim. Araşdırmalarımın nəticəsinə görə, üç yüz səhabə Əli (ə)-ın şiələrindən olmuşdur. Çox güman ki, tədqiqat genişləndirilsə, bu rəqəm də yüksələr. Qabaqcıl şiə səhabələrin bir neçəsinin adlarını diqqətinizə çatdırırıq: Abdullah ibn Abbas, Fəzl ibn Abbas, Qusəm ibn Abbas, Əbd ər-Rəhman ibn Abbas, Təmmam ibn Abbas, Əqil ibn Abu Talib, Nofəl ibn Hərs, Abdullah ibn Cəfər ibn Abu Talib, Övn ibn Cəfər, Məhəmməd ibn Cəfər, Rəbiə ibn Hərs ibn Əbd əl-Müttəlib, Tüfeyl ibn Hərs, Müğeyrə ibn Nofəl ibn Haris, Abdullah ibn Hərs ibn Nofəl, Abdullah ibn Əbu Süfyan ibn Hərs, Abbas ibn Ətəbə ibn Əbu Ləhəb, Əbd əl-Müttəlib ibn Rəbiə ibn Hərs, Abbas ibn Rabiə ibn Hərs, Cəfər ibn Əbu Süfyan ibn Hərs. Bəni-Haşimdən olmayan qabaqcıl şiələr: Salman Məhəmmədi, Miqdad ibn Əsvəd Kindi, Əbuzər Qifari, Əmmar ibn Yasir, Hüzeyfə ibn Yəman, Xüzeymə ibn Sabit, Əbu Əyyub Ənsari, Əbu əl-Heysəm Malik ibn Təyyihan, Übəyy ibn Kəb, Qeys ibn Səd ibn Übadə, Ədi ibn Hatəm, Übadə ibn Samit, Hilal ibn Rəbah Həbəşi, Əbu Rafe, Haşim ibn Ətəbə, Osman ibn Hüneyf, Səhl ibn Hüneyf, Hükeym ibn Cəbələ, Xalid ibn Səd ibn As, İbn Hüseyb Əsləmi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər