Şiəlik Peyğəmbər (s) vəfat edən zaman |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 3-01-2016, 11:25 | Şərh sayı: (0) | Baxılıb: 2845
Şiəlik Peyğəmbər (s) vəfat edən zaman
Şiələr Peyğəmbərin (s) vəfatı zamanı o həzrətin (s) öz tapşırığına müvafiq olaraq göstərişlərini həyata keçirməyə, möhkəmlətməyə başladılar. Belə hallardan bir neçəsinə nəzər salaq:
1. Peyğəmbər (s) vəsiyyətini yazdırmaq üçün kağız-qələm gətirilməsini israr edərkən, orada olan bir çoxları bu istəyi yerinə yetirmək istədilər, amma qarşı tərəf gücündən istifadə edib buna yol vermədi.
2. Peyğəmbər (s) son göstərişinə əməl edilmədiyini gördükdə oradakıları otaqdan çıxartdı. Lakin Miqdad və Əbuzər kimi Əli (ə) şiələrini otaqda saxlayıb onlara özündən sonrakı imamlar (ə) haqqında vəsiyyət etdi.
3. Müzəffərin "əs-Səqifə” əsərində qeyd etdiyinə görə, Peyğəmbər (s) Üsamənin qoşununu döyüşə - Rum qoşunu ilə savaşa göndərdikdə bir çox Əli (s) şiəsini yanında saxladı. Həmin şiələrin orada saxlanılmasının səbəbi, onların Peyğəmbər (s) vəfat edən zaman Əliyə (ə) beyəti yeniləməsi və yeni hökuməti qurmaları idi. Lakin Ömər, Əbu Bəkr və başqalarının Üsamə ibn Zeydin qoşunundan dönmələri Peyğəmbərin (s) bu uzaqgörən siyasətini pozdu.
4. Bir şoxları Peyğəmbərin (s) vəfatından az sonra, hələ o həzrətin (s) cənazəsi yerdə ikən Bəni-Saidə səqifəsində (sayəban, çardaq) toplaşıb vəzifə bölgüsündə olarkən, Əlinin (s) tabeçiliyində olan şiələr Peyğəmbərin (s) dəfni ilə məşğul idilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər