RSS
 

Login:
Şifrə:
» » Həqiqi şiə kimdir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həqiqi şiə kimdir?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-01-2016, 00:33 | Şərh sayı: (0) | Baxılıb: 525

Həqiqi şiə kimdir?


Həqiqi şiə kimdir?


Bəzən müşahidə olunur ki, bir çoxları bu və ya digər məsələdə iddialı çıxışlar edir, lakin əməl baxımından öz etiqadlarında möhkəm olmur, rəhbər prinsiplərə uymurlar. Gurultulu çıxışlarla hansı məzhəbə mənsub olduqlarını önə çəkir, lakin nəinki o məzhəb haqqında hər hansı bir bilikləri olmur, hətta onun prinsiplərini gündəlik həyatlarında tapdayırlar. Belələrini zahirdə iddia etdikləri konkret dinin və ya məzhəbin nümayəndəsi hesab etmək olmaz. Onlar, əslində həmin məzhəb üçün bir ləkədirlər. Adətən belə hallarda müxalif qüvvələr belə, bu kimi iddialara ciddi yanaşmır və onlarla hesablaşmırlar.Şiələr və şiəlik haqqında da belə bir hal müşahidə olunur. Belə ki, bir çoxları Əli (ə) və Əhli-beyt (ə) şiəsi olmalarını iddia etsələr belə, bu iddia onların yalnız dillərində qalır və qəlblərinə yol tapmır. Onlar şiəliyin təməl prinsiplərinə sadiq deyillər. Elə buna görə də onları etiqadi baxımdan şiə adlandırmaq olmaz. Etiqadi baxımdan həqiqi şiə nəinki ımamını öldürmür, əksinə, canını onun yolunda fəda edir. Necə ki, Aşura günü bir çoxları İmam Hüseynin (ə) qiyamından xəbər tutub son dərəcə fədakarlıq göstərərək özlərini İmama (ə) yetirdilər və canlarını aşiqcəsinə ixlas süzgəcindən keçirərək şəhid oldular.Həmin sualı və ya iradı şübhə toxumunu səpənlərin özlərindən soruşmaq daha uyğun olardı. Bu gün İslam ölkələrində yaşayaraq müsəlmanlıq iddiası edənlərin hamısı həqiqətən müsəlmandırmı? Onlar bütünlüklə İslamın təməl prinsiplərinə sadiqdirlərmi? Əksinə, onlar nəinki İslama sadiq deyillər, hətta İslamın məhvinə gətirib çıxaracaq addımlar atır və beləcə beynəlxalq imperializmə xidmət edirlər. Sizcə müsəlman cəmiyyətlərində belələri azdırmı? Təbii ki, siz belələrini həqiqi müsəlman hesab etmirsiniz. Çünki onlar yalnız İslam adını mənimsəmişlər. Bir çox şiələr də bu qəbildəndir. Şiə adını mənimsəmiş, lakin etiqadi baxımdan onun önə çəkdiyi pirinsiplərə sadiq deyillər.Şeyx Əli Ali-Yasin yazır: "İmam Hüseynin (ə) qatili şiələrdir”, - deyənlərin sözlərində aydın sezilən bir təzad var. Çünki İmam Hüseyn (ə) şiəsi deyildikdə onu sevənlər, ona arxa çıxanlar, tabe olanlar nəzərdə tutulur. Bu anlayışla döyüş, qətl anlayışlarını necə toplayırlar. İmamı (ə) öldürənə necə şiə demək olar? Əgər fərz etsək ki, İmamı (ə) öldürənlər şiələrdən olmuşlar, bu cinayəti törədərək şiəlikdən çıxmış hesab edilirlər.” Seyid Möhsün Əmin Amili buna cavab olaraq yazır: "İmam Hüseynin (ə) qatillərinin həqiqi şiələr olmasından Allaha pənah aparıram! Onu (ə) qətlə yetirənlərin bəzisi dinlə heç bir bağlılığı olmayan tamahkarlar idi. Bəziləri səviyyəcə ən adi insanlar, bəziləri isə hakim qüvvələrə tabe olan insanlar idilər. Belələrini dünya malı aldatmış və bu növ cinayətə sövq etmişdir. İmamın (ə) şiələrindən, onu (ə) sevənlərdən bir nəfər belə onun qətlində iştirak etməmişdir.İmamın (ə) həqiqi şiələri bütünlüklə ona arxa çıxmiş köməyinə tələsmiş, sonuna qədər onunla çiyin-çiyinə döyüşərək şəhid olmuşlar. Onlar son nəfəsədək İmama (ə) arxa, kömək oldular. Bir çox şiələr İmamın (ə) qiyamından xəbərsiz idilər və ya işin bu yerə gəlib çatacağını güman etmirdilər. Ona görə də Kərbəlada deyildilər. Bəziləri də İbn Ziyadın Kufə ətrafına çəkdiyi qoşun hasarını böyük qəhrəmanlıq, şücaət göstərərək yarır və nəhayət özlərini İmam Hüseynə (ə) yetirirdilər. Lakin onun şiələrinin öz qətlində iştirak etməsi heç bir zaman baş verməmiş bir uydurmadır....”

Kufəlilərin şiəliyi

Tarixə nəzər salıb Əlidən (ə) sonra, xüsusilə də İmam Hüseynin (ə) imaməti dönəmində kufəlilərin etiqadi durumunu incələdikdə şahid oluruq ki, onlar əsasən siyasi baxımdan şiəyönlü olmuşlar. Onlar yalnız Əlinin (ə) Osman və digər xəlifələrdən üstün olduğu qənaətində olmuşlar. Lakin Əli ibn Əbu Talibin (ə) və ya digər məsumların (ə) tutarlı dini dəlillərinə görə imam olduqlarını qəbul etmirdilər. Bu növ sırf siyasi baxımdan şiəyönlü olanları etiqadi baxımdan şiə adlandırmaq olmaz. Bunu sübuta yetirmək üçün bir neçə dəlilə nəzər salaq:İbn Əsakir Dəməşqi Şafei özünəməxsus sənədlə Hüreys ibn Əbu Mətərdın Sələmə ibn Küheylin belə dediyini nəql edir: "Mən Müseyyib ibn Nəcəbə Fəzari ilə Kufə məscidində görüşdüm. Orada şiələr çox idilər. Kufəlilərin hansınınsa Peyğəmbərin (s) səhabələri haqqında söhbət edərkən onu tərifləmədiyini eşitmədim, onların bütün sözü, söhbəti Əli (ə) və Osman haqqında idi.”[319]Biz bilirik ki, əhli-sünnə bütün səhabələri heç bir qeyd-şərtsiz mədh edir və adil olduqlarını önə çəkir. Yalnız sonradan siyasi şiələr adlanan qruplaşma İmam Əlinin (ə) Osmandan üstün olduğunu qəbul edirdi. Kufədə bir çoxlarının Əlini (ə) sıradan bir səhabə hesab etdikləri bir halda bəziləri də onu digərlərindən, xüsusilə də Osmandan üstün hesab edirdilər. İbn Əsakirin söylədiklərindən də bu anlaşılır.

ÇoxsaylıI etiqadi şiənin sürgün edilməsi

İbn Əbu əl-Hədid, Əbu əl-Həsən Mədainidən nəql edərək yazır: "Müaviyə valilərinə ünvanladığı məktubda yazırdı: "Mən, Əbu Turab (ə) və Əhli-beytin (ə) fəziləti haqqında hədis nəql edənləri bağışlamayacağam”. Bu məktubdan sonra ən ucqar yerlərdə belə bütün xətiblər minbərlərdə Əliyə (ə) lənət oxumağa, ona və Əhli-beytinə (ə) nifrətlərini elan etməyə başladılar. Həmin dövrdə ən çox hücuma məruz qalan Kufə şiələri idilər. Çünki o zaman Kufədə çoxlu sayda şiə yaşayırdı. Müaviyə Ziyadı Kufəyə vali təyin etdi. O, şiələri yaxşı tanıyırdı. Ziyad Müaviyədən aldığı əmrə əsasən şiələri gördüyü yerdə qətlə yetirirdi. Bəzən də onları hədələyərək qorxudur, əl-ayaqlarını kəsir, gözlərini çıxarırdı. O zaman bir çoxları İraqdan sürgün edildilər. Ona görə də tanınmış şiələrdən İraqda qalan olmadı”.

Kufə şiələrinin bir qrupunun İmam Hüseynə (ə) qoşulması

Tarix göstərir ki, bir çox şiələr bunu bir fürsət kimi dəyərləndirərək mümkün olan hər bir yolla, böyuk zəhmətlərə qatlaşıb özlərini İmam Hüseynin (ə) karvanına yetirirdilər. Buna misal olaraq, Yezid ibn Sübeyt Əbdi və onun Abdullah və Übeydullah adlı iki oğlunu göstərmək olar.Yezid ibn Sübeyt görkəmli şiələrdən, Əbu əl-Əsvədin səhabələrindən hesab edilirdi. O, öz qəbiləsində şərəf və kəramət sahibi kimi məşhurlaşmışdı.Əbu Cəfər Təbəri yazır: "Mariya Mənfəz qızı tanınmış şiələrdən sayılırdı. Şiələr onun evinə toplaşır, məsləhətləşmələr aparırdılar. İbn Ziyada belə bir xəbər çatdırıldı ki, İmam Hüseyn (ə) Yezid ibn Sübeytə məktub yazmışdır və o, Kərbəlaya getmək istəyir. İbn Ziyad Kufənin giriş-çıxış yollarını bağlatdırdı və şəhərə gediş-gəlişə nəzarət etmək üçün gözətçilər qoydu. Bu arada Yezid ibn Sübeyt Kufədən çıxaraq İmam Hüseynə (ə) qoşulmağı qərara almışdı. Onun on övladı var idi. Qərarını onlara da açıqladı və bildirdi ki, onunla birgə gedə bilərlər. On oğlundan yalnız ikisi, Abdullah və Übeydullah bu səfərdə onu müşayiət edəcəklərini bildirdilər.Sonra Yezid ibn Sübeyt Mariyanın evinə gəldi və doslarına dedi: "Mən Kufədən çıxıb İmam Hüseynə (ə) qoşulmağı qərara almışam. Kim mənimlə birgə gəlmək isləyir?” Oradakılar yekdilliklə İbn Ziyadın məmurlarından qorxduqlarını bildirdilər. Bu zaman o, iki övladı, nökərləri Amir, Seyf ibn Malik və Ədhəmlə birgə yola çıxdı. Onlar bacardıqları qədər sürətlə gedirdilər. Belə ki, Məkkədə Əbtəh adlanan bölgədə İmam Hüseynə (ə) çatdılar. İmam Hüseyn (ə) özü onları görməyə getdi. O, İmam Hüseynlə (ə) görüşdükdə dedi:"Allahın rəhmətinə (İmam Hüseynlə (ə) görüşməyə) nail oldum. Məni təbrik edin”.O, İmama (ə) salam verib qarşısında oturdu. Bir neçə nəfərlə onun köməyinə gəldiklərini bildirdi. İmam (ə) onun üçün dua etdi və onları öz karvanının yerləşdiyi yerə apardı. Nəhayət, Kərbəlada qəhrəmanlıq göstərərək şəhid oldular. Kufədən İmam Hüseynə (ə) qoşulanlardan biri də Büreyd ibn Xüzeyr Həmədani idi. O, tabei, Quran qarisi, Əlinin (ə) səhabələrindən və Kufə zadəganlarından idi. Tarixçilərə görə, İmam Hüseynin (ə) Mədinədən Məkkəyə getdiyini eşitdikdə Kufədən Məkkəyə gedib İmama (ə) qoşuldu və nəhayət, Kərbəlada qəhrəmancasına şəhid edildi. Sonradan İmam Hüseynə (ə) qoşulan kufəli şiələr arasında Səd ibn Hərs Ənsari və Əbu əl-Hütuf ibn Hərs Ənsari də var idi. Onlar öncə Ömər ibn Sədin rəhbərliyi altında İmam Hüseynlə (ə) döyüşmək məqsədi ilə Kərbəlaya gəldilər. Orada İmam Hüseynin (ə) çağırışını eşidib Ömər ibn Sədin qoşunundan ayrılaraq İmamı (ə) müdafiə etməyə tələsdilər. Qarşı tərəfə böyük itki verərək özləri də şəhid edildilər. O həzrətin (ə) həqiqi şiələrindən olub Kufədən Kərbəlaya gələnlər arasında altı nəfərlik kiçik bir karvan da var idi. Buraya Əmr ibn Xalid Seydavi, Mücəmmi əl-Aizi, Aiz ibn Mücəmmi, Cünadə ibn Hərs Salmani və Nafenin qulamı Bəcəli (və ya Cəməli) daxildilər. Nafe özü öncədən İmama (ə) qoşulmuşdu, qulamı isə onun atını gətirirdi. Qeys ibn Müsəhhər Seydavinin İmam Hüseynin (ə) İraqa doğru getdiyini bildirməsi bu altı nəfərin Kufədən çıxaraq İmam Hüseynə (ə) köməyə getməsinə səbəb oldu. Onlar bilirdilər ki, yollar gözətçilərlə doludur, İmam Hüseynə (ə) qoşulmaq məqsədi ilə Kufədən çıxan hər bir şəxsi tuturlar. Elə buna görə də Tirimmah adlı birini onları gizli yollarla İmam Hüseynə (ə) çatdırmaq üçün bələdçi tutdular. Tirimmah onları kəsə yollarla aparır, yol boyunca dəvənin sürətlə irəliləməsi üçün xüsusi nəğmələr oxuyurdu. Səhralardan keçir və gözətçilərin gözünə görünməməyə çalışırdılar. Sonunda özlərini İmama (ə) yetirdilər. İmamın (ə) hüzurunda Tirimmahın şeirlərini oxudular. İmam (ə) onları dinləyib buyurdu: "Ümidvaram ki, Allahın bizim üçün istədiyi daha xeyirlidir; istər ölək, istərsə də sağ qalaq”. Hürr onlara mane olmağa çalışdı. Onları tutmaq və ya Kufəyə qaytarmaq istədi. Bu zaman İmam (ə) buyurdu: "Mən onların tutulmasına imkan verməyəcəyəm. Özümü müdafiə etdiyim kimi onları da müdafiə edəcəyəm. Onlar mənim köməyimə gəliblər. Sən söz vermişdin ki, İbn Ziyaddan məktub gəlincəyə qədər bizimlə işin olmayacaq”. Hürr dedi: "Buyurduqlarınız doğrudur. Lakin bunlar sizinlə gəlməyiblər”. İmam (ə) buyurdu: "Onlar mənimlə gəlməsələr belə mənim tərəfdarlarımdırlar. Öz əhdinə vəfa qıl. Əks halda səninlə döyüşmək məcburiyyətində qalacam”. Vəziyyətin bu yerdə olduğunu görən Hürr sözünü geri götürərək onlardan əl çəkdi. Həmin altı nəfərin hamısı Aşura günü ilk şəhid olanlardan idilər. Onlar döyüşdə mühasirəyə düşdülər. İmam Hüseynin (ə) qardaşı Abbas əmrə itaət edərək düşmən ordusuna hücuma keçdi. Mühasirəni qırdı. Mühasirədən xilas edilmiş gənclər qana bulaşmış halda İmama (ə) tərəf gəldilər. Abbas onların ardınca gəlirdi. Düşmən ordusu onların yolunu bağlamağa çalışdı. Bunu görən gənclər Abbasdan ayrılıb döyüşməyə başladılar və nəticədə hamısı şəhid oldular. Abbas İmamın (ə) yanına gəldi və baş verənləri məruzə etdi. İmam (ə) şəhidlər üçün dua etdi.1 Məşhur kufəlilərdən biri də Həbib ibn Məzahir Əsədi idi. O və Müslim ibn Övsəcə İmama (ə) Kufədə beyət edənlərdən idilər. Übeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra baş verənləri görüb özləri İmam Hüseynə (ə) qoşulmağa tələsdilər. Tarixçilər yazırlar: "Həbib öz atını hazırlayıb nökərinə dedi: "Atımı (Kufənin çıxışına) apar Kimsəyə görünmə. Mənim gəlməyimi gözlə”. Həbib ailəsi ilə vidalaşıb gizlicə şəhərdən çıxdı. Hamı onun Kufə kənarındakı torpaq sahələrinə baş çəkmək üçün getdiyini düşünürdü. Nökəri Həbibin gec gəldiyini görüb ata müraciətlə dedi: "Ey at! Əgər sahibin (Həbib) gəlməsə, özün tək-tənha İmamın (ə) köməyinə get”. Bu zaman onlara yaxınlaşan Həbib nökərinin sözünü eşitdi. Gözləri doldu. Ağlayaraq dedi: "Atam, anam sənə fədə olsun, ey Allah Rəsulunun övladı! Qullar da sənə kömək həsrəti ilə yaşayırlar”. Həbib elə oradaca qulu Allah yolunda azad etdi. Qul ağlayaraq dedi: "Ey mənim ağam! And olsun Allaha, səni tək qoymayacaq və səninlə birgə İmam Hüseynin (ə) köməyinə tələsəcəyəm”. Həccac ibn Məsruq Cövfi İmam Əlinin (ə) şiələrindən idi. O, Kufədən Məkkəyə gəlib İmam Hüseynə (ə) qoşuldu və onunla birgə Kərbəlaya getdi. O, namaz vaxtları azan verirdi. Sonunda Kərbəlada şəhid edildi. Nöman ibn Əmr Əzdi Rasibi və qardaşı Hülas ibn Əmr də Kufədən İmama qoşulanlardandırlar. Onlar öncə Ömər ibn Sədin qoşununda idilər. Lakin gecənin qaranlığında İmama (ə) qoşulub şəhid oldular. Züheyr ibn Qeyn Bəcəli Kufənin şücaətli, adlı-sanlı zadəganlarından idi. Onun özünəməxsus döyüş taktikaları var idi. Zübeyr öncə Osmanın tərəfdarlarından idi. Lakin hicri 60-ci ildə ailəsi ilə həccə getdi. Kufəyə qayıdarkən yolda İmam Hüseynlə (ə) qarşılaşdı. Allah onu hidayət etdi. Elə oradaca İmam Hüseynə (ə) qoşulub Kərbəlaya getdi və döyüş zamanı şəhid edildi. Buradan aydın olur ki, Kufədə xeyli sayda Osman tərəfdarları da var imiş. Hətta İmam Hüseynin (ə) dövründə belə onların Əhli-beytə (ə) rəğbətləri yox imiş. Belə olan halda kufəlilərin hamısının etiqadca şiə olduqlarını necə iddia etmək olar?! Səid ibn Abdullah Hənəfi Kufənin, öz şücaəti və ibadəti ilə ad çıxarmış şiələrindən idi. O, Müaviyənin ölüm xəbərini eşitdikdə Kufədə şiələri ətrafına topladı. İmam Hüseynə (ə) məktub yazıb onu Kufəyə dəvət etdi. Müslim Kufəyə gəldikdə Səid ibn Abdullah canını İmam Hüseyn (ə) üçün fəda edəcəyinə and içdi. Müslim ibn Əqil bir məktub yazıb, Səiddən onu İmam Hüseynə (ə) çatdırmasını istədi. O, məktubu apardı, özü də İmamın (ə) yanında qaldı. Aşura axşamı İmam Hüseyn (ə) xütbə oxuyaraq getmək və ya qalmağı səhabələrinin ixtiyarına qoyduqda, öncə Bəni-Haşimdən olanlar söz alıb İmama (ə) vəfadar qalacaqlarını bildirdilər. Onların sözü qutardıqda Bəni-Haşimdən olmayanlar arasında ilk danışan şəxs Səid ibn Abdullah oldu. O, İmam Hüseynə (ə) dedi: "And olsun Allaha! Heç bir zaman səni tək qoymayacaq və Peyğəmbərin (s) səninlə bağlı haqqını qoruyacağıq. And olsun Yaradana, əgər yetmiş dəfə ölüb dirilsəm belə, heç bir zaman sənə yardımımdan əl çəkməyəcəyəm”. O, Aşura günü sözünə sadiq çıxaraq özünü oxlara, nizələrə qalxan etdi, lakin İmama (ə) bir zərər dəyməsinə imkan vermədi. O qədər yaralandı ki, tab gətirə bilməyib yerə yıxıldı. Düşmənlərə lənət yağdırıb, İmam Hüseynə (ə) müraciətlə dedi: "Ey Allah rəsulunun övladı! Mən əhdimə vəfa etdimmi?” Həzrət (ə) buyurdu: "Bəli, sən behiştin qabaqcıllarındansan”. Bu sözləri eşidib canını tapşırdı.Şəvzəb ibn Abdullah Həmdani, Abis ibn Əbu Şəbib Şakiri də İmam Hüseynə (ə) Kufədən qatılanlar arasında idilər. Şəvzəb Kufənin şücaət simvollarından olan şiələrindən idi. O, hədis hafizlərindən idi və daim Əlidən (ə) hədis nəql edərdi. O, öz sahibi ilə birgə Müslimin İmama (ə) məktubunu Məkkəyə çatdırdı. Oradan da İmamla (ə) birgə Kərbəlaya gəldi və Aşura günü şəhadət məqamına yüksəldi. Abis ibn Əbu Şəbib Şakiri də Kufənin görkəmli şiələrindən idi. O, şücaətli qəbilə başçısı idi. Özünəməxsus nitq mədəniyyəti və ibadətləri ilə seçilirdi. Bəni-Şakir qəbiləsi Əlinin (ə) sadiq tərəfdarlarından idi. O, Aşura günü tək-tənha döyüş meydanına atılaraq fəryad çəkdi: "Mənimlə qarşılaşacaq bir kimsə varmı?” Heç kim onun qarşısına çıxmağa cəsarət etmədi. Sonda Ömər ibn Səd onun daşqalaq edilməsini əmr etdi. Vəziyyətin bu yerdə olduğunu görən Abis zireh və dəbilqəsini arxaya ataraq qəhrəmancasına döyüşdü və şəhid oldu. Abdullah ibn Ümeyr Kəlbi həyat yoldaşı Ümmü-Vəhəb ilə birgə İmam Hüseynin (ə) karvanına qoşuldu. Aşura günü Ümmü-Vəhəb xeymənin sütununu əlinə alaraq Abdullah ibn Ümeyrə doğru gedib dedi: "Atam, anam sənə fəda olsun! Peyğəmbərin (s) övladı yolunda döyüş”. Abdullah ibn Ümeyr onu qadınlara doğru yolladı. Lakin Ümmü-Vəhəb onun libasından tutaraq deyirdi: "Mən səndən əl çəkməyəcəm və səninlə şəhid olacağam”. İmam Hüseyn (ə) ona buyurdu: "Əhli-beyt (ə) tərəfindən mükafatlandırılacaqsan. Allahın rəhməti üzərindən əskik olmasın. Qadınların yanına qayıt və orada qal. Çünki döyüş qadınlara aid deyil”. O, qadınların yanına qayıtdı. Əri şəhid olduqdan sonra onun başının üstünə gəlib üzünün torpağını sildi və dedi: "Behişt sənə halal olsun!” Şimr öz nökərinə ağacla onu vurmasını əmr etdi. Rüstəm adlı nökəri ağacla onun başına elə vurdu ki, yerindəcə canını tapşırdı. Abdullah ibn Ürvə Qifari və qardaşı Əbd ər-Rəhman da İmama (ə) qoşulan kufəlilər sırasında idilər. Bu iki qardaş İmama (ə) Kərbəlada qoşuldular. Aşura günü İmamın (ə) yanına gəlib dedilər: "Düşmən sizi hər tərəfdən əhatə edib. Biz sizə qoşulub düşmənlərinizlə döyüşmək istəyirik”. İmam Hüseyn (ə) buyurdu: "Bizim qapımız sizin üzünüzə açıqdır. Xoş gəlmisiniz”. Onların hər ikisi İmamın (ə) yaxınlığında döyüşərək şəhid edildilər.Əmr ibn Qərəzə Ənsari İmam Əlinin (ə) səhabələrindən və hədis rəvayətçilərindən idi. O, Kufədə Əli (ə) ilə birgə bütün döyüşlərdə iştirak etmişdi. O da Kərbəlada özünü İmam Hüseynə (ə) yetirdi. Əmr Ənsari Aşura günü bədənini oxlar, nizələr qarşısında sipər edərək, onların İmam Hüseynə (ə) toxunmamasına çalışdı. Aldığı ağır yaralardan və qan itkisindən tab gətirməyib yerə yıxıldı. Bu zaman üzünü İmam Hüseynə (ə) tutaraq dedi: "Mən əhdimə vəfa qıldımmı?” İmam Hüseyn (ə) buyurdu: "Bəli, sən behiştdə mənim qabaqcıllarımdansan. Allahın rəsuluna (ə) mənim salamımı yetir və söylə ki, sənin ardınca mən də oraya gələcəyəm”. O, bu sözləri eşidib canını can sahibinə tapşırdı.Əbu Sümamə Əmr Saidi Əlinin (ə) və İmam Həsənin (ə) dönəmində daim onların əmrində olan kufəlilərdən idi. O, Müaviyə öldükdən sonra İmam Hüseynə (ə) məktub yazaraq onu Kufəyə dəvət etdi. O, Kufədə Müslimin əmri ilə silahlanmaq üçün maddi yardım toplayanlardan biri idi. Übeydullah ibn Ziyad məmurlarını onu tutmaq üçün göndərdikdə, Əmr, Nafe ibn Hilal Bəcəli ilə birgə Kufədən qaçıb özünü İmam Hüseynə (ə) yetirdi. O, Aşura günü İmam Hüseyn (ə) namaz qılarkən, İmama (ə) zərbə dəyməsin deyə, özünü onun qarşısında sipər edənlərdən biri idi. O, aldığı on üç nizə yarası nəticəsində namazdan sonra şəhid oldu.Qasit ibn Züheyr və iki qardaşı Kürdus və Məsqət İmam Əli (ə) və İmam Həsənin (ə) yaxın səhabələrindən olmuşlar. Onlar da İmam Hüseynin (ə) Kərbəlaya getdiyini eşidib özlərini ona yetirdilər. İlk hücumda hər üçü şəhid oldular.Müslim ibn Övsəcə Peyğəmbərin (s) səhabələrindən idi. O, Kufədə İmam Hüseyn (ə) üçün beyət alırdı. Lakin Müslim və Hani ibn Ürvənin şəhadətindən sonra bir müddət Kufədə gizləndi. Sonra ailəsi ilə Kufədən qaçıb İmam Hüseynə (ə) qoşuldu və öz canını o həzrətin (ə) yolunda fəda etdi.Müslim ibn Kəsir Ərəc Əzdi Əli (ə) dönəmindəki döyüşlərdə bir ayağını itirmişdi. Ona cihad vacib olmasa da Kufədən qaçıb Kərbəlada özünü İmama (ə) yetirdi və Aşura günü ilk hücumda şəhid oldu. Müvəqqə ibn Səmamə Əsədi də Kufədən Kərbəlaya gələnlərdən idi. O, Kufədən gecə çıxdı və özünü İmama (ə) yetirdi. Aşura günü böyük igidliklə döyüşdü. Sonda zəifləyib yerə yıxıldı. Başını bədənindən ayırmaq istəyirdilər. Lakin onun düşmən qoşununda qohumları var idi. Özlərini yetirib onu döyüşçülərin əlindən aldılar və Kufəyə apardılar. Onu gizlincə müalicə etmək istədilərsə də sirri saxlaya bilmədilər. Xəbər Kufə hakiminə çatdı. Onun göstərişi ilə Müvəqqə yaralı-yaralı zəncirlənib sürgün edildi. O, bir il beləcə zəncirlənmiş vəziyyətdə, al-qan içində keçirdi. Bir ildən sonra dünyasını dəyişərək İmam Hüseynə (ə) qovuşdu. Yuxarıda adı çəkilənlər etiqadca şiə olanlar idilər. Onlar canlarını İmam Hüseynə (ə) və onun haqq yoluna qurban verdilər. Əlbəttə, bu adları davam etdirmək də olardı. Lakin bu, tamamilə başqa bir kitabın mövzusudu.

Elçi şəhidlər

Bir çox şiələr Kufədən Məkkəyə, Məkkədən Kufəyə məktub aparır və bu yolda şəhid olurdular. Bir neçə nümunəyə nəzər salaq:

Abdullah İbn Yəqtur Himyəti ( İmam Hüseynin (ə) süd qardaşı)

Tarixçilər yazırlar: "İmam Hüseyn (ə) onu Müslim ibn Əqilin məktubuna yazdığı cavabla Kufəyə göndərdi. Hüseyn ibn Təmim onu Qadisiyyədə ələ keçirdi və Übeydullah ibn Ziyadın yanına göndərdi. Übeydullah ondan: "Nə məqsədlə gəlmisən?” ─ deyə soruşsa da cavab ala bilməyib dedi:"Qəsrin üstünə çıx və yalançı oğlu yalançıya lənət oxu. Sonra sənin haqqında bir qərara gəlim”. O, qəsrin üstünə çıxıb dedi: "Ey Camaat! Mən Peyğəmbərin (s) qızı Fatimənin (ə) oğlu Hüseyn (ə) tərəfindən gəlmişəm. Gəlmişəm ki, ona Mərcanənin oğlu Übeydullaha qarşı kömək edəsiniz”.O, Übeydullahın əmri ilə qəsrin üstündən yerə atıldı. Nəticədə sümükləri sındı. Özündə deyildi. Kufə qazısı fəqih Əbd əl-Məlik ibn Ümeyr onun başını bədənindən ayırdı. Onun bu hərəkətinə etiraz etdikdə "Onu rahatlamaq istədim”, – deyə cavab verdi.Qeys ibn Müsəhhər SeydaviQasid şəhidlərdən biri də Qeys ibn Müsəhhər Seydavidir. O, Müslim ibn Əqil tərəfindən İmam Hüseynə (ə) məktub aparmışdı. İmamın (ə) cavabını Kufəyə apararkən yolda Hüseyn ibn Təmim tərəfindən tutulub Übeydullah ibn Ziyadın yanına göndərildi. Übeydullah ondan məktubun məzmunu haqqında soruşduqda, dedi: "Məktubu cırdım. Cırdım ki, sən onun məzmunu haqqında heç bir məlumat ala bilməyəsən”.İbn Ziyad dedi: "Məktub kimlərə göndərilmişdi? Əgər onu da demirsənsə minbərə çıx və yalançı oğlu yalançıya lənət oxu”. O, minbərə çıxıb dedi: "Ey camaat! Həqiqətən, Hüseyn ibn Əli (ə) yaradılmışların ən yaxşısıdır. O, Peyğəmbər (s) qızı Fatimənin (ə) oğludur. Mən onun tərəfindən göndərilmişəm. Mən ondan Hacərdə ayrılmışam. Özünüzü ona yetirin”. Bu sözlərdən sonra Übeydullaha və atası Ziyada lənət oxuyub İmam Əliyə (ə) salam göndərdi. İbn Ziyadın göstərişi ilə o, minbərdən yerə atıldı. Beləcə onu da şəhid etdilər. Bunlar həqiqi şiələr idilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor