RSS
 

Login:
Şifrə:
» » Kərbəlanın ilk zəvvarı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kərbəlanın ilk zəvvarı

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 27-11-2015, 14:14 | Şərh sayı: (0) | Baxılıb: 646

Kərbəlanın ilk zəvvarı


Kərbəlanın ilk zəvvarı


Məhərrəm-səfər əyyamı bir neçə kulminasiya nöqtəsi ilə səciyyəlidir. Bunların hər biri Aşura məktəbinin müəyyən dönəmlərini əhatə edir. Bu günlər arasında, istər məhərrəmlik dönəminin yaşanması ənənəsinin, istər ziyarət ənənəsinin bərqərar olması, istərsə də Aşura həqiqətlərini unutmağa qoymamaq baxımından Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü xüsusi önəm təşkil edir.

Ətiyyənin xatirəsi

Ərbəin günü - bir gündür ki, İmam Hüseynin (ə) müqəddəs məzarı ilk olaraq həmin gün ziyarət olunmuşdur. Ərbəin günü Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsarinin adı ilə bağlıdır. Rəsuli-Əkrəmin (s) bu sevimli və əziz məsləkdaşı ilk şəxsdir ki, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - "Ərbəin" günü, hicrətin 61-ci ili səfər ayının 20-də bu müqəddəs məzarın ziyarətinə gəlmişdir. Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin (ə) ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə, İmam Hüseynin (ə) qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin (ə) qəbrinin kənarına çatdıq, mənə söylədi: "Əlimi pak qəbrin üzərinə qoy" (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş elədi və qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə: "Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!" dedi".
Nə mənalar var idi bu çağırışlarda! Hansı hissləri keçirir qocaman səhabə bu "Ya Hüseyn!" deməklə?

"Ya Hüseyn!" fəryadı

Çox mənalar gizlənib cənab Cabir Ənsarinin bu "Ya Hüseyn!" deyərək çağırmasında. Əgər istəyirik başa düşək ki, necə olur Peyğəmbərin (s) yaşlı, ağsaqqal bir səhabəsi, onillər keçdikdən sonra Rəsuli-Əkrəmin (s) əziz nəvəsi İmam Hüseynin (ə) qəbri üstünə gəlib, burada qəşş edir və özünə gəldikdən sonra 3 dəfə "Hüseyn!" deyə səsləyir, gərək gedək bir başqa səhnəyə nəzər salaq.

Allah Rəsulunun (s) hələ bu dünyada olduğu, bəşəriyyəti öz nuru ilə bərəkətləndirdiyi səadətli günlərin birində Cabir Ənsari o Həzrətin (s) yanına gəlir. Əziz İslam Peyğəmbəri (s) Cabirə buyurur: "Cabir! Sən o qədər yaşayacaqsan ki, Hüseyn böyüyəcək və Allah Təala ona bir övlad verəcək ki, adı Əli /İmam Səccad(ə)/ olacaq. Sən o qədər yaşayacaqsan ki, Əli də /İmam Səccad (ə)/ böyüyəcək və Allah Təala ona bir oğul verəcək ki, elmləri yaradandır, Muhəmməd Baqirdir. Sən mənim salamımı ona çatdırarsan".

Üç mühüm nöqtəni çatdırır Həzrət Peyğəmbər (s) öz sevimli səhabəsinə. Birincisi, cənab Cabirin həyatı barədə, çox yaşaması barədə ona məlumat verir. Sonra Rəsuli-Əkrəm (s), İmam Hüseynin (ə) əziz balası barədə və nəvəsi barədə xəbər verir öz sadiq məsləkdaşına. Eyni zamanda burada bir təbərrük yükünün daşınması ilə yanaşı, ilahi davamçılıq xəttinə də bir işarə var. Və bunlarla yanaşı, insanların nübuvvət nurundan bəhrələnmələrində sabitqədəm olmaları üçün höccət tamam edilir, dolğun və tam məlumat çatdırılır.

2 müqəddəs üfüq

Sanki 2 müqəddəs üfqü canlandırır Cabirin gözü önündə Rəsuli-Əkrəm (s). Birincisi - İmam Səccad (ə) üfqüdür ki, bəndənin Rəbbi ilə ünsiyyətinin, dua mədəniyyətinin ən gözəl çatdıranı olmuş, islamın duaya verdiyi son dərəcə mühüm yeri, real məzmunla dorldurmuşdur. Bəndənin Yaradanla münacatının bir canlı təcəssümüdür "Səhifeyi-Səccadiyyə".

İkinci müqəddəs üfüq - İmam Baqir (ə) dühası ilə, islamın elmə və elmlənməyə verdiyi misilsiz əhəmiyyəti öz mübarək vücudu ilə təsdiqləyən əziz 5-ci İmamla (ə) təşəkkül tapır. Və Həzrət Əlinin oğlu İmam Hüseynin oğlu İmam Səccadın oğlu İmam Muhəmməd Baqirə, elmləri yaradan İmama (ə) salamını göndərən Peyğəmbərimiz (s) bu şərəfli missiyanı cənab Cabir Ənsariyə tapşırır.

İllər keçir...

Cabir hələ yaşayır, amma artıq Həzrət Peyğəmbər (s) dünyadan gedib. Ümməti yetim qoyaraq, özü də nigaran gedir. Bəni-Səqifə fitnəsinə doğru gedənlərdən, ümməti parçalamaq istəyənlərdən nigaran gedir. Dağlar qədər olan Əli (ə) səbrindən, islam düşmənlərini lərzəyə gətirən, fəqət vəhdətə xatir səbir edən islamın cəngavəri Əlinin (ə) məzlumiyyətindən Rəsulun (s) qəlbi giziltilidir...

İllər keçir...

Artıq Həzrət Əli (ə) də şəhid olur. Peyğəmbərin (s) rəhlətindən 30 il keçir. Lənətlik xəvaric ibn Mülcəmin zəhərli qılıncı səcdə vəziyyətində olan İmam Əlinin (ə) mübarək başına endirilir... Başının qanına boyanır Həzrət Əlinin (ə) mübarək saqqalı. O kəsin qanına ki, dünyalar qədər elm var bunun sahibində. O kəsin qanına ki, ilahi məhəbbət və hər şeyi Allah xatirinə etməyin təcəssümü buradadır. Cabir isə hələ yaşayır. Bu böyüklükdə faciəni keçirir və yaşayır...

İllər keçir...

Cabir yaşayır, amma artıq imamətin davamçısı İmam Həsən (ə) lənətlik Müaviyyənin göndərdiyi adamın verdiyi zəhərin təsiri altında vücudu odlana-odlana bu dünyanı tərk edir. Babasının - Həzrət Peyğəmbərin (s) yanında torpağa tapşırmağa belə imkan vermirlər İmam Həsənin (ə) müqəddəs vücudunu...

İllər keçir...

Cabir yaşayır. Artıq İmam Hüseynin (ə) övladı İmam Əli ibn Hüseyn - İmam Səccad (ə) da böyüyür. Aşura günü yetişir. İmam Hüseyni (ə) şəhid edirlər. İmam Səccad (ə) - Hüseyn oğlu Əli əsir düşür islamın düşmənlərinə. Həmin Əli ibn Hüseyn ki, Rəsuli-Əkrəm (s) Cabirə onun barəsində müjdə vermişdi.

Necə çətindir Cabirə yaşamaq, necə çətindir bu itkilərə, bu şəhadətlərə, dünyanın ən üstün insanlarının, yaranmışın ən kamil nümunələrinin ölümünə dözmək. Həzrət Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə.), Həzrət Əlinin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə) şəhadətinə davam gətirmək necə çətindir Cabirə...

Nələri düşünürdü Cabir?

Qayıdaq Ərbəin gününə. Mədinədən çıxıb Kərbəlaya gedən, artıq ahıllaşmış qocaman səhabə Cabirin yanına qayıdaq... O qəlbi pak Cabirin ki, ziyarətdən öncə cismini də pak edir. O Cabirin ki, ziyarətə gəlib "Hüseyn, Hüseyn, Hüseyn" deyir. Görəsən, Fərat kənarına gələndə, Fəratdan müqəddəs məzaradək gedəndə yol boyu nələri düşünürdü Cabir? Ərbəin ənənəsinin əsasını qoyan zaman, İmam Hüseynin (ə) ilk zəvvarı olan zaman nələri düşünürdü Cabir?

Yəqin ki, o anlarda körpə Hüseynin (ə) gülər üzünü yada salırdı Cabir. Peyğəmbərin (s) Hüseyni (ə) necə əzizləməsini, qucağında, boynunda gəzdirməsini xatırlayırdı Cabir. Yəqin həmin anlarda müqayisə aparırmış Cabir. Peyğəmbərin (s) Hüseyni bağrına basdığını, fövqəl diqqət yetirdiyini, Hüseynə (ə) olan məhəbbətini hər bir üsulla o zamanın müsəlmanlarına çatdırdığını xatırlayırdı Cabir. Və həmin mübarək başın - Peyğəmbərin (ə) əzizlədiyi Hüseynin, barəsində "Hüseyn məndəndir, mən də Hüseyndənəm!" kimi misilsiz bir dəyər çatdırışı verdiyi Hüseynin başının bədəndən ayrılmasını, nizəyə keçirilməsini düşünəcək Cabir...
Ətiyyəyə "əllərimi qəbrin üzərinə qoy" deyərkən, müqəddəs məzarın üzərində qəşş edərkən, yəqin ki, 40 gün öncə, Aşura günündə bu yerdə - Kərbəlada baş verən o müsibət gələcək Cabirin gözləri önünə. Bədəni doğram-doğram olmuş Hüseynin müsibətini yada salacaq, ümmətin qaragünlüyünü, bədbəxtliyini yada salacaq Cabir...

Özünə gəldikdən sonra, "Hüseyn, Hüseyn, Hüseyn!" - deyə ağlayan Cabir, Peyğəmbərin (s) ona vəsiyyətini yada salacaq, Hüseyn balası Əlinin - gözü qarşısında atası şəhid edilən İmam Səccadın (ə) əsirlikdə çəkdiyi müsibətləri xatırlayacaq Cabir. Ürəyi qana dönəcək, Əhli-beytin (ə) çəkdiyi bu müsibətlərdən qəddi büküləcək Cabirin.

Amma ürəyinə toxtaqlıq verir Cabir. Hələ yaşamalıdır Cabir. Yaşamaq üçün bütün iradəsini toplamalıdır o. Vəzifəsi vardır Cabirin. Ona verilən Peyğəmbər (s) tapşırığı vardır. İmam Səccadın (ə) elmləri yaran övladı İmam Muhəmməd Baqirə (ə) cəddi Peyğəmbərdən (s) salam çatdırmalıdır Cabir.

Bu əmanəti sahibinə çatdıracaq Cabir. Peyğəmbər (s) vəsiyyətini yerinə yetirəcək Cabir. Bu simvolik salamla, illərdən bəri ən mühüm əmanət kimi saxlanılan bu Rəsullulah (s) salamı ilə müsəlmanlara haqqı batildən ayırmaq, düzgün yolu seçmək, Peyğəmbər (s) xəttini tanımaq üçün kömək edəcək Cabir.

Və "Hüseyn, Hüseyn, Hüseyn" deyən Cabir, əslində o səhnələrlə Ərbəin günü arasında bir körpü yaradır. Bir tərəfdən Peyğəmbərin (s) tapşırığı ilə, digər tərəfdən bu tapşırığa rəğmən, imamətin nuru ilə dava edən, İlahi həqiqətin daşıyıcılıq missiyasını aparan bir kəslə vəhşicəsinə davranan münafiqlərin, şər nökərlərinin misilsiz cinayət törətdikləri o Aşura günü arasında körpü yaradır Cabir. "Hüseyn, Hüseyn, Hüseyn" deməklə bir göz qırpımında Əhli-beytə (ə) üz verən bütün müsibətlər keçir göz önündən onun.

Düşünsək, Əhli-Beyt (ə) müsibətinin canlı salnaməsi və Əhli-Beytə (ə) sadiqliyin canlı təcəssümüdür Cabir...

1376-cı Ərbəin

Böyük gündür Ərbəin günü. Hüseyni xatırlama, Hüseyn qurbanını, Hüseyn dönməzliyini, şücaətini, əyilməzliyini, fədakarlığını yada salma günüdür Ərbəin. Hüseyni (ə) ziyarət etmə mədəniyyətinin bünövrəsi qoyulan bir gündür Ərbəin. Hər vəziyyətdə, hər üsulla Aşura həqiqətlərini, Aşura müsibətini bəşəriyyətə çatdıran, insanlara haqqı bəyan edən xanım Zeynəb (s.ə.) və İmam Səccad (ə), həmin günlərdə bir rövzə mədəniyyətinin əsasını da qoyublar. Onlar İmam Hüseyni (ə) yad etmək mədəniyyətini həyatları ilə yaşayıblar.
Cabir İmam Hüseynin (ə) ziyarətinin əsasını qoyur. Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) göstərişi olan bir ziyarətin, zalımın zülmünə lyox!" deməklə, məzlumun haqq səsinə səs verməklə səciyyələnən, insan övladına onun yüksək və şərəfli vəzifəsini xatırladan bir ziyarətin əsasını qoyur Cabir.

1376 il keçir o günlərdən. Hər il - artıq 1376 dəfə Ərbəin gününü qeyd etmişlər İmam Hüseyn (ə) aşiqləri. Hər il milyonlarla insan bu gündə can atır İmam Hüseynin (ə) ziyarətinə. Getməyə imkanı olmayanlar qiyabi oxuyurlar İmam Hüseynin (ə) ziyarətnaməsini. Bu ziyarətnamələrdə çox mənalar var, böyük mərifətlər, tanımalar, təqdimatlar var. Amma bir təqdimat, bir mərifət qırmızı xəttlə keçir bu anmadan, bu xatırlamadan. Haqla olmağı, haqqın yanında olmağı və haqsızlığa, ədalətsizliyə qarşı hər zaman mövqe sərgiləməyi öyrədir İmam Hüseynin (ə) ziyarəti. Yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək vəzifəsini daşımağa çağırır Hüseynin (ə) ziyarəti. Allaha xatir yaşamağı, rəhimli və mərhəmətli, şücaətli və səxavətli, əqidəli və prinsipial olmağa dəvət edir İmam Hüseynin (ə) ziyarəti. Uca Allah cəmi insanları Hüseyni (ə) tanıyanlardan, Hüseynlə (ə) olanlardan qərar versin!
İmam Hüseynin (ə nahaq tökülən qanı xatirinə, Uca Allah hər bir insanı hidayət yoluna gətirsin!

Allah Təaladan istəyimiz budur ki, İmam Hüseyn (ə) xatirinə, Əli ibn Hüseyn (ə) xatirinə, axıradək hürlük və azadəlik bayrağını buraxmayan İmam Hüseynin ələmdarı Həzrət Əbülfəzl Abbas xatirinə, Kərbəlada şəhid olmuş bütün o pak insanların xatirinə cəmi iman əhlini dünyada Peyğəmbər və Əhli-beytinin (ə) ziyarətindən, axirətdə isə şəfaətindən ayrı salmasın!

Qadir Allah bütün günahsız qurbanları, yüksək amallar uğrunda şəhid olmuş insanları, Qarabağda, Fələstində - bütün dünyada şəhid olan yüzminlərlə insanı Kərbəla şəhidləri ilə məşhur etsin!

Uca Allah 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini, o Həzrətin (ə.f.) zühuru ilə haqqın, ədalətin bərpasını nəsib etsin! Amin!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor