İnsanın adəti haqqinda hədislər |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 23-09-2016, 23:59 | Şərh sayı: (0) | Baxılıb: 628
İmam Əli (ə): Adət ikinci (insan) təbiətdir.
İmam Əli (ə): Adət hər bir insanın hakimidir.
İmam Əli (ə): Sənin dilin, səndən elə adət etdiyini istər, nəfsin isə ona öyrəşdiyi şeyi dilər.
İmam Əli (ə) (övladı İmam Həsənə tövsiyyələrindən): Yeniyetmə qəlbi xam torpaqtək boşdur.Ona atılan hər şeyi qəbul edər.Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sənə tərbiyə verməyə tələsdim.
İmam Əli (ə) (Ona faludə (un,su və baldan hazırlanmış halva) gətirib qarşısına qoyduqda buyurur): Sənin xoş ətrin,xoşagələn rəngin və ləziz tamın var.Ancaq mən nəfsimi adət etmədiyi şeyə öyrəşdirmək istəmirəm.
İmam Həsən (ə): Adətlər qəhr edəndirl.Kimsə gizlində və aşkarda özünü nəyəsə adət etdirsə, həmin şey onu aşkarda və camaatın içində rüsvay edər.
İmam Əli (ə): Fəzilət adətlərə üstün gəlməkdir.
İmam Əli (ə): Ən üstün ibadət,adətə qalib gəlməkdir.
İmam Əli (ə): Adətlərdən əl çəkməklə nəfslərinizi ram edin və onları itaətə doğru yönəldin.Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə yükləyin. Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və günahların çirkabından uzaqda saxlayın.
İmam Əli (ə): Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər