İtaət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-01-2016, 06:36 | Şərh sayı: (0) | Baxılıb: 315
İtaət
Allaha itaət və onun nəticəsi
Quran:
«Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin.»
Hədis:
3836. Allahın Peyğəmbəri (s): «Allah yanında olan məqama itaətdən başqa heç bir şeylə çatmaq olmaz.»
3837. İmam Əli (ə): «Allaha itaət hər düzgünlüyün açarı və hər fəsadın islah səbəbidir.»
3838. İmam Əli (ə): «Allahın rəhmətinə hamıdan çox layiq olan insan, Ona hamıdan çox itaət edəndir.»
3839. İmam Əli (ə): «Nadanlığına dair dəlil gətirə bilmədiyiniz bir kimsəyə itaət etməyinizi, sizə tövsiyə edirəm.»
3840. İmam Hadi (ə): «Yaradanın əmrinə itaət edən insan yaradılmışların qəzəb və narazılığından qoxmaz.»
1179. İtaətə layiq olanlar
3841. İmam Əli (ə): «Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.»
3842. İmam Əli (ə): «Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.»
3843. İmam Əli (ə): «Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.»
3844. İmam Əli (ə): «Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.»
3845. İmam Əli (ə): «Qəlbi Allaha müt‘i olan şəxsin cismi Allaha
itaətdən yorulmaz.»
3846. İmam Hadi (ə): «Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.»
1180. İtaətə layiq olmayanlar
Quran:
«Və deyərlər: «Ey Rəbbim! Biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi doğru yoldan sapdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və böyük bir lənət et.»
3847. Allahın Peyğəmbəri (s): «Kim Allahı narazı edən bir işi görməklə hansısa rəhbəri razı salsa, Allahın dinindən çıxmışdır.»
3848. İmam Əli(ə): «Bax! Öz əsil-nəcabəti ilə lovğalanan və bununla özünü başqalarından üstün bilən ağalarınıza və böyüklərinizə itaət etməkdən çəkinin, çəkinin!... Onların bulanıq sularını öz duru suyunuzla birgə içdiyiniz, xəstəliklərini öz sağlamlığınızla qarışdırdığınız, batillərinə öz haqqınıza yol verdiyiniz və günahların əsası olan bu böyüklük iddiası edən ağılsızlara itaət etməyin.»
3849. İmam Əli(ə): «İradəsi olmayan bir zəifə itaət edən haqq-hüququ zay edər, sözləzdirənə qulaq asan dostunu əldən verər.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər