İmam Hüseyn (ə.s) bu zikrə görə bağını bagişlayib |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 29-08-2016, 23:28 | Şərh sayı: (0) | Baxılıb: 400
Həsən Bəsri deyir: İmam Hüseyn (ə) zahid, təqvalı, saleh və gözəl əxlaqlı insan idi. Bir gün dostları ilə birlikdə öz bağına getdi. Onun Safi adlı qulamı həmin bağda idi. İmam (ə) bağa çatanda görür ki, qulamı oturub və boğçasından bir tikə çörək çıxarır, onun yarısını itə verir və yarısını özü yeyir. Qulam yeməyi qurtardıqdan sonra əlini duaya qaldıraraq deyir: “Əlhəmdu lillahi rəbbil-aləmin”. Sonra deyir: “İlahi, məni və mənim ağamı bağışla, onu bərəkətli et, necə ki, onun ata-babalarına bərəkət vermişdin. Ey rəhimlilərin rəhimlisi!”
İmam Hüseyn (ə) səslədi: Ey Safi! Qulam hərasan halda dərhal yerindən qalxıb dedi: Ey sərvərim və qiyamət gününə kimi bütün möminlərin sərvəri! Bağışla, səni görmədim.
Həzrət buyurdu: Ey Safi! Məni halal et! Səndən icazə almadan bağına daxil oldum.
Qulam (təəccüblə) dedi: Ey mənim ağam! Bu sizin fəzilət, kərəm və böyüklüyünüzdəndir ki, belə deyirsiniz. İmam (ə) buyurdu: Çörəyinin yarısını itə atdığını, yarısını da özün yediyini gördüm. Nə üçün belə edirdin? Safi dedi: Mənim ağam! Mən yemək yeyəndə bu it mənə baxırdı. Onun baxışından utandım. Çünki bu it sizindir və sizin bağınızı düşmənlərin ziyanından qoruyur. Mən sənin qulunam, bu it də sizindir. Hər ikimiz birlikdə sənin ruzindən yeyirik.
İmam (ə) qulamın bu sözünü eşidəndə ağladı. Sonra buyurdu: İndi ki, belədir, mən səni Allah yolunda azad etdim və min dinar sənə bağışladım.
Qulam dedi: İndi ki, məni bağışladın, mən də qalıb sənin bu bağında işləmək istəyirəm. İmam (ə) buyurdu: Kərim adam bir söz dedikdə onu əməli ilə təsdiq etməsi yaxşıdır. Bağı da sənə bağışladım. Mən bağa daxil olanda sənə dedim ki, məni halal et. Çünki icazəsiz sənin bağına daxil oldum! Bağı və bağda olan hər bir şeyi sənə bağışladım. Təkcə yanımdakı dostlarımın yeyəcəyi meyvə və xurmadan başqa. Onları qonaq kimi qəbul et və mənə xatir, onlara hörmət et. Allah qiyamət günü səni əziz etsin, gözəl əxlaqını və ədəbini artırsın.
Qulam dedi: Sən bağı mənə bağışladın, mən də onu sənin dostlarına vəqf edirəm.
Mənbə: Seyid Vəli ibn Nemətullah Hüseyni Rəzəvi, Məcməul-bəhreyn fi mənaqibil-sibteyn,cild 1,səh 395-396.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər