Zarafat etməyin, gülməyin, danışmağın və qulağa söz deməyin ədəb və qaydaları haqqında. |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-04-2015, 21:15 | Şərh sayı: (0) | Baxılıb: 1903
Zarafat etməyin, gülməyin, danışmağın və qulağa söz deməyin ədəb və qaydaları haqqında.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Üç nəfərlik və ya sayı az olan məclis əhlinin ikisi bir-biri ilə pıçıltı ilə danışması üçüncünün (və ya orada iştirak edənlərin) narahatçılığına səbəb olar. Bu narahatçılıqların yaranmaması üçün məclis əhli bir-birləri ilə gülər üzlə davranmalı, can deyib can eşitməlidir.”
Peyğəmbər (s)-ın bu haqda etdiyi tövsiyələrin birində deyilir: "Müsəlman qardaşınız danışarkən sözünü heç vaxt kəsməyin. Siz bununla ona hörmətsizlik etmiş olarsınız. Məclisdə yeri olmayan söhbətləri etdiyin və unudulmuş bir mövzu haqqında danışmaq istədiyiniz zaman məclis əhlindən icazə alın. Razılığı olmadan kimsənin söhbətini etməyin. Amma söhbət, elmi və ya həmən şəxsin əxlaqı barəsində olarsa danışmağın heç bir eybi yoxdur. Haram qanlar tökülən, pozğunluqlara yol verilən və günaha səbəb olan məclislərdə iştirak etməyin.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Mömin qardaşlarınız ilə (haram bir işə yol vermədən) vaxtaşırı zarafat edib könüllərini alın. Onların qəlblərinə sevinc bəxş edən kəslər, Allahın razılığını qazanmış olarlar və məhşərə daxil olduqları zaman əməl dəftərlərinə xeyirli işlər yazıldığını görərlər.”
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: "Möminlərə xas olan xüssusiyyətlərdən biri də ciddilikdir. Onlar uca səslə gülməz, yalnız təbəssüm edərlər. Çox gülmək qəlbi məhv edər və su duzu əritdiyi kimi imanı zəiflədib aradan aparar. İnsan yersiz gülməməli və cəmiyyətdə və.s yerlərdə özünü ciddi aparmalıdır. Yersiz gülmək nadanlara xas olan xüsusiyətdir, onlardan uzaq olun və möminlər kimi olmağa çalışın.
Əli (ə) buyurur: "Yersiz zarafat edib qəh-qəhə çəkib gülməyin. Bu şeytani xislətlər insanın iman və mənəviyyatına xələl gətirər.”
İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Özünüzü saxlaya bilməyib qəh-qəhə ilə gülsəniz gülüb qurtardıqdan sonra "Allahummə la təmqətəni”.(İlahi! Məni özünə düşmən etmə) kəlməsini deyin”
Həzrəti Davud (ə) oğlu Süleyman (ə)-a etdiyi nəsihətlərin birində buyurur: "Ciddiyyət hər şeydən qiymətlidir. Yersiz zarafat edib qəh-qəhə çəkərək gülmə. Çox gülmək insanda iradəsizlik, qətiyətsizlik və digər mənfi xüsusiyyətlərin yaranmasına səbəb olur.
Peyğəmbər (s) buyurur: Cəhənnəm əzabını dərk edən kəslər az gülərlər. Onlar hər zaman Allahı yad edər, ibadətlərinə xüsusi diqqət yetirərlər.
İmam Sadiq (s)-dan nəql olunmuş hədisdə deyilir: "Dünyada ömürlərini gülmək və faydasız əyləncələr ilə keçirən kəslər axirətdə ömürlərinin çox hissəsini ağlamaqla keçirərlər. Dünyada günahlarını xatırlayıb bundan ibrət götürənlər isə axirətdə xoşbəxt və gülərüz olarlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər