Danışıqda ədəb |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-06-2015, 17:06 | Şərh sayı: (0) | Baxılıb: 2026
Danışıqda ədəb
Danışıq insanlar arasında ən asan və ən ümumi rabitə vasitəsidir. İki insanın ilk görüşündə bu böyük ilahi nemətdən istifadə etməklə məqsədlər aydınlaşır. Danışığın iki gözəlliyi vardır: Biri söhbətin mənası, digəri zahiri gözəlliyidir. Bir insanın danışığı mənalıdırsa, bu gözəlliyin biridir. Məna ilə yanaşı zahiri gözəllik də olarsa, hər iki gözəllik əldə edilər. Allah buyuruğu olan Quran tam halda hər iki gözəlliyə malikdir. «Zumər» surəsində buyurulur: «Sübhan Allah ən gözəl sözləri nazil etdi. Quran bir kitabdır ki, onun ayələri bir-birinə oxşar, bir-birinə nəzarət edəndir». Quran özü gözəl olduğu üçün başqalarına da gözəl danışmaq göstərişi verir. «Xalqla gözəl danışın» («Bəqərə» 83). «Mənim bəndələrimə de ki, daim ən gözəl söz danışsınlar. Şeytan onları pis danışğa vadar edir ki, düşmənliyə səbəb olsun» («İsra» 53). Quran heç bir halda çirkin sözlərə icazə vermir. Hətta dinsizlərə də pis söz deməyə yol verilmir. «Allahdan qeyrisinə tapınanlarla pis danışmayın, çünki onlar da nadanlıq üzündən Allahla pis danışırlar» ("Ənam» 108).
Rəsulullah (s) bu ədəbin təcəllisinin kamil nümunəsidir. Onun danışığı dərin, mənalı, gözəl, biçimli, yerində və təsirli idi. onun danışığında artıq-əksik olmazdı. («Bihar» 16-cı cild). Artıq kəlmədən çəkinərdi. Danışıq qaydalarına tam riayət edərdi. Hətta söhbəti özü kəsməzdi ki, qarşı tərəf özü kəssin. Qarşı tərəf söhbətini kəsənədək həzrət davam edərdi. O, biçimli və aram danışardı. Danışığı səlis və doğru idi.
Danışarkən qarşı tərəfdən səviyyəsini nəzərə alardı. Danışığı nə qədər dərin, gözəl, həqiqi olsa da, çox şirin idi. zarafat etsə də, zarafatı həqiqət olardı. Çox aydın və cazibəli danışardı.
Onun buyuruqlarından bəzilərinə diqqət edin:
«Əl verən əl tutandan üstündür».
«Başqalarına mehribanlıq göstərməyən kəs kimsədən mehribanlıq gözləməməlidir».
«ən üstün mərifət Allahdan qorxudur».
«Vacib əməlləri yerinə yetirən kəs ən abid insandır».
«Xalqın xidmətçisi onun ağasıdır».
«İnsanları yaxşı rəftara çağıran kəs özü yaxşı rəftar edən insan kimidir».
«Xalqı eşitmək Allaha müxalif olmamaqdır».
«Yaxında ehtiyaclı ola-ola (başqasına) sədəqə rəva deyil».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər