İmam Səccad (ə) borcun ödənilməsi üçün Allahdan belə yardım istəyərdi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-04-2016, 05:45 | Şərh sayı: (0) | Baxılıb: 869
İmam Səccad (ə) borcun ödənilməsi üçün Allahdan belə yardım istəyərdi
İmam Səccadın (ə) borcun ödənilməsində Allahdan istədiyi yardımı:
"İlahi! Muhəmməd və onun soyuna salam yetir və abrımı zehnimi pərişan edən, fikrimi pərakəndə edən, ödənilməsində çarəsi uzanan bir borcdan məni xilas et!
Ey mənim Rəbbim, borcun qəmindən, onun barəsində fikirə düşməkdən, qəlbimin borc işlə-rinə yönəlməsindən yuxusuzluğundan Sənə pənah aparıram, belə isə Muhəmməd və onun soyuna salam yetir, və mənə borcun məşəqqət və zəhmətindən pənah ver!
Ey mənim Rəbbim, bir neçə günlük dünyada borcun zillətindən və ölümdən sonra əzabından Sənə pənah gətirirəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və məni israfdan, ifratdan saxla, orta halı seçməklə vəziyyətimi sahmana sal, mənə ölçünü gözləməyi öyrət, öz lütfünlə məni israfdan qoru, ruzimi halal yollardan üzərimə axıt, malımın xərclən-məsini xeyir işlərə yönəlt, məni təkəbbürə, zülmə çəkən, ibadət və ədəb sərhədindən pozan ruzuni məndən uzaqlaşdır.
İlahi! Mənə yoxsullarla yoldaş, həmsöhbət olmağı sevdir, onlarla oturub-durmaqda mənə gözəl səbrlə yardım et, aradan gedən dünya malından bir şey məndən aldıqda mənim üçün onları əbədi xəzinələrində ehtiyat yığ, fani olan dünya malından mənə hən nə nəsib etsən onu qonşuluğuna yetməyə bir vasitə, qürb məqamına yetişməyə bir səbəb, Behiştinə yetməyə bir amil qərar ver, çünki Sən, çox lütfkarsan, kəramətli, bəxş edənsən."
("Səhifeyi-Səccadiyyə", 30-cu dua)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər