Xüsusi bəndələrin əlaməti ayə və hədislər ilə |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 10-09-2016, 23:38 | Şərh sayı: (0) | Baxılıb: 721
Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları(xoşlarına gəlməyən söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. (Furqan,63)
-
İmam Əli (ə.s) buyurur: İnsanlardan bir qism var ki onlar dünyapərəst deyil. Dünyada yaşasalar da, onun çirkabına bulaşmırlar. Agah və bəsirətlə iş görürlər. Çirkin işlərdən uzaqlıqda birincidirlər. O qədər çalışırlar ki, sanki axirətdədirlər. Dünya əhlinə baxar, cisimlərin ölümünü müşahidə edərlər. Amma qəlbin ölümünü daha ağır sayarlar.
-
İmam Əli (ə.s) buyurur: Allah rəhmət etsin o kəsə ki, hikmətli söz eşidəndə qəbul edir, doğru yolu tutur. Doğru yola çağıranın əlindən tutub, ehtiyatla hərəkət edir, özünü qoruyur. Elə bir insan ki, günahlarından qorxur, ixlasla addım atır, xeyir iş görür, axirəti üçün azuqə hazırlayır, nəfs istəkləri ilə mübarizə aparır, puç istəkləri qəlbindən çıxarır, əzmlə addım atır, axirət üçün təqvanı azuqə seçir. Elə bir insan ki, aydın doğru yolda qədəm götürür, bu yoldan uzaqlaşmır, bir neçə günlük dünya həyatını qənimət sayır, ölüm qapını döyməmiş hazırlaşır, xeyir əməllərdən axirət gününə ehtiyat yığır.
-
Həzrət Əli (ə.s) buyurur: O insan görən insan sayılır ki, düzgün eşidir və düşünür. Baş verən hadisələrdən ibrət götürür. Sonra işıqlı yolu seçir, uçurumlardan, quyulardan özünü qoruyur. Çalışır ki, ədalətli olsun və azğınlara etiraz üçün bəhanə yeri qoymur. O doğru danışmaqdan qorxmur. Ey insan! Qəflət yuxusundan oyan, tələsmə, Peyğəmbərin (s.a.v.v) dilindən çıxanlar barədə fikirləş.Başqa yol yoxdur bu göstərişləri yerinə yetirməlisən.
-
Həzrət Əli (ə.s) buyurur: Ey insanlar! Nə qədər ki, sağlamsınız,gücünüz var, Allahdan qorxun. Əliniz açıq ikən,ümid qapıları bağlanmamış bir iş görün. Gecənin yarısı oyaq qalmaqla, qarınqululuqdan uzaqlıqla ibadət-itaətə məşğul olun.Malınızdan infaq edin, cisminizdən alıb ruhunuzu gücləndirin.Əliniz açıq olsun.
-
Həzrət Əli (ə.s) buyurur: Elə insanlar var ki,dünya yox, Allah haqqında düşünürlər. Heç bir alış-veriş Allahı onların yadından çıxarmır. Allahın zikri dillərindədir. Öz xəbərdarlıqları ilə, cəza gününü yada salmaqla insanları qorxudur, doğru yola çağırırlar. Özləri ədalətlidirlər, insanları da bu yola dəvət edirlər. Ətrafdakıları pis işdən çəkindirir və özləri də pis işdən uzaq dayanırlar. Dünyada yaşasalar da sanki ona arxa çeviriblər. Bərzəx əhlindən xəbərdar imiş kimi axirəti seyr edirlər, bərzəx əhli haqqında vədlərin yerinə yetdiyini görürlər. Onlar gözlərindəki pərdələri çəkiblər, xalqın görmədiyini görür, eşitmədiyini eşidirlər.
-
Həzrət Əli (ə.s) buyurur: Xoş o insanın halına ki, özünü kiçik sayır,qazancı halaldır,vücudu pakdır,əxlaqı gözəldir.Ehtiyacından artıq qalanı Allah yolunda infaq edir, dilini artıq sözdən saxlayır,ətrafdakılara acı söz demir.Peyğəmbər sünnəsi ona bəs edir,bidətə əl atmır.
-
İmam Əli (ə.s) buyurmuşdur: Allah-Taala bəndəsinə xeyir yetirmək istəsə, ona ömrünün axırlarında əməllərini yaxşılaşdırmağa və ömrü sona yetməzdən qabaq (axirəti üçün) azuqə yığmağa müvəffəq edər.”
(“Mizanul-hikmət”, 10-cu cild, səh. 591)
-
İmam Həsən (ə.s) buyurur: İnsanlar dörd qisimdir: Onlardan bir qrupunun əxlaqı vardır, amma (yaxşılıq və dindarlıqdan) nəsibi yoxdur. Bir qrupun isə (dindarlıqdan) nəsibləri vardır amma əxlaqları yoxdur. Bir qrupunun isə nə (dindarlıqdan) nəsibi vardır və nə də əxlaqı. Məhz bunlar insanların ən pisləridir. Olardan bir qrupun isə həm əxlaqı, həm də (yaxşılıq və dindarlıqda) nəsibi vardır.Bunlar da insanların ən yaxşısıdır. (Mizanul Hikmət, cild 13, hədis 20872)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər