Ölüm fikri və axirətə hazırlıq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-05-2016, 23:54 | Şərh sayı: (0) | Baxılıb: 690
Ölüm fikri və axirətə hazırlıq

İnsan yalnız o zaman dünyanın caynağından qurtula bilər ki, gələcəyə aid arzularını uzun-uzadı etməsin. Sabaha çıxacağına əmin olmayan insan əslində yaşadığı günün ehtiyaclarını düşünə bilər. İnsanın gələcəyə aid düşüncələri yalnız axirətə aid ola bilər. Mömin bu günündən artıq qalanı ehtiyata saxlayıb ehtiyaclılara çatdırmalıdır. Məsələn, ilin xərcindən artıq qalan pulu ya xərcləmək, ya da Allah yolunda sədəqə vermək lazımdır. Qəlbində Allah eşqini diriltmək istəyənlər bu göstərişlərə əməl etməklə dünyaya bağlılıqdan qurtulmalıdırlar. Peyğəmbər (s) səhabəsi həzrət Səlman kimi insanlar üçün dünyanın bu günü ilə sabahı arasında fərq olmayıb. Bu insanlar bir illik ehtiyaclarını qabaqcadan toplasalar da dünyaya bağlı olmayıblar. Amma dünyaya bağlılığı qəlbindən çıxarmaq istəyən zəif imanlı insanlar gələcəyi fikirləşmək əhval-ruhiyyəsini özlərindən uzaqlaşdırsalar yaxşıdır. Bəziləri elə düşünür ki, sədəqə və bəxşiş verməklə sərmayə azala bilər. Həzrət İmam (ə) isə belə buyurur: «Dünyada qoyub getdiyinin sənin üçün faydası yoxdur. Faydalı olan axirət yolunda xərclədiklərindir».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər