Insanlara yaxşılıq edib onlara əl tutmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-06-2015, 13:22 | Şərh sayı: (0) | Baxılıb: 647
Insanlara yaxşılıq edib onlara əl tutmaq
İslam nəzərindən ibadət və Allaha yaxınlıq namaz, oruc, həcc, ziyarət, zikr, dua ilə xülasələnmir, məscidlərdə, mə’bədlərdə, məzarlarda məhdudlaşmır. Əksinə ictimai məs’uliyyətləri yerinə yetirmək, Allah bəndələrinə xidmət, yaxşılıq etmək də qürbət qəsdi ilə olarsa, ən yaxşı ibadətlərdən hesab olunur ki, bu da insan ruhunun saflaşdırılmasında, kamala yetirilməsində və Allah dərgahına yaxınlaşmasında yaxşı bir vasitədir. İslam nəzərincə dini qaydalara itaət və seyri-süluk insanın guşənişin həyat tərzi keçirməsini gərəkli etmir, əksinə, ictimai məs’uliyyətləri qəbul etməklə eyni zamanda cəmiyyətdə qalmaq olar. Xeyir işlərdə iştirak etmək, yaxşılıqda qarşılıqlı həmkarlıq, mö’minlərin ehtiyaclarını tə’min etməkdə çalışmaq, onları sevindirmək, məhrumları və zəifləri müdafiə etmək, müsəlmanların işlərini qaydaya salmaq, onların çətinliklərini aradan qaldırıb həll etmək, Allah bəndələrinə kömək etmək və s. kimi bəyənilən işlər islam nəzərində böyük ibadətlərdən hesab olunur ki, onların savabı onlarla qəbul olunmuş həcc və ümrədən daha artıqdır. Bu barədə yüzlərlə rəvayət nəql olunmuşdur ki, onlardan nümunə olaraq aşağıdakıları qeyd edirik:İmam Cə’fər Sadiqdən (ə) nəql olunur ki, Allah-Təala belə buyurur: "Bəndələr Mənim əyalımdır. İnsanlar içərisində Mənə ən sevimli olan o kəslərdir ki, camaata qarşı daha mehriban olsun, onların ehtiyaclarını aradan qaldırmaqda daha artıq çalışsın.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İnsanlar Allahın ailəsidir. Allah yanında ən sevimli kəs odur ki, onun faydası Allahın əyalına daha çox çatsın və bir ailənin qəlbini sevindirsin.” İmam Məhəmməd Baqir (ə) buyurur: "Mö’minin (öz din) qardaşının üzünə təbəssüm etməsi yaxşılıq sayılır. Onun çətinliklərini aradan qaldırmaq da yaxşılıqdır. Allaha, mö’mini sevindirməkdən daha sevimli bir işlə ibadət olunmayıbdır.” İmam Cə’fər Sadiq (ə) buyurur: "Hər kəs bir mö’mini sevindirsə, məni sevindirmişdir, hər kəs məni sevindirsə, Peyğəmbəri sevindirmişdir, hər kəs Peyğəmbəri sevindirsə, Allahı sevindirmişdir və hər kəs Allahı sevindirsə, behiştə daxil olar.” O Həzrət (ə) yenə buyurur: "Mö’minin hacətini yerinə yetirmək (ehtiyacını aradan qaldırmaq) Allah yanında hər birində yüz min (dinar, dirhəm) infaq etdiyi iyirmi həccdən daha sevimlidir.” Başqa bir hədisdə buyurur: "Bir müsəlmanın ehtiyacını tə’min etmək üçün çalışmaq, Kə’bə evinin ətrafını yetmiş dəfə təvaf etməkdən daha yaxşıdır.” Yenə buyurur: "Allahın elə bəndələri vardır ki, camaat öz ehtiyaclarında onlara pənah aparırlar, qiyamətdə məhz onlar (Allahın əzabından) amanda olacaqlar.” Gördüyünüz kimi, islam nəzərindən Allah bəndələrinə yaxşılıq və xidmət etmək, onların çətinliklərinin aradan qaldırılıb həll edilməsində çalışmaq böyük ibadətlərdən hesab olnur ki, əgər qürbət qəsdi ilə yerinə yetirilərsə, insan ruhunun təkmilləşdirilməsinə, pərvəriş olunmasına və Allah dərgahına doğru yüksəlməsinə səbəb olacaqdır. Amma çox təəssüflə, camaatın əksəriyyəti islamı düzgün tanımadığına görə islami ibadətlərin bu böyük qismindən qafildirlər və ibadəti, seyri-süluku namaz, oruc, ziyarət, dua və zikrdən başqa bir şeydə bilmirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər